Səbinənin Sirri

0
13014
Səbinənin Sirri

Camal qrup yoldaşı Səbinədən soruşdu: “Sirrin nədir? Belə enerjili və xoşbəxt olmağının sirri nədir? Səni təxminən bir ildir izləyirəm. Həyatında nə olursa olsun, hər zaman xoşbəxtsən. Yağış da yağsa, qar da yağsa, bir yoldaşın görüşə  gəlməsə ya da çox gec qalsa belə sənin əhvalın heç pozulmur. İmtahan günü sənədlərin itdi və məzun ola bilmədin. Bu hadisə belə səni heç üzmədi. Bu necə ola bilər? Bu enerjini haradan tapırsan? Xoşbəxtliyinin davamlılığının qaynağı nədir?”
Səbinə cavab verdi: “Xoşbəxt olmaq üçün xüsusi bir şey etmirəm. Sadəcə  hər gün gün ərzində olan keçənləri biriylə paylaşıram. Bəzən ailəmdən biriylə, bəzən də bir dostumla. Özümü bir çaydana, günün içində baş verən hadisələri ocağın alovuna bənzədirəm. Günün hadisələri içimdəki suyu qaynadır və təzyiq artımı məndə stressə gətirib çıxarır. Təzyiqi azaltmanın yolu isə ya alovu söndürmək və ya çaydanın qapağını açmaqdır. Gün içində olan kecənləri bir yaxınınla paylaşmaq çaydanın qapağını açmağa bənzəyir. Baş verənləri şirin söhbətlə çox sevdiyin biriylə paylaşmaq ona öz çaydanından çay təklif etmək kimidir.  Mən günümü birinə çay təklif etmədən bitirmirəm. Ya üz-üzə, ya telefonla, ya e-poçt ilə mütləq gün ərzində olan keçəni paylaşıram çünki onu bir yük kimi kürəyimdə daşımaq istəmirəm. Amma həm söhbət olacağım birinə məni mühakimə etməyə yol açacaq məlumatlar vermirəm.“
Camal maraqla soruşdu:  “Çox maraqlıdır. Yaxşı başqa nələr edirsən?“
Səbinə: “Hər gün kiçik də olsa bir şeylər kəşf etməyə çalışıram. Yeni bir yemək, yeni bir yol, yeni bir radio kanalı, yeni bir kitab... Bir yerdə oxumuşdum, insan ağlını, beyin hüceyrələrini yeni şeylər çalışdırırmış. Üstəlik yeni şeylər, mənə başqalarıyla söhbət edəcək yeni mövzu da verir. 
Bir də hər fürsət düşdükcə birilərinə kömək etməyə çalışıram. Dərs hazırlamağa çalışan bir yoldaşıma da, axtardığı ünvanı tapmaqda çətinlik çəkən birinə də, bir şeylər almağa getdiyim dükanda bir dükançıya da ... Başqasına kömək etmək məni xoşbəxt edir. Elə bir ilahi nizam var ki, biz başqasına kömək etsək, başqaları da bizə kömək edir. Eyni zamanda mənə insanların inanclarına görə səhərlər namaz qılması ya da meditasiya etməsi doğru kimi gəlir. Məncə bu bizə düşünmək üçün fürsət verir. Həmdə bu zaman bir əvvəlki günü geridə buraxıb təmiz bir səhifə açmış oluram.“
Camal: “Yaxşı bu itən sənədə görə nə deyəcəksən? Heç təsirlənmədin?“
Səbinə:  “Bəli, biraz kədərləndim. Bəlkə bir neçə dəqiqə... Amma sonra düşündümki bəlkə bu dərs ili qrup yoldaşlarımdan biri gələcək həyat yoldaşım olacaq ya da bəlkə müəllimimlə dost olacam və mənə assistentlik təklif edəcək. Bəlkə də gecikən təhsilim səbəbindən bir sonrakı il, bu il tapacağımdan daha yaxşı  iş tapacam. Səncə sənədimin itməsinə görə kədərlənim ya sevinim?“
 
Tərcümə etdi: Nərgiz Oqtayqızı
 

ŞƏRH YAZIN