Diləyinizi Bir İstəyə Çevirin!!!

0
2099
Diləyinizi Bir İstəyə Çevirin!!!

 Hər birimiz xəyallarımızın məhsuluyuq. Eviniz, avtomobiliniz, bu anda olduğunuz yer bir zamanlar yalnız xəyallarınızda, fərdi həqiqət xəritələrinizdə idi. Rəfinizdəki kitablar "Kitab evi"ndə olduğu zaman da başqalarının xəyalları idi. Hal-hazırda oturduğunuz kürsünü daha əvvəl biri xəyalını qurub sonra hazırlayıb və həqiqətə çevirib. Hər şey də məhz belə reallaşar. Buna görə, istədiyiniz şeyi əldə etmək üçün əvvəl xəyal gücünüzün yüyənlərini əlinizə almağınız lazımdır. Xəyallarınızın keyfiyyəti həyatınızı müəyyən etdiyi üçün xəyallarınız mövzusunda seçici olun. Daima ən yaxşısını istəyin.


Bəzi "xəyallar" əsla həqiqətə çevrilməz, dilək olaraq qalarlar. Zehni canlandırma olaraq, bunlar aşağı keyfiyyətlidir, yüksək bir performansa çatmaqda çox da işə yaramazlar. Yenə də biz NLP texnikaları ilə diləkləri istəklər səviyyəsinə yüksəltmədə, xam xəyalları güclü, motivasiyaedici arzulara çevirmədə istifadə edə bilərik. Nəticə etibarı ilə, keyfiyyətli xəyallar qurmağı öyrənə bilərik.

Diləkləri istəklərə çevirmək üçün kiçik bir məşq edək. Reallaşmasından xoşlandığınız amma ürəyinizin dərinliklərində reallaşdırmaq üçün güclü bir istək hiss etmədiyiniz bir neçə diləyinizi ağılınıza gətirin. İndi hər diləyinizin reallaşma mərhələsində olduğunu, belə bir durumda özünüzü və xarici şərtləri xəyal edin. Şəkilləri, səsləri və duyğuları xəyal edərkən yəqin ki, onları bulanıq, naməlum ya da uzaq, başqa sözlə desək, həqiqətə oxşamırmış kimi görəcəksiniz. Bəlkə də bir görüntünü bir neçə dəqiqədən çox xəyal etmək sizə çətin ola bilər. Bu bir diləyin ya da "yaxşı formalaşdırılmamış bir nəticənin "zehnimizdə necə təmsil edildiyini göstərən bir nümunədir. İndi düşüncələrinizi hələ reallaşmasa da, canlı şəkildə xəyal edib zövq aldığınız və reallaşacağına ürəkdən inandığınız güclü bir arzu ya da istək üzərində cəmləşdirin. Bu arzuyla bağlı olan görüntüləri, səsləri və duyğuları bəlkə daha yaxın və dəqiq görəcək, həmçinin zehninizdə asanca canlandıracaqsınız. Bir neçə dəqiqə içində sadəcə duyğularınızı ya da təmsil sistemlərinizi yaşamaqla qalmayacaq, bundan həzz də alacaqsınız.

Bu səbəbdən də, bir diləyə ya da bir istəyə, yaxşı ya da pis keyfiyyətli bir xəyala, yaxşı ya da pis formalaşdırılmış bir nəticəyə sahib ola bilərsiniz. Bunların hər biri çox fərqli şəkillərdə təmsil edilir. Daha önəmlisi, dəqiq, canlı və keyfiyyətli xəyallar reallaşmağa daha münasibdir. Hər təmsil sistemində xəyal etmə qabiliyyətimizi inkişaf etdirərək özümüzə xas alt sistemlərimizi dəyişdirə biləcəyimiz üçün (bir şəkli daha böyük və daha parlaq etmək kimi) həm nəticə əldə etmə imkanına, həm də alınan nəticənin keyfiyyətinə ya da müvəffəqiyyət səviyyəsinə təsir edə bilərik.

ŞƏRH YAZIN