Dünyanızı Necə Tanıdarsınız???

0
2195
Dünyanızı Necə Tanıdarsınız???

 NLP: Dünyanızı necə tanıdarsınız? Bu bir imtahanmı, mücadiləmi, bir savaşmı, bir oyunmu...? Siz dünyanızı necə ifadə edirsiniz?


Yoxsa, bir divarla qarşı-qarşıyasınız? Elə isə, onu yeni bir bənzətmə ilə, dağıdın!

"Yolun sonuna gəldim."
"Divarları aşa bilmərəm."
"Başım çatlayır."
"Bir yolun kəsişməsindəyəm."
"Havalarda uçuram."
"Boğuluram."
"Quşlar qədər xoşbəxtəm."
"Çıxılmaz küçənin sonundayım."
"Dünyanın yükü çiyinlərimdədir."
"Həyat, bir kasa albalıdır."

Bütün bu ifadələrin ortaq tərəfi nədir? Bənzətmələrdir. Yaxşı, bənzətmə nədir? Bir şeyi başqa bir şeyə bənzətdiyiniz zaman bir bənzətmə yaradırsınız deməkdir. Bənzətmələr simvollara bənzəyərlər. Çox şey söyləməyin qısa yoludur. İnsanlar bütün obyektlərlə əlaqədar olaraq, nəyi necə hiss etdiklərini təyin etmək üçün bənzətmələrdən istifadə edərlər.

"Həyat bir döyüşdür" və ya "Həyat bir əyləncədir." Bunlar iki fərqli bənzətmədir və dünyaya baxmağın çox fərqli iki yoludur. "Həyat bir savaşdır."la uyğun düşüncə nədir? Həyatı bu şəkildə ifadə edirsinizsə, yəqin ki, insanların davamlı olaraq bir-birləriylə döyüş etdiklərinə inanırsınız. Lakin "Həyat bir əyləncədir." deyirsinizsə, insanların birlikdə əylənə biləcəyinə inanırsınız!

Bənzətmələr fərq yaradar.

Hər bənzətmənin arxasında bir inanclar sistemi vardır. Həyatınızı ya da içində olduğunuz vəziyyəti təyin etmək üçün bir bənzətmə seçdiyinizdə onu dəstəkləyəcək inancları da seçirsiniz deməkdir. Bu səbəblə, özünüzə ya da bir başqasına öz dünyanızı tanıdarkən çox diqqətli olmaq istəyərsiniz.

Gözəl bənzətmələri ilə məşhur iki insan var: Aktyor Martin Sheen və həyat yoldaşı Janet. Onların insanlıq üçün bənzətmələri ''Nəhəng bir ailə'' şəklindədir. Nəticə olaraq, tamamilə yadlar üçün belə, dərin bir sevgi və maraq hiss edirlər.

Martin illər öncə "Apocalypse Now" filmini çəkərkən həyatının necə dəyişdiyinin duyğu dolu hekayəsini bölüşmüşdü. Daha əvvəllər həyatı qorxulacaq bir şey olaraq görürmüş. İndi isə, həyatı çaşdırıcı bir mübarizə olaraq görür. Nə üçün? Onun yeni bənzətməsi ''Həyat bir sirrdir.'' ifadəsidir.

Bənzətməsini nə dəyişdirdi? Yaşadığı ağrı. Filippin meşələrinin dərinliklərində çox gərgin bir rejimdə film çəkirlərmiş. Çox yorğun keçən bir gecədən sonra ertəsi səhər oyandığı zaman gərgin ürək infaktı yaşayıb. Bədəninin müxtəlif qisimləri uyuşub və iflic olub. Yerə yıxılıb və güclü bir istəkdən başqa heç bir şeyi qalmamış olsa da iməkləyərək qapıya çatmış və nəticədə yardım çağırmağı bacarmışdı.

Film komandasının, yoldaşlarının və hətta bir nümayiş pilotunun səyləriylə Martin bir xəstəxananın təcili xidmətinə uçurulub. Janet dərhal yanına gedib. O, Martinin gücə ehtiyacı olduğunu bildiyi üçün vəziyyətinin pis olduğunu qəbul etməyib. Bu səbəblə də ona şən bir şəkildə gülür və ''Yalnız bir film idi, əzizim! Yalnız bir film.'' deyirmiş. Martin o anda filmi çəkə biləcəyini söyləyib. Gülə bilmirdi, lakin gülümsəyə gülümsəyə yaxşılaşmağa başlamışdı. 

Necə möhtəşəm bir bənzətmədir! Filmlərdə insanlar həqiqətən ölməzlər, elə deyilmi? Bir filmdə hər şeyin necə olacağına qərar verə bilərsiniz.

Sanki "Bunların hamısı çox gözəldir, lakin indi özümü həqiqətən bir qəfəsə sıxışmış kimi hiss edirəm" dediyinizi eşidirəm. O halda indi qapını tapın və açın. "Lakin dünyanın yükünü çiyinlərimdə daşıyıram." da deyə bilərsiniz. Elə isə dünyanı ayaqlarınızın altına alın və hərəkətə keçin!

Dünyanızı necə tanıdarsınız?

Bu bir imtahandırmı? Bir mübarizədirmi? Bir rəqs, bir oyun ya da bir çiçək olsaydı, nə olardı?

"Həyat bir rəqs olsaydı, ... " deməklə nə demək istəyirlər? Rəqs edəcək bir yoldaşınız, zərif hərəkətləriniz və bir harmoniya olacaqdır. "Həyat bir oyun olsaydı, ..." nə olardı? Təbii ki, sevinc olardı. Digərləri ilə oynama fürsətiniz olardı, hətta qaydaları və qalibləri belə olardı. "Həyat bir çiçək bağçası olsa, ..." nə olardı? Parlaq rəngləri, gözəl qoxuları və təbii gözəlliyi düşünün! Belə bir bağçada həyatdan bir az daha çox zövq almayacaqsınız?

ŞƏRH YAZIN