Başını Quma Salma! Bilirəm Ordasan!

Başını Quma Salma! Bilirəm Ordasan!

Bir qış günü simfoniya orkesri toplanmışdı. Hava olduqca soyuq olduğundan konsert zamanı çətinlik çəkəcəkdilər. Üzvlərdən biri: “Mən söyləməsəm də olar. Ağzımı açıb-yumaram heç kim oxumadığımı hiss etməz” deyə ürəyində fikirləşdi. Orkestrın şefi əlindəki ağacı qaldırdı və heç kimdən səs çıxmadı. Sən demə hər kəs o gün eyni şeyi düşünmüşdü.  “Mən oxumasam da olar.”

Necə də qəribə bir şeydir. Bir insan özünü adam yerinə qoymur və söyləyir ki, “mən oxumasam da olar”. Adam bir axmaq olaraq çox haqlı. Çünki o şəxsin düşüncəsi “məndən heç nə olmaz” istiqamətindədir. Çox rastlaşıram bu tip düşüncəli insanlarla. “Bu Vətəni mən qurtaracağam?”, “mən etməsəm də olar”, “Ölkənin vəziyyəti pisdir mən düzəldən deyiləm ki.” Bu və buna bənzər  bir çox kor fikirlərlə. Ay insan, sən özünü adam yerinə qoyursan, öz vəzifələrini yerinə yetirirsən ki?! Və təbii ki, bu məmləkəti sən, mən, o qurtaracaq. Yad planetlilər gəlib qurtarmayacaq ki! Nazım Hikmət necə deyib:
 
“Mən yanmasam,Sən yanmasan,Biz yanmasaq,Neçə çıxar qaranlıqlar aydınlığa.”
 
Uğurlu və mənalı bir həyatın qızıl açarı intizamdır. Nizam-intizam etməyiniz lazım olan, ancaq etməyə həvəsinizin olmadığı işləri görməyə sizi vadar edər. Şəxsi intizamınız olmadan konkret hədəflər qoymaq, zamanınızdan diqqətli şəkildə istifadə etməyiniz, verdiyiniz sözləri tutmağınız, insanlara yaxşı davranmağınız, çətin zamanlarda sabit olmanız  və müsbət düşünməyiniz mümkün deyildir. 
 
Unutma bu dünyada sən də yaşayırsan. Sənin də səsin yüksəkdən gəlməli və sənin də vəzifələrin var... 
 
 
Tərcümə etdi: Sarah Nəcəf
 

ŞƏRH YAZIN