Qovaq Ağacı Və Balqabaq

0
6146
Qovaq Ağacı Və Balqabaq

Qoca bir qovaq ağacının yanında bir balqabaq boy atmışdı. Yaz irəlilədikcə bitki qovaq ağacına sarılaraq yüksəlməyə başlamışdı. Yağışın və günəşin təsiriylə müdhiş bir sürətlə böyümüş və təxminən qovaq ağacı ilə eyni boya gəlmişdi. Bir gün dözə bilməyib  qovaqdan soruşdu:

-Ağac, sən neçə ayda bu hala gəldin?
-On ildə,deyə cavab verdi .
-On ildəmi? deyərək güldü və lovğalıqla çiçəklərini yellədi .
-Bax, mən təxmini iki aya səninlə eyni boya gəldim!
-Doğrudur, deyə qovaq cavab verdi.
Günlər günləri ötürdü və payızın ilk küləkləri başladığında balqabaq üşüməyə sonra yarpaqlarını tökməyə  və soyuqlar artdıqca da aşağıya doğru enməyə başlamışdı. Balqabaq həyəcanla qovaqdan soruşdu:
-Ağac,mənə nələr olur?
-Ölürsən, deyərək qovaq cavab verdi.
-Nə üçün?
-Mənim on ildə gəldiyim yerə, iki ayda gəlməyə çalışdığın üçün....
 
Nəticə : İşləmədən, əmək sərf etmədən gəlinən nöqtə müvəffəqiyyət sayılmaz. Asan qazanılan, asan da itirilər. Hər işdə alın təri və əmək şərtdir.
 
Tərcümə etdi : Bəsti Mehralıyeva

ŞƏRH YAZIN