Yuxulu Rahib

0
17983
Yuxulu  Rahib

Uzun illər əvvəl bir yerdə tənbəl,həm də eyni zamanda çox kasıb olan bir rahib yaşayırdı.O,heç vaxt əziyyət çəkmək istəmirdi,ancaq bütün günü nə vaxtsa varlı bir adam olmağı xəyal edirdi .O,yeməyini də sədəqə dilənərək əldə edirdi . Bir gün səhər ona sədəqə kimi bir qab süd verilər . O,buna son dərəcə məmnun oldu və bir qab dolu südlə evə qayıtdı .O,südü bişirdi,bir az içdi , qalan hissəsini isə bir qabda saxladı . O , südə onun konvertasiyası üçün bir az kəsmik əlavə edib sonra da yatmaq üçün yatağına uzandı .

O,yatarkən bir qab süd haqqında təsəvvür qurmağa başladı. O,xəyal edirdi ki,əgər o,varlı adam olsa,onun bütün əzab-əziyyəti yox olacaq.Onun fikri yenə də süd qabına getdi,o artıq onu kəsmik kimi təsvir edirdi . O xəyal edirdi ; "Səhərə kimi süd artıq kəsmik olar . Mən sonra ondan nehrə çalxalıyaram və ondan yağ alınar . Mən də sonra yağı əridərəm , gedərəm bazara və orda onu satib pul alaram. Həmin pulla mən bir toyuq alaram . Sonra toyuq cücə çıxardar və beləliklə də daha çox toyuğum olar . Bu cücələr də eyni zamanda yüzlərlə cücə çıxardar və beləliklə də mənim quşçuluq fermam olar ". O xəyal etməyə davam edirdi .

"Mən bütün toyuqları sataram , əvəzinə çoxlu inək alaram və süd zavodu açaram.Bütün şəhərin əhalisi məndən süd alar.Mən zəngin olacam və tezliklə özümə zinət əşyaları alıb-satacam.Hətta Kral da bütün zinət əşyalarını məndən alacaq .Mən o qədər zəngin olacam ki varlı ailədən gözəl bir qızla evlənəcəm . Tezliklədə mənim çox yaraşıqlı oğlum olacaq. Əgər o nəsə yaramazlıq etmiş olsa mən əsəbləşərək onu çubuqla döyəcəm ". Bu yuxu ərzində o , qeyri- ixtiyari çarpayısının yanından çubuğu götürdü , onu əli ilə yuxarı qaldırdı və o ,oğlunu vurmağı fikirləşirdi ,ancaq o süd qabını vurdu .Süd qabı aşaraq qırıldı və o yuxudan ayıldı. 

Nəticə : Əziyyət çəkmədən heç bir şeyə nail ola bilmərik.Xəyallar əziyyət çəkilmədən gerçək ola bilməz. 

 

Tərcümə etdi : Ülviyyə Salahova  

ŞƏRH YAZIN