Dərin Dəyərlərinizə Səyahət Edin!

0
2302
Dərin Dəyərlərinizə Səyahət Edin!

 1. Maraq sahələriniz, sevdiyiniz şeyler və həvəslərinizdən bəzilərini düşünün. Hal-hazırda arxasınca qaçdığınız məqsədlərə baxın. Sonra gələcəyə baxın və bu məqsədlərə çatdığınızı görün. Daha əvvəl onları çox düşündünüz. Ağlınıza gələn ən önəmlilərini seçin; iki, üç, hətta beş dənə belə ola bilər. Bu məqsədlər müəyyən olunmuş, arzulanan gələcəyinizdir.

2. Dəyər və prinsiplərinizi müəyyən edin. Onları ən sevdiyiniz yolla ağlınızda tutun. Hər bir müəyyən məqsədi sıra ilə əlinizə alın, onu görün, onu hiss edin, onun sahibi olduğunuz bir məqsəd olduğunu yoxlayın. Bunu etdikdən sonra özünüzdən soruşun: 

"Bu məqsəddə dəyər verdiyim nə var?" 

Əgər məqsəd səyahət etməkdirsə, cavab "Öyrənmək", "əylənmək" ya da başqa bir şey ola bilər. 

Əgər məqsəd yeni bir işdirsə, onda dəyər verdiyiniz şeyin cavabı "həyəcan" ya da "meydan oxuma" ola bilər. Cavab bir və ya bir çox dəyər ola bilər. 

3. Dəyərlərinizi və prinsiplərinizi siyahıya alın. İndi nəzərdə tutduğunuz dəyərləri araşdırın və özünüzdən soruşun: 

"Bu məqsəddə dəyər verdiyim şey nədir?" Özünüzə bir siyahı çıxarın.

4. Ən dərindəki dəyərlərinizi tapın. Bitirdiyiniz zaman əlinizdə dərinlərdəki dəyərlərinizin və ya prinsiplərinizin bir siyahısı olacaq. İndi özünüzdən soruşun: 

"Bütün bu dəyərlərdə mənim üçün əhəmiyyətli olan şey nədir?" 

Ağlınıza gələn cavab daha da əhəmiyyətli bir dəyər olacaq. Əhəmiyyətli, dərin dəyərinizi bilmək özünüzü anlamağın mühüm bir yoludur. Dəyərlərinizin bu qədər zaman sizə müvəffəqiyyətlərinizi və hər hərəkətinizi necə motivasiya etdiyinin fərqinə varın.

5. Ən dərin dəyər ya da prinsiplərinizi qeyd edin. Bu dəyər və prinsipləri, gələcəkdə müraciət etmək üzrə bir kənara yazın.

İnsanların dərin dəyərlərinin fərqinə varmalarının üç yolu vardır. Dəyərlərin fərqinə varılmasının ən məşhur yolu gərginliklərdir. Sizi narahat edən, beyninizi qarışdıran bir şey olduğu zamanda təcrübənizdə bir dəyərin varlığı hiss edilmişdir. Əgər biri hörmətsizcə davranırsa və siz əsəbiləşirsinizsə, bunun səbəbi hörmət dəyərinizindir. Bir əlaqədə sizə hörmət göstərilməsini istəyərsiniz. Yaxınlaşmaqda olan bir hadisə mövzusunda necə bir performans göstərəcəyinizdən əmin ola bilmədiyiniz üçün özünüzü narahat hiss edirsinizsə, o zaman narahatlığınızın kökündə mükəmməllik dəyəri vardır. Ən əhəmiyyətli dəyərlərimizi əsasən, yaşadığımız ən böyük zədələr müəyyən edir.

Dəyərlərinizin nə olduğunu onların həyata keçməsini təmin edən hadisələr sayəsində də anlaya bilərsiniz. Əgər biri sizə inanılmaz dərəcədə hörmət göstərirsə, özünüzü möcüzəvi hiss etmişsinizdir; məsələn, biri çox ehtiyacınız olduğu zaman özünü riskə ataraq kömək etmişdir. Bu duyğular hörmət dəyərinin içinizdən gəlib su üzünə çıxışıdır. Ən sevdiyiniz idmanı ya da incəsənət hadisəsini izləyib, mükəmməl bir performansdan ilham alarkən hiss etdiyiniz duyğular, onlara istər mükəmməllik, istər gözəllik ya da nə desəniz deyin, dərin dəyərlərinizin işarəsidir. Duyğu duyğunun adından çox daha əhəmiyyətlidir. Bu sözlər sevdiyiniz restoranınızın menyusundakı yazıların, təmsil etdikləri əsl yeməklər olduğundan daha çox həqiqi dəyərləriniz deyillər. Dəyərlər sizə sizin üçün nəyin əhəmiyyətli olduğunu söyləyən duyğu çoxluqlarıdır.

Dərin dəyərlərinizi kəşf etməyin üçüncü yolu da şüurdaxili araşdırmalardır. Dərin dərin düşünərək, ən dərin dəyərlərinizi kəşf edib, hiss edə bilərsiniz.

Həyatda ən əhəmiyyətli qərar sizin üçün nəyin əhəmiyyətli olduğuna qərar verməkdir. Gündək ehtiyacların kənarında həyatınızda missiya olaraq qəbul edə biləcəyiniz, duyğusal səviyyədə, həyatı yaşamağa dəyər qatan daha üstdəki məqsədlər bunlardır:

Ø Bir əsər buraxmaq.

Ø Kainatla bir olub axmaq.

Ø Yalnız özün olmaq, öz ayaqların üstündə durmaq.

Ø Həyatı dolu dolu yaşamaq, bu anı yaşamaq üçün duyğuları açmaq.

Ø Həyatda "həqiqətən" nə istədiyini bilmək.

Ø Öz daxili sülhünə, daxili hüzuruna çatmaq.

Ø İçindəki qarşılıqsız sevgiyə çatmaq.

Ø Öz niyyətinin dərinliklərinə, saflığına çatmaq.

Bu gün, dünyada müvəffəqiyyətin heç bir izahı "Buckminster Fuller"dən bəhs etmədikcə tamamlanmış sayılmaz. Richard Buckminster ("Bucky") Fuller; (12 iyul, 1895 - 1 iyul, 1983) Amerikalı filosof, mühəndis, memar, şair, yazıçı və ixtiraçıdır. Fuller bütün həyatı boyu insanlığın Dünya planetində daha uzun və uğurlu yaşamaq şansının olub olmadığını və varsa necə olacağını anlamağa çalışmışdır. Memarlıqda bir məkanı ən az vəsaitlə örtmə imkanı yaradan "jeodezik qübbə"ni hazırlamışdır. Fuller bütün dünyada 20-ci Əsrin ən böyük mütəfəkkir və xəyalpərəstlərindən biri sayılır.

Buckminster Fuller həyatında bu qədər çox şeyi necə bacardı? Yalnız bir gecədə kəşf etdiyi missiyası ilə başladı. Dörd yaşındakı qızı Aleksandranın xəstəlikdən ölməsindən sonra ciddi travma yaşadı. "Niyə bu qədər uğursuzam?" deyə özünə soruşdu. Ya intihar edəcək ya da düşünəcəkdi. O düşünməyi seçdi. Gərgin məntiq prosesindən sonra, kainatdakı dəyəri üzərinə öz başına bir mühakiməyə çatma haqqının olmadığı və taleyini Tanrının yenilməz müdrikliyinə təslim etməsi lazım olduğu nəticəsinə vardı. Özünü pərçimlədiyi bu hadisədə kəşf etdiyi şeyi belə açıqlayır:

"Tanrı" adını verə biləcəyimiz intellektual müdrikliyin doğruluğuna və varlığına inancım var... "Kainatda bir dəyərim olduğunu Tanrı daha yaxşı bilir yoxsa mən?"

Cavab: "Bunu nə sən, nə də başqa bir insan bilə bilər, amma az əvvəlki təcrübəndən ötəri təyin etdiyin inancın səni mövcudluğunun o qabaqcıl müdrikliyini vurğulamağa məcbur edir." 
 
Aydındır ki, özümə xitab edərək belə dedim:
 
"Öz varlığını son qoymağa haqqın yoxdur, sən sənə aid deyilsən. Sən kainata aitsin. Əhəmiyyətin sənin üçün sonsuza qədər bir sirr olaraq qalacaq. Amma əgər özünü, təcrübəni başqalarının üstünlüyünə çevirməyə həsr etsən, əhəmiyyətini reallaşdırdığını güman edə bilərsən. Sən və bütün insanlar digər insanların yaxşılığı üçün buradasınız."

 

ŞƏRH YAZIN