Twitter-Dən Pul Qazanmaq.

0
2319
Twitter-Dən Pul Qazanmaq.

Twitter 2006-cı ildən başlayaraq fəaliyyət göstərən, 300 milyondan artıq istifadəçisi olan bir sosial media proqramıdır. Twitter istifadəçilərinin bir çoxu də müəssisələrdir. Bu müəssisələr Twitter`i müştərilərini izləmək və müştərilərinə markaları və kompaniyaları haqqında məlumat vermək üçün istifadə edirlər.

Əgər bir twitter hesabınız varsa və kifayət qədər izləyici kütləniz varsa, Tüitter`dən kifayyət qədər pul qazana bilərsiniz. Lakin bunu ciddi bir əlavə iş olaraq düşünərək mümkünləşdirə bilərsiniz. Gündə 1 və ya 2 saatınızı twitter hesabınız üçün ayırar və doğru addımlar atsanız orta hesabla 2-3 ay sonra aylıq 150-250 manat kimi əlavə gəliriniz ola bilər. Bu yazımızda sizlərə Twitter`dən pul qazanmaq yollarını və diqqət etməniz lazım olan məqamlardan danışacayıq.

Twitter`dən necə pul qazanmaq olar?

1-Peşəkar bir Twitter istifadəçisi olun. Twitter istifadə etmək bacarıqları inkişaf etməmiş bir insan Twitter`dən  pul qazana bilməz. İzləyici sayınızı artıra bilməli, birdən artıq hesabı idarə edə bilməli və maraq çəkici twitlər ata bilməlisiniz.

2-Bazarlama mövzusunda təcrübə qazanın. Pul qazanmaq üçün internet bazarlama planları, namizəd müştəri yaratma və satış ortaqlığı (affiliate marketing) kimi konseptlərdən məlumatınız olmalıdır. Bir internet saytınız olmalıdır.
 
3-Twitter`i ticari hesabınız üçün istifadə edin. Sosial mediya hesabları internet saytlarının müştəri və ya tələb yaratmalarında istifadə edə biləcəkləri ideal bir vasitədir. Müştərilərin maraq dairələrinə uyğun olan məhsul təkliflərini e-mail adreslərinə göndərərək pul qazana bilərsiniz.

4-Blogunuzu və Twitter hesabınızı satış ortağı ( affiliate marketing) olmaq üçün istifadə edin. İnsanların blogunuzda oxuduqları və maraqlarını çəkən məhsullar tapın. Daha sonra bu məhsulları satan firmalarla təmas quraraq internet səhifənizdə məhsulların linkini paylaşın. 

İnsanlar satış ortaqlığı sistemi ilə internet saytlarında məhsulların reklamını apararaq məhsul satışından pay ala bilİrlər. Bazarlama fəaliyyətləri düzgün edilərsə, məhsulları
istehsal edənlərin reklamı aparılarkən satış ortaqları da aylıq olaraq faiz alır.

5-İnternet axtarış matorları vasitəsilə sponsorlu twit`ləri araşdırın. Firmaların çoxu məhsullarını sahifələrində  paylaşacaq olan populyar Twitter istifadəçiləri axtararlar. Firma ilə təmas qurun, razılaşma aparın və tüit başına ödəmə sistemi vasitəsilə pul qazanın.

Yazılı müqavilə bağlamağı unutmayın və atdığınız twitləri sübut olaraq firmaya təqdim edin. Eyni zamanda sponsor twit`lərinizi izləyicilərinizi narahat etməyəcək şəkildə müəyyən aralıqlarla paylaşın. Tez-tez yayınladığınız halda izləyici itirərsiniz, potensial satışlarınız azalar və sponsor reklam müqaviləniz təxirə salınır. 

6-Sponsorlu tüitlər üçün Ad.ly, Magpie, Twittad kimi platformalara üzv olun. Bu saytlar sponsor twitlərə ehtiyacı olan firmalarla bu twitləri öz səhifələrində paylaşacaq  Twitter istifadəçilərini bir araya gətirir. Bir hesab açın və reklamı müəyyən fasilələrlə twitləyin.Ödənişlər adətən PayPal vasitəsilə aparılır. 

7-Şəxsi məhsullarınızı satın. İnsanların çoxu gittigidiyor hərraclarındakı məhsulların təqdimatını həyata keçirmək üçün Twitter`i istifadə edirlər. Qısaldılmış linki asanlıqla Twitter hesabınızda paylaşa bilərsiniz və şəxsi baxışlarla daha çox təklif ala bilərsiniz. 

8-Xidmətlərinizi Twitter vasitəsilə satın. Professionalların çoxu Twitter`i sektordakı digər insanlarla əlaqə yaratmaq üçün istifadə edirlər. Bu yeni növ proqram sistemi əlaqələrinizi inkişaf etdirməyinizə, ortaqlıqlar qurmağınıza və işləriniz vasitəsilə özünüzü isbat etməyə köməkçi olur.

Özünüzü professional bir hesab üzərindən tanıtmaqdan utanmayın, çünki bir ümumi bir proqramlamadır. Öz özünüzün reklamınızı aparmağınız qısa zamanda işlərinizin artmasına kömək edəcəkdir.

Xəbərdarlıqlar.

Twitter hesabınızı sadəcə pul qazanmaq üçün dəyişdirməyin. Twitter cəmiyyətə yönəlmişdir. Əyləncəli, maraqlı və simpatik twitlər atmağı buraxsanız izləyici itirərsiniz, professional inkişaf şansınızı itirərsiniz və əvvəl axır Twitter vasitəsilə pul qazanmaq şansınızı  itirərsiniz.

Ehtiyacınız olanlar.
*Satış təcrübəsi
*Satış ortaqlığı razılaşmaları
*Sponsor twitlər
*İnternet saytı və ya blog

Twitter`dən tez bir zamanda pul qazanmaq üçün:
Əgər 2 000 və artıq izləyicisi olan bir tüitter hesabınız varsa, gündə 3-4 twit atıb pul qazanmağa başlaya bilərsiniz. 

Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN