Duz , Bir Stəkan Su Və Göl

0
14835
  Duz , Bir Stəkan Su Və Göl

 

Bir dəfə özünü xoşbəxt hiss etməyən gənc bir qocanın yanına gəlir və ona həyatının çox qəmli keçdiyini deyir.Qoca ona əlinə bir ovuc duz və bir stəkan su götürməyi tapşırır və sonra duzu suya töküb içməyi deyir.Gənc elə də edir.
- “Necə dadır?”qoca soruşdu.
- “Dəhşətli” gənc deyir.
Qoca yavaşdan gülür  və  bu dəfə gəncdən bir ovuc dolusu duzu götürüb gölə atmağı deyir.İkisə də gölə doğru gəlir və qoca gəncdən duzu gölə atmağı xahiş edir.Gənc onun dediyini edir.
Qoca “İndi əyil bu sudan da iç “deyir.
Gənc içib suyun son damlası da çənəsindən düşəndən sonra qoca yenidən soruşur:
- ”Necə idi?”
- “Yaxşı”gənc dedi.
- “Sən duzu hiss etdin?” qoca dedi.
- “Yox”gənc əlavə etdi.
Qoca gəncin yanında oturdu,əlini götürdü və dedi:”Həyatın əzabı da xalis duz kimidir.Nə çox,nə də az.Həyatımızda əzabın miqdarı  eyni qalır,tamami ilə eyni.Ancaq onun miqdarı da bizim onu içərisinə qoyduğumuz qabdan asılıdır.Beləliklə sən əgər əzab-əziyyət içərisindəsənsə etməli olduğun yeganə şey düşüncəni böyütməkdir,genişləndirməkdir.Stəkan olmağa yox de .Göl ol!
 

 

Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN