Alt Modellərlə Tanışlıq

0
1991
Alt Modellərlə Tanışlıq

 Bu məqaləmizdə xüsusilə obyektləri təmsil şəklinizi necə dəyişdirə biləcəyinizi öyrənəcəksiniz. Bu da məqsədlərinizə çatmaqda sizi dəstəkləyəcək davranışları aşkar etmə və hiss etmə gücü verəcək.


Daxili təmsilimizlə əlaqədar dəyişə biləcəyimiz iki şey var. Təmsil etdiyimiz şeyi dəyişdirə bilərik. Məsələn, ən pis ssenarini xəyal ediriksə, ola biləcək ən yaxşı ssenarini göstərərək dəyişiklik edə bilərik. Ya da bəzi şeyləri təmsil şəklimizi dəyişdirə bilərik.

Bir çoxumuzun zehnində beyni cavab verməyə tətikləyən müəyyən açarlar var. Məsələn, bəziləri üçün bir şeyi görmək çox böyük bir motivasiyadır. Bəziləri də, bir şey haqqında öz özlərinə danışarkən istifadə etdikləri səsin tonunun onların motivasiyası üçün fərqlilik yaratdığını qəbul edərlər. Demək olar ki, hər birimiz öz içimizdə ani cavabları tətikləyən açar alt motellərə sahibik. Obyektləri təmsil etməyin incəliklərini və onların bizə təsiretmə tərzlərini bir dəfə kəşf etdiyimiz zaman, zehnimizə məsuliyyət verməyə və obyektləri bizi zəiflədəcək şəkildə deyil, gücləndirəcək şəkildə təmsil etməyə başlayarıq.

Bəziləri bizim modelləmək istədiyimiz bir nəticə göstərərsə, biz onun zehnində nələr görüntülədiyi və öz-özünə nələr söylədiyindən daha çox şey bilməliyik. Onun zehnində nələr olub bitdiyini bilmək üçün, daha kəskin vasitələrə ehtiyacımız var. Bax burada alt modellər dövrəyə girər. Onlar bir nəticə əldə etmək üçün lazım olan qarışıqların dəqiq miqdarına bənzəyir. 

Vizual bir təcrübəni anlaya bilmək və nəzarət edə bilmək üçün onun haqqında daha çox şey bilməliyik. Parlaq, tünd, rəngli yoxsa ağ qaradır? Hərəkətlidir yoxsa sabit? Bunları bilməyimizə ehtiyac var.

 Eyni şəkildə, audial ünsiyyətin də yüksək yoxsa alçaq olduğu, yaxın ya da uzaq yerləşdiyi, qalın və ya incə olduğunu bilmək istəyirik. 

Kinestetik bir təcrübənin yumşaq yoxsa sərt, iti və ya düz, elastik yoxsa qatı olduğunu öyrənməliyik. Aşağıda tez tez istifadə olunan Alt Modellərin siyahısı verilib:

VİZUAL

Film yoxsa sabit çərçivələr
Maraqlı (hadisəni öz gözləri ilə görmək)
Maraqsız (özünü kənardan seyr edən)
Aydın və ya çərçivəli (çərçivələşdirilibsə, çərçivənin rəngi)
Rəngli və ya ağ-qara
Parlaqlıq
Görüntünün böyüklüyü
Ziddiyət
Aydın və bulanıq görüntü
Sürət
Hərəkətli və ya hərəkətsiz
 
 
AUDİAL

Səsin keyfiyyəti
Sözün vurğusu
Səsin yeri
Səsin yüksəkliyi
Sözlər və ya səslər
Səsin keyfiyyəti
Davamlı və ya davamsız
Aydın və ya boğuq
Stereo və ya mono
Sözlər və ya səslər


KİNESTETİK

Yer
Sıxlıq
Bərk və ya yumşaq
Böyüklük
Toxunma
Ağırlıq
Hərarət
Forma
Vaxt


AĞRI ÜÇÜN

Sızlama
İsti - soyuq
Əzələ gərginliyi
İti, kor
Təzyiq
Dözmə müddəti
Məskunlaşma
Digər
 
Alt Model özəlliklərindən istifadə edərək, həyat təcrübənizi kökündən dəyişə bilərsiniz. Unutmayın, davranışlarınız içində olduğunuz vəziyyətin nəticəsidir və bu davranışlarınız obyektləri görmək, öz özünüzlə danışıqlarınız və s. şeylərdən ibarət daxili təmsiliniz tərəfindən yaradılır. Film rejissoru ssenarinin tamaşaçılar üzərindəki təsirini necə dəyişdirə bilirsə, siz də hər hansı bir təcrübənin həyatınız üzərindəki təsirini dəyişdirə bilərsiniz. Rejissor tamaşaçıları istədiyi vəziyyətə sala bilmək üçün kamera bucağı, musiqinin tipini və səsinin şiddətini, hərəkətin miqdar və sürətini, xəyalın keyfiyyətini və rəngini dəyişdirə bilər. Ən ümdə məqsədlərinizi və ehtiyaclarınızı dəstəkləyəcək davranış ya da vəziyyəti yaratmaq üçün, siz də beyninizi eyni şəkildə idarə edə bilərsiniz.

Bunu necə edə biləcəyinizi biz sizə göstərək. Aşağıdakı tapşırıqları yerinə yetirməyiniz son dərəcə vacibdir. Bu səbəblə bir tapşırığı oxuduğunuz zaman dayanıb, tapşırığı etdikdən sonra digər tapşırığı oxumağa başlamalısınız. Bu tapşırıqları bir başqa insanla birlikdə etmək daha əyləncəli ola bilər.

Çox xoş bir xatirənizi düşünməyinizi istəyirəm. Bu uzaq keçmişdən də ola bilər, yaxın günlərdən də. Fərq etməz. 

Sadəcə gözlərinizi bağlayın, rahatlayın və onu düşünün. Xəyalınızı düşünün və onu parlaq və daha parlaq hala gətirin. Xəyalınız parlaqlaşdıqca, vəziyyətinizin necə dəyişdiyinə diqqət edin. Daha sonra görüntünü özünüzə yaxınlaşdırın. İndi dayanın və onu böyüdün. Xəyalınızda bu əməliyyatı edincə, nə baş verdi? Təcrübənin sıxlığı dəyişmədi?

İnsanların böyük əksəriyyəti üçün xoş bir xatirəni daha parlaq, daha yaxından görmək və daha böyütmək daha çox güclü bir xəyal və xoş bir vəziyyət yaradır. Sizi daha güclü və daha şən bir vəziyyətə salacaqdır.

Hər kəs vizual, audial, kinestetik alt modellərinə ya da təmsil sistemlərinə çata bilər. Lakin, fərqli təmsil sistemlərinə fərqli dərəcələrdə bağlanarlar. Bir çox insan beyninə daha çox vizual çərçivə ilə çatar. Onlar beyinlərindəki görüntülərə reaksiya göstərərlər. Bəziləri audial, bəziləri də kinestetik olaraq çatarlar. Bunlar da eşitdiklərinə və ya hiss etdiklərinə daha güclü reaksiya göstərərlər. Bu səbəblə vizual çərçivənizi dəyişdirdikdən sonra, eyni şeyi digər təmsil sistemləri ilə etməyə çalışın.

Məsələn, az öncə üzərində çalışdığınız xoş xatirənizi geri gətirin. Eşitdiyiniz səslərin şiddətini yüksəldin. Ona daha çox ritm verin və səsin rəngini dəyişdirin. Onları daha qüvvətli və müsbət edin. 

İndi də eyni şeyi kinestetik alt modellərlə həyata keçirin. Yaddaşınızı daha əvvəlkindən ilıq, daha yumşaq və daha hamar edin. İndi təcrübəniz haqqındakı hissləriniz necə oldu?

Hər kəsin cavabı təbii ki,fərqli olacaq. 

Eyni tapşırığı bir də mənfi xatirəniz üzərində yoxlayaq. Sizi alt-üst edən və ağrı hiss etməyə səbəb olan bir xatirənizi düşünün. İndi o xəyalı alın və daha parlaq hala gətirin. Özünüzə yaxınlaşdırın və böyüdün. Beyninizdə nələr olur? Daha əvvəl hiss etdiyiniz pis hisslər, əvvəlkindən çox daha güclü hala gəlmək üzrədir. İndi isə, xəyalı əvvəlki yerinə qoyun. Onu daha kiçik, daha küt görərsiniz. Bəs, daha uzağa qoysanız nə olar? Yoxlayın və hisslərinizdəki fərqə diqqət edin. Mənfi hisslərin gücünü itirdiyini görəcəksiniz.

Eyni şeyi digər modellərlə sınayın. Daxili səsinizi dinləyin ya da yüksək, kəsik kəsik tonda təcrübənizə nələr olduğuna baxın. Təcrübənizi tam və dəqiq olaraq hiss edin. Böyük bir ehtimalla, bənzər şəkildə mənfi hisslər daha da gərginləşəcəkdir.

Bunları elmi bir şəkildə anlamağınızı istəmirəm. Bu tapşırıqlarla sizi hansı model və alt modellərin daha çox gücləndirdiyinə diqqət edin. Xəyaldakı dəyişikliklərin hisslərinizi necə dəyişdirdiyinə diqqət edərək bu addımları təkrar tətbiq etməlisiniz.

Bir az öncəki mənfi xəyalınızı indi kiçildin. Xəyal büzüldükcə nələr olduğuna diqqət edin. Onu bulanıqlaşdıraraq, donduraraq və görülməsi çox çətin bir yerə ataraq üzərinizdəki diqqətini dağıdın. İndi onu özünüzdən yaxşıca uzaqlaşdırın. Nəticə olaraq, xəyalı bir daha görə bilmədiyiniz şəkildə günəşə göndərin. Onu dünyadan uzaqlaşdırdıqdan sonra, nə eşitdiyiniz, nə gördüyünüzə və nə hiss etdiyinizə diqqət edin.

Eyni şeyləri audial olaraq, edin. Eşitdiyiniz səsin şiddətini azaldın. Onu daha az eşidə biləcəyiniz bir hala gətirin. Ritmini və çətinliyini yox edin.

İndi bunları kinestetik olaraq, yoxlayın. Xəyalınızı bir çimdik halına gətirin, kiçildin və yumşaldın. Bu prosesdən sonra mənfi xəyalınıza nə olar? Əksəriyyət insanda, xəyal gücünü itirər, daha az ağrı verər hətta yox olar.

Keçmişdə sizə böyük ağrı verən hər hansı bir şeyi götürüb, kiçildə bilər, həll edə bilər və tamamilə yox edə bilərsiniz.

Hesab edirəm ki, bu qısa təcrübə sizə bu texnikanın nə qədər güclü ola biləcəyini göstərmişdir. Yalnız bir neçə dəqiqə ərzində müsbət hissinizi daha qüvvətli və güclü bir hala gətirə bilərsiniz. Eyni şəkildə güclü mənfi xatirələrinizi ələ alıb, onların sizə təsirini yox edə bilərsiniz. Keçmişdə daxili təmsillərinizin nəticələri ilə kifayətlənirdiniz. İndi isə, hər şey sizin əlinizdədir. İstəsəniz, müsbət xatirələri daha qüvvətli edər, mənfi xatirələri də yox edə bilərsiniz. Bu artıq sizin seçiminizdir. 

Edə bilməyəcəyiniz qədər böyük olduğunu düşündüyünüz iş ya da vəzifə təklifi olmuşdur. Sadəcə bu səbəblə də, işi etməyə cəhd belə göstərməmisiniz. Bu vəzifəni kiçik bir şəkil olaraq görüntüləsəniz, onu bacara biləcəyinizi hiss edərsiniz və imtina etmək yerinə, daha münasib addımlar ata bilərsiniz. Bu sizə həddindən artıq bir mənasız görünə bilər, lakin dediklərimi etdiyiniz zaman təmsilinizin dəyişdiyini, vəzifə haqqındakı hissinizin və hərəkətlərinizin dəyişdirdiyinizi görəcəksiniz.

Şübhəsiz ki, indi yaxşı təcrübələri önə çıxarıb onları genişlədə biləcəyinizi bilirsiniz. Həyatın əyləncəli kiçik bir qisimini ələ alaraq böyüdə bilərsiniz, günün görüntüsünü parlaqlaşdıra bilər və daha xoşbəxt, daha yüngül hiss edə bilərsiniz. Ən əsası, artıq daha mənalı, daha rəngli həyatın necə yaradılacağının yolunu bilirsiniz!

 

ŞƏRH YAZIN