Zərərə Düşməmək Üçün Yol Verdiyimiz Səhvlər Hansılardır?

0
515
Zərərə Düşməmək Üçün Yol Verdiyimiz Səhvlər Hansılardır?

Zərərə düşməmək üçün yol verdiyimiz səhvləri başa düşmək üçün birinci “zərərə düşmək” anlayışının nə olduğuna nəzər yetirək. “Zərərə düşmək” pul itkisidir, yəni əvvəlcədən pulu ödənilmiş və geri qaytarılmağı mümkün olmayan şeylərə deyilir. Məsələn: bir şirkət yeni bir avadanlığa bir milyon dollar pul verib almış ola bilər. Aldıqları bu avadanlıq işlərini görmürsə və geri qaytarılmağı mümkün deyilsə bu avadanlığa verilən pul itir. Yəni şirkət “zərərə düşmüş” olur.

Gəlin indi zərər etməmək üçün yol verdiyimiz səhvlərdən danışaq. Məsələn: tamaşaya bilet almısız, lakin xəstələnmisiniz və düşünürsünüz ki, bileti qaytarmaq mümkün deyil yaxşısı budur gedim tamaşaya, amma siz ora getsəniz belə zövq ala bilməyəcəksiniz çünki halsız və xəstəsiniz. Belə bir halda sırf pulunuzu itirməmək, yəni zərər etməmək üçün tamaşaya gedirsizsə bu “zərərə düşməmək üçün yol verilmiş bir səhvdir”. 

İnsanların əvvəlcədən etdikləri yatırımları, itkiyə verməmək üçün etdikləri səhv hərəkətlərə “zərərə düşməmək üçün yol verilən səhvlər deyilir” (Arkes & Blumer, 1985). 

Həyatınızda zərərə düşməmək üçün etdiyiniz səhvlər

Siz bilirsinizmiki nə qədər tez-tez bu səhvlərə yol verirsiniz? Bunun həyatınızda nə qədər çox baş verdiyini görməniz üçün bir neçə nümünə yazmaq istəyirik.  

1.“Yeyə bildiyim qədər yeməliyəm. Çünki yeməklərin pulunu artıq ödəmişəm”.

Tətildə hər şey daxil olan bir mehmanxanada qalırsınızsa, ödədiyim pulun itkiyə getməsi düşüncəsi ilə lap çox yeyirsiniz. Əsasən bu halın sizə zərər verə biləcəyini yəni kilo alacağınızı düşünmürsünüz, çünki ağlınızda tək bir şey olur “zərərə düşməmək”

2.“Pulunu ödədiyim bu təlimdə axıra kimi iştirak etməliyəm”.

Məsələn on dərslik bir kursa yazılmısız, lakin ilk üç dərsdən sonra bu kursun sizə uyğun olmadığını anlayırsınız. Amma bir neçə dərs iştirak etdiyiniz və pulunu əvvəlcədən ödədiyiniz üçün, kursa getməyə davam edərək zərərə düşməmək üçün yeni bir səhv daha edirsiniz. Məsləhət görərdim ki, sevmədiyiniz kursa gedərək itirdiyiniz zamanı düşünəsiniz, axı onun yerinə daha çox sevəcəyiniz və bacaracağınız şeylər öyrənə bilərsiniz.

3.“Yemək yeməyə davam edə bilərəm çünki yeməyin pulunu onsuz da ödəmişəm”

Restorana gedirsiniz və yemək sifariş edirsiniz yeyib doyandan sonra qalxıb gedmək yerinə, əgər qabınızda yemək qalırsa pulunu ödədiyiniz yada ödəyəcəyiniz üçün yeməyə davam edirsiniz. Əsasən əgər onsan doyubsa yeməyidə dayandırmalıdır, lakin zərərə düşməmək üçün biz yeməyə davam edirik.

4.“Sevmədiyim bir fakultəyə daxil oldum, amma oxuyub bitirməliyəm, çünki onsuzda bir ilim gedib”.

Təsəvvür edin universitetə qəbul olursunuz, bir müddətdən sonra daxil olduğunuz fakultetəni bəyənmədiyinizi sizə uyğun olmadığını anlayırsınız, lakin qəbul olduğunuz üçün oxumağa davam edirsiniz, bitirdikdən sonra nə olacağını düşünmürsüz belə. Yenədə zərərə düşməmək üçün səhv addım atmiş olursunuz.Və bunlar kimi daha başqa səhvlər etməmək üçün bu psixplogiyadan qurtulmağımız lazımdır. Bu məqaləni oxuduqdan sonra “zərər etməmək üçün” etdiyiniz yalnışları və səhvləri görəcəyinizi düşünürük.

ŞƏRH YAZIN