Həyatda Dəyərli Şeylər

0
14186
Həyatda Dəyərli Şeylər

Professor dərs başlamazdan əvvəl stolunun önündə dayandı.Onun üstündə bir neçə maddə vardı.Dərs başlayanda,o,səssizcə bir banka götürdü və onun içərisini qaya parçaları ilə təxminən iki qarış diametrində  doldurdu.Sonra o,tələbələrindən qabın dolu olub-olmadığını soruşdu.Onlar razılaşdılar ki qab doludur.

Sonra professor bir qutu dolu xırda çay daşlarını götürdü və onu bankaya tökdü.O,bankanı yüngülcə silkələdi.Əlbəttə ki,çay daşları qaya parçalarının arasından süzülüb aşağı boş yerlərə getdi.Professor yenə də tələbələrdən qabın dolu olub-olmadığını soruşdu.Onlar yenə razılaşdılar qab dolu idi.
 
Sonra professor bir qutu dolu qumu götürdü və onu bankaya tökdü.Əlbəttə ki,bu dəfə də qum qabın içərisində boş qalan yerləri doldurdu.Professor bir daha da qabın dolu olub-olmadığını soruşdu.Tələbələr bir ağızdan “Bəli”dedilər.
“İndi”professor dedi “Bu qab sizin həyatınızı əks etdirir.Qaya parçaları ən vacib şeylərdi-sizin ailəniz,sizin yoldaşınız,sizin sağlamlığınız,sizin uşaqlarınız-o şeylər ki,əgər hər şeyinizi itirsəniz belə,yalnız onlar qalacaq və sizin həyatınız hələ də dolu olacaq.Xırda çay daşları digər əhəmiyyətli şeylərdir –sizin işiniz,sizin eviniz,sizin maşınınız kimi.Qum parçaları isə daha geridə qalan hər şeydi-kiçik parçalar”.
“Əgər siz birinci qumu qaba töksəniz çay daşları və qaya parçaları üçün yer qalmaz.Bu eyni ilə sizin həyatınız üçün də keçərlidir.Əgər siz bütün vaxtınızı və enerjinizi bu kimi xırda şeylərə sərf etsəniz,sizin heç vaxt sizin üçün vacib olan şeylərə yeriniz olmayacaq.Bu kimi şeylərə diqqət etməyiniz sizin xoşbəxtliyiniz üçün vacib deyil.Uşaqlarınızla oynayın.Sevdiyinizlə rəqs edin.İşə getmək üçün həmişə vaxt olacaq,evinizi səliqəyə salın,nahar qonaqlığı təşkil edin ,ya da  diqqətinizi bunları aradan qaldırmağa yönəldin “.
 
“Birinci qaya parçalrına diqqət edin-o şeylər ki,həqiqətən ən dəyərliləridir.Öz üstünlüklərinizi təyin edin.Qalanları sadəcə qumdur”.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN