Fədai Abdullah:Yolunuza Nlp Ilə Işıq Tuta Bilərsiniz.

0
573
Fədai Abdullah:Yolunuza Nlp Ilə Işıq Tuta Bilərsiniz.

Hörmətli Fədai bəy  biznes koç olaraq NLP  Təlimləri barədə nələri qeyd edə bilərsiz ?

-NLP maraqlı, fərqindəlik yaradan və diqqət çəkən bir sahədir. Öyrəndikcə fərqindəlik artır. Fərq etdikcə insanlar başını sallayır, təbəssüm yaranır və üz cizgilərində dəyişikliy müşahidə olunur.Bəzəndə bu fərqindəlik  insanın  o qədər  içinə alır ki, o qeyri ixtiyarı olarq Aa-ha, Hımm səsi ilə reaksiya verir.
 
NLP ni öyrəndikcə nələri fərq edə bildiniz ?
- NLP-ni öyrənməyə davam etdikcə dəyişimin öz həyatında ilk dalğalarını  sezməyə başlayırsan.  Əvvəlcə fikirlərində bir sistemləşmə, strukturlaşma və xəritə formalaşmağa .... Sonra bu sahələr  genişləməyə, dərinləşməyə və aydınlanmağa başlayır. Özünü  görür. Sistemi  görür. Sistem içində özünü və özü içindəki sistemi  görürsən. İşləmə formasını müşahidə edir. Tanıyır. Mənaları anlayırsan. 
 
Fədai bəy sizə görə NLP – nin faydaları nədən ibarətdir ?
- Nə istəməyi , neçə istəməyi və nə vaxt istəməyi öyrənir.İstəyi istiqamətində dinamika yaratmağı  bacarırsan. İstəyi istiqamətində istərsə öz daxili sistemidə  dəyişiklik yarada bilir istərsə özünün içində olduğu  təbii sistemlərə  müdaxilə edərək  yeni təbii sistemlər (mühütlər) formalaşdıra bilir. Bunları etdikcə NLP yolçusunu  həyatının necə faydalı istiqamətə dəyişdiyini muşahidə edir. Sonra bu faydanı əvvəlcə öz həyatının  digər sahələrini  sonrada digər insanlara ötürməyə davam edir.
 
NLP –dən hansı sahələrdə istifadə edirsiz?
- NLP Uğurlu insanların modelənməsindən ortaya çıxmış bir  medodologiyadır. Uğura aparan modellərin yoludur. Uğurlu olmanın yoluda demək olar. Uğurlu insanlar bilərək və ya bilmədən də öz həyatında NLP- nin bir çox qaydalarını tətbiq edir.NLP ilə tanış olduğumda  iş adamı idim. Demək olar mən də bir çox qaydarı instinktiv tətbiq edirdim.   Tanış olduqdan və dərinləşdikdən sonra həm tətbiq etmək,  həm dəyişim, həm də izah etmək asanlaşdı və sistemləşdi.Həyatımın digər sahələrinə də bu effektivliyi yaya bildim. Həyatımdan, işimdən və münasibətlərimin səviyəsi məni qane edir. NLP ilə inkişaf isə hələdə davam edir.....
 
Təlimçi Babək Bayramov haqqında nə düşünürsünüz ?
- NLP haqqıda ilk təlimçim Babək Bayramov olub.  NLP diploma, NLP practitioner təlimini   Babək müəllimdən almışam.  Həm təlimçi kimi həm İnsan kimi razıyam. Babək müəllim NLP və onun qaydalarından insanlarımızın faydalanması üçün  çox  çalışır. Çox insanlara NLP-ni eşitdirməyi də  bacarıb.Bu sahədə çox insanların  yetişməsinə də  səbəkar olub.Babək  müəllim NLP sahəsində faydalı olmağa davam edir.Öz adına onun bu zəhmətlərinə görə təşəkkür edirəm.Onu dəstəkləyirəm
 
Ən sonda bizim portalın oxucularına tövsiyyəniz nə ola bilərdi ?
- Bu yol  həyatın və həyat içərisindəki Sizin yolunuzdur. Yolunuz aydın olsun. Yolunuza NLP ilə işıq tuta bilərsiniz.

 
Cazibe.Info Fərdi İnkişaf Portalı
 
 

ŞƏRH YAZIN