Acizlik Duyğusunu Yaradan Qəliblər ...

0
3702
Acizlik Duyğusunu Yaradan Qəliblər ...

 1964-cü ildə Dr. Martin Seligmen adlı psixologiya tələbəsi hələ Princeton Universitetində oxuduğu illərdə önəmli bir şeyi kəşf etmişdi. Belə ki, Seligmenin tələbə yoldaşları bir labirint yollarını tapmağa çalışan itlərə yüngül elektrik şokları verərək təcrübə həyata keçirirlər. Təcrübənin nəticəsinə görə, itlər qaçmağa çalışmaqdan imtina etmişdilər. Daha təcrübəli araşdırmaçılar itlərlə təcrübəyə davam etməyin yollarını axtarırdı. Seligmen laboratoriyada yeni olmasına baxmayaraq, bütün dünyaya səs salan bir baxış bucağı əldə etmiş, itlərin aciz olmağı öyrəndiklərini görmüşdü. İtlərin vəziyyətə reaksiyaları mübarizəyə davam etməyin ümidsiz bir səy olduğunu göstərirdi, bu səbəblə də mübarizə etməyə son qoyurdular. NLP-də buna öyrənilmiş acizlik deyilir.


İnsanlar üzərində aparılan bənzər bir təcrübədə də təəccüblü şəkildə bənzər nəticələr əldə edilmişdi; insanlar da qaçmaqdan imtina edir, eyni acizliyi sərgiləyirdilər. Daha sonra bu mövzuda edilən təcrübələr öyrənilmiş acizlikdən xilas olmağın mümkün olduğunu kəşf etdi.
Belə ki, insan acizlik duyğusundan bir dəfə xilas olduqda bir daha əsla həmin duyğunu mənimsəmirdi. Bəli, davranışlarımızda öyrənilmiş acizlik dəyişdirilə bilər. Bu bizim gələcəkdəki davranışlarımıza da sözsüz öz təsirini edər.
 
Seligmen bu acizlik duyğusuna gətirib çıxaran müəyyən inanc qəliblərini müəyyəən etmiş və ondan xilas olmağın yolunu kəşf etmişdir.
 
Davamlılıq bu inanclardan ilkidir. Müvəffəqiyyətli insanlar bəzi problemlərlə qarşılaşan zaman bu vəziyyətin davamlı olduğunu nadir hallarda qəbul edərlər. 

İkincisi də, yayılma inancıdır. Bir problem böyüməyə başlayanda optimistlər onun həyatın digər sahələrinə təsir etməsinə icazə verməzlər, beləliklə də, ümidsizlik digər sahələrə yayılmaz. Problem nəzarət altına alınır və faktlar ("Bu dəfəlik müvəffəqiyyətsiz oldum") real olmayan inanclara ("Mən hər zaman müvəffəqiyyətsiz olacam") çevrilməz. 

Üçüncü olaraq, problem və çatışmazlıqlarını "həyat səviyyəsi"ndə fərdiləşdirib "Mən uğursuz bir insanam" nöqtəsinə gətirməzlər.
 
Bu səbəbdən də, bir problemlə qarşılaşdığımız zaman, o problem yoxmuş kimi davranmaqdansa, onların davamlı olmamasına, yayılmamasına,  fərdiləşməməsinə çalışmalıyıq. 

ŞƏRH YAZIN