Yazarların Qəribə Vərdişləri

0
2880
Yazarların Qəribə Vərdişləri

Adətən istedadlı insanların hərəkətləri, sözləri və həyatı hər zaman diqqət mərkəzində olur. Onların nə etdiyi, necə yaşadığı, hətta adi gündəlik həyatda nələr etdiyini bilmək insanlar üçün maraqlı olur. Tanınmış yazarların həyatı, vərdişləri, yazı prosesində nələr etdikləri də oxucu üçün maraqlı olub. Dünyaca məşhur yazarların vədşilərinə baxanda  bu istedad sahiblərinin qəribəliklərinin şahidi olursan.  

Yata bilməyənlər: Məsələn, İngilis yazar Çarliz Dikkensin yuxu problemi olub. O, gecələr yata bilmək üçün yatağını şimala doğru istiqamətləndirirmiş. Yatağının tam ortasında yatmadıqda gözlərinə yuxu getməyib. Buna görə də yazar yatmazdan əvvəl bütün bu qaydalara riayət edib. Yatmazdan əvvəl qollarını iki yana açan yazar yuxuya getmək üçün saatlarla gözləyirmiş. Eyni zamanda Dikkensin mavi rəngə sevgisi olub. Belə ki, yazar ancaq mavi rəngli kağıza eyni rəngli qələmlə yazırmış.
 
Əsərlərini hələ uşaqlıqdan sevə-sevə oxuduğumuz Aleksandr Düma 20 il içərisində 300-ə yaxın əsər çap etdirərək hər kəsi heyrətə salıb. Hətta onun köməçki yazar işçilərinin olduğu haqqında iddialar da dolaşır. Qeyd edək ki, o da yuxu problemindən əziyyət çəkib.  Sırf buna görə   həkimin məsləhəti ilə səhər tezdən oyanıb, yazıları ilə məşğul olurmuş. Yazar xüsusi yeməklərlə qidalanıb. Sonda yazarın öz icad etdiyi yeməkdən zəhərlənərək öldüyü iddia edilir.  
 
Və yataqda yazanlar: Mark Tven yazılarını yataqda yazıb. Hətta yazarın məşhur bir kəlməsi də var: "Mənə gözəl bir yataq verin, mən də sizə  ölməz əsərlər". Valter Skotsa çox erkən oyanır və səhər yeməyini yemədən öncə yazmağa başlayarmış. Ceyms Coys isə sanki uşaq olub. Mənbələrdə bildirilir ki, o, yazılarını üzüaşağı uzanaraq qara mürəkkəbli qələmlə yazıb. Həmçinin yazar səhvlərini qırmızı rəngli mürəkkəblə düzəldib.        
 
Başına şal bağlayan yazar: Balzakın qeyri-adi adəti olub. O, yazarkən başı üstündə mütləq şam yanmalıymış. Eyni zamanda yazar başına şal bağlayıb ayaqlarını da soyuq suya qoyurmuş. Balzak həm də qəhvə sevdalısıymış. Hətta onun gündə 40 fincan qəhvə içdiyi iddia edilir. Qeyd edək ki, yazar məhz  qəhvə zəhərlənməsi səbəbiylə həyatını itirib. Henry Ceyms yazılarını, iş otağının dörd bir tərəfinə yüksək ştativlər yerləşdirərək ayaq üstə yazıb. Düşünə-düşünə otağını hissələrə ayırar və ən yaxın ştativə düşüncələrini qeyd edərək çalışıb. Sonradan bu yazıları birləşdirərək əsərlərini bitkin şəklə salırmış.  
 
 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN