Marketınq Nədır?

0
3525
Marketınq Nədır?

Marketinq – məqsədi insanları müəssisənin məhsulunu istəməyə məcbur etmək olan fəaliyyətdir.Marketinqə bazarın araşdırılması,malın satışı,onun alıcıya çatdırılması və malın ödənişi daxildir.Marketinqin araşdırılması tələb və təklifin bərabərliyi barədə məlumatların sistematik yığım qeydi və təhlili deməkdir
.
Marketinq – müəssisənin öz işini bilən hər bir işçisinin özünə verməli olduğu suallara obyektiv cavablara doğru gedən təşkil edilmiş yoldur.

Marketinqin vəzifəsi insanları müəssisənin məhsulunu istəməyə məcbur etməkdir.
Mənim müəssisəmin məhsulunun alıcısı kimdir,kimdən potensial alıcı alına bilər?
Onlar harada yaşayırlar?
Nə üçün onlar alırlar?
Onlar lazımi malları əldə edə bilirlərmi və əslində əldə edirlərmi?
Mən lazımi yerdə,ən yaxşı vaxta və lazımi miqdarda onların arzuladığı məmulatları (xidmətləri) təklif edə bilərəmmi?
Mənim proqnozlarım düzdürmü?
Rəqabətdə olduğum müəssisələrlə müqayisədə mənim müəssisəmin markası necədir?
İnsanları satışa necə həvəsləndirməli?
Mən məmulatlarımın satışından gəlir əldə edirəmmi?

Mümkün olduğu yerdə fəal olmağa çalış,marketinq yenilikləri ilə tanış ol.Bu sənə müəssisənin məhsulunu yeniləməyə və rəqabətə davamlı olmaqda yardımçı olacaq.
Siz aşağıdakıları etməlisiniz:
-Araşdır müştəriyə nə lazımdır.
-Alıcıların tələblərinin təmin edilməsi üçün təklif edə biləcəyin məmulatları və xidmətləri seçmək;
-Müəssisənin məhsulunu (xidmətini) reklam etmək;
-Tələb olunan məhsulu əlverişli qiymətə elə satmaq ki,müəssisə prosesin sonuna qədər gəlir əldə etsin.
Bazarın araşdırılması üçün çoxlu lazımi informasiyanı aşağıkılardan əldə etmək olar:
Müəssisənin sifarişlər kitabından;
Müəssisənin ticarət agentlərindən;
Sizin mal satdığınız topdan və pərakəndə ticarətin nümayəndələrindən;
Müəssisənin məhsulundan istifadə edən alıcılardan;
Kataloqlardan;
Ticarət palatasından;


Vüqar Bağırov

 

ŞƏRH YAZIN