Bütün canlı varlıqlar öz güclərini təzələmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.
Və təbii ki, yuxudan yaxşı istirahət ola bilməz. O, məcburi insanın sorağına gəlir və onun bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxu bir növ əsəb amili ilə əlaqələndirilir. İnsan beynində yerləşən fəal əsəb sistemi əzaların hərəkətini təmin edir. Və çox yorğunluq nəticəsində yorulur və sönür. Yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır. Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində yaşadıqlarından dolayı dincəlir. Buna bəzən delta yuxusu da deyirlər. Bu müddət ərzində biz heç bir yuxu görmürük.
Orta hesabla insan bir gecədə 4-7 yuxu görür. Yuxudan oyandıqdan 5 dəqiqə sonra insan yuxusunun 50%-ni, 10 dəqiqə sonra isə 90%-ni unudur. İnsanların təxminən 88%-nin yuxusu rəngli, 12%-nin isə ağ-qara olur. Biz ancaq bildiyimiz və əvvəlcədən gördüyümüz və ya görəcəyimiz şeyləri (və ya onun bənzəri olan şeyləri) yuxuda görə bilirik.
İmam Baqirdən (ə) gələn hədisə nəzər salaq: "O kəs ki, yatır, onun özü asimanlara qalxır, ruhu isə bədəndə qalır. Və bunların arasındakı rabitə günəşin şüasına bənzəyir. Və nə vaxt ki, Allah insanın əcəlinin çatdığı əmrini versə, ruh bədəni tərk edər və ona tərəf uçar. Və Allah insanın ruhuna qayıtmaq icazəsi versə, bədənə qayıdar".
İslamda yuxu ruhun ruh aləminə tərəf hərəkət etməsidir və oyanmaq isə ruhun bədənə qayıtması və bir növ yeni həyat deməkdir. Təbii ki, əgər yuxu olmasa insanın vücudu tez bir zamanda solar və xəstələnər. Qocalıq onun sorağına tez bir zamanda gələr. Ona görə də yuxu ömrü uzadır, eyni zamanda sağlamlıq və cavanlıq rəmzidir.
Görmə qabiliyyətini anadan olandan sonra itirən insanlar yuxuda şəkil görə bilirlər. Amma anadangəlmə görmə qabiliyyəti olmayanlar yuxuda da şəkil görə bilmirlər. Qadınların yuxuya ehtiyacı kişilərə nisbətən 1 saat çoxdur.
Korrektə etdi: Hürü Mustafayeva