Dəyişilməz Şəxsiyyət

0
2918
Dəyişilməz Şəxsiyyət

 İnsanlar arasında yayılmış bir ifadə var. "Bir insan 7-sində nədirsə, 70-də də odur". Öncəliklə qeyd etməyimiz gərəkir ki, NLP və Fərdi inkişafda bu qəbuledilməzdir. Bu ifadə insanı məhdudlaşdırmaqdan başqa bir işə yaramaz. Dəyişilməz bir şəxsiyyət yoxdur. İnkişaf müddətində yaxşı şəxsiyyət və pis şəxsiyyətdən əlavə, sadəcə yaxşı və pis düşüncələr arasında etdiyimiz seçimlər var. Bu düşüncələr bizi motivasiya edər və ya etməz. Hansı düşüncəni mənimsəyəcəyimiz yenə bizim verdiyimiz qərardır. Hər birimizin çatmaq istədiyimiz xəyallarımız var. Amma yalnız xəyal qurmaq yetməz. Bunun üçün hərəkətə keçmək lazımdır. Hər hansı bir addımı planlaşdırmadan və hərəkətə keçmədən yalnızca arzu etmək xəyallara dalmaqdır. 


Həyatınızı yenidən formalaşdırmaq, özünüzü motivasiya etmək mövzusunda zamanla ustalaşa bilərsiniz. Bunu həyata keçirəcək şey isə, motivasiyaya bizi yönləndirən düşünmə şəkli və yollarıdır. Hansı düşüncələrin bizim üzərimizdə qalıcı təsir buraxdığı mövzusunda edilən araşdırmalar nəticəsində, əldə olunan və gündəlik həyatımızda bəsitcə tətbiq oluna biləcək bəzi ipucları mövcuddur. Hərəkətə keçməyi başladığınız təqdirdə həyatınızda başlayan dəyişiklikləri müşahidə edə bilər, bu müddətin sonunda isə, aradakı fərqi bariz şəkildə görə bilərsiniz.

ŞƏRH YAZIN