Yalan nədən qaynaqlanır?

0
2338
Yalan nədən qaynaqlanır?

 Yalanlar nədən qaynaqlanır, heç düşünmüsünüzmü? Bir insanın qarşısındakına yalan söyləməsinə səbəb nə ola bilər? Bax elə bu sualların cavabını məqalədə tapacaqsınız.


Əks cinslər arasında yalan necə baş verir?

İnsanların sevgi münasibətlərində bir-birlərinə nə üçün yalan söylədiyini anlamaq, yəqin, çox çətindir. Belə güman etmək olar ki, bunun başlıca səbəblərindən biri tərk edilmək qorxusudur. Yəni insanlar yalnış anlaşılmaqdan, qarşı tərəfin onu qəbul etməməsindən qorxduğu üçün, həmçinin əsl həqiqəti ört-basdır etməklə, yaxud yalnız şəxsi neqativ aspektləri gizlətməklə yalan danışırlar. Bu, ona görə baş verir ki, həmin insanların özünə qarşı kompleksləri mövcüddür və o, qarşı tərəfin bunu bilməsini istəmir. Ən qəribəsi də odur ki, insanlar həyatlarının hansısa məqamında yalanının üstünün açılacağını bildiyi halda yenə bunu edirlər. Buradan da belə nəticəyə gəlmək olar ki, yalan insanlarda haradasa müvəqqəti rahatlıq, “toxluq”, özünümüdafiə hissi yaradır.

İnsanlar işdə nə üçün yalan danışırlar?

İnsanların işdə yalan danışmaqlarının bir neçə səbəbi var. İxtisarlar və tapşırıqların yerinə yetirilməsi zamanı şiddətlənən rəqabət və insanların daha yüksək postlar tutmağa can atması çox vaxt onları yalan danışmağa sövq edir. Yalan həm də bəzi insanlar tərəfindən həmkarına – rəqibinə zərbə vurmaq, onu ötüb keçmək məqsədilə, qara yaxmaqla da müşahidə olunur. İnsanlar, həmçinin öz mənfi imiclərini müsbətə doğru dəyişdirmək yönündə də yalana gedirlər.

Mütəxəssislər işdə yalanın baş vermə səbəbini insanın özünəhörmət və hissiyyatına olan təhlükə və hədələrdə görürlər. “İşdə öz həmkarlarımıza yalan danışan zaman özünəhörmət və hissiyyatımıza olan təhlükələr, hədələr bizim üzərimizdə hakim olur”, – deyə Albert Univeristetinin əməkdaşı Cennifer Arqo söyləyir. Onun həmmüəllif olduğu son tədqiqatlar belə deməyə əsas verir ki, insanlar işdə – öz həmkarlarına qarşı yalan danışmağa daha meyillidirlər, nəinki digərlərinə qarşı. “Biz başqa insanların əhatə dairəsində olanda (xüsusən də bu və ya digər səbəbdən bizim biganə qalmadığımız insanların əhatəsində olanda) özümüz haqda həm də yaxşı təəssürat oyatmaq istəyirik, eyni zamanda özümüzə qiyməti və hörməti də saxlamağa çalışırıq”, – deyə Arqo bildirir.

Sonda isə, gəlin yalan danışıb imicimizi, şəxsiyyətimizi təhlükə altına atmayaq. Əgər hansısa səbəbdən məcbur olub birinə yalan söyləyəriksə, bunu şəxsi bir qeyd kitabçamıza qeyd edək. Çünki haçansa həmin mövzü açılanda, eyni yalanı söyləyə bilək. Deməli, yalanlar müxtəlif çeşidli ola bildiyi halda, həqiqət yalnız bir ola bilər. Və ona görə də, biz öz üzərimizdə çalışmalıyıq ki, bu pis vərdişdən uzaq olaq… Feldman söyləyir ki, insanlar hər bir şəxsin yalana olan meyillilik dərəcəsindən daha artıq xəbərdar olmalıdırlar. Və yalnız düzgünlük, əsl səmimi münasibətlərin və etibarın yaranmasına vasitəçilik edir. Düzgünlük cəmiyyətimizdə normaya çevrilə bilsə, biz ən yaxşılardan olacağıq. Məşhur bir məsəldəki kimi, düzgünlük – ən yaxşı siyasətdir.

ŞƏRH YAZIN