Effektiv Ünsiyyət Üçün Ahəng Qurmağı Öyrənin

0
3130
Effektiv Ünsiyyət Üçün Ahəng Qurmağı Öyrənin

 NLP: Effektiv ünsiyyət üçün əvvəl "Uyğunlaşma" təmin etməlisiniz.


Başqalarının sizə istədiyiniz kimi cavab verməsini təmin etmək üçün düşündüklərinizi necə izah etməlisiniz?

Effektiv ünsiyyətin əsas qaydası qarşınızdakının diqqətini üzərinizə çəkməkdir. Bunun üçün də əvvəl uyğunlaşma təmin etməlisiniz.

Uyğunlaşma bir adamın diqqətini çəkmə və güvən mühiti yaratma qabiliyyətidir. Bir-birinizi anladığınız, qarşılıqlı maraqlarınız üçün çalışdığınız və sizə müraciət etdikləri mövzuda əlinizdən gələni etdiyiniz duyğusunu yaratmaqdır.

Bu uyğunlaşmanı yaratmağın bir yolu - ki, bunu üzərində düşünmədən onsuz da edirsiniz - ahəng qurmaqdır. (Behaviorial matching) Bir başqa deyişlə, qarşınızdakı necə davranırsa elə davranmaq - ya da buna bənzər bir şey etməkdir. Qarşınızdakı oturursa, siz də ayaqda dayanmaq yerinə bir yerə əyləşməlisiniz. Əgər o adam alçaq səslə danışırsa, siz də səsinizi tonunu alçaltmalısınız. Bu qeyri-şüuri etdiyimiz bir şeydir, xüsusilə də yeni əlaqələr qurarkən qarşımızdakının ardınca gedirik, amma belə etdiyimizin fərqində deyilik.

Fərqinə varsaq - ki, bu, şüurlu diqqətimizi digəriylə ahəng qurmaq nöqtəsi üzərində cəmləşdiririk deməkdir - qarşımızdakının bizimlə uyğunlaşma içinə girməsini təmin edə bilərik. O biri adamın etdiyinə bənzər bir şey edərsiniz; beləcə onda bir-birinə çox bənzəyən insanlar olduğunuz, bir-birinizi anladığınız duyğusunu yaradarsınız. Ahəng qurmaq həqiqətən də, qarşınızdakını daha yaxşı anlamağınızı təmin edər, çünki onunla eyni mövqedə yerləşərsiniz; özünüzü onun yerinə qoymusunuz və bu bir nömrə deyil, həqiqətdir.

Amma unutmayın ki, bu təqlidlə eyni şey deyil. Təqlid qətiliklə əks təsir edərək uyğunlaşmanı pozar. Birinə oxşamağa çalışmaq, onun səs tonunu ya da gedişini təqlid etmək, onun sözlərini eynilə təkrarlamaq onu bir cür lağa qoymaqdır. Bu, hər şeydən əvvəl hörmətsiz bir davranış olar. Halbuki əsl istəyiniz qarşınızdakı ilə aranızda bir hörmət və anlayış mühiti yaratmaqdır.

Duruş, səs tonu və hərəkətlərdə xüsusilə uyğunlaşma təmin etməyə diqqət göstərməlisiniz. Danışdığınız adam oturmuşsa, ondan daha yüksək bir mövqedə olmaq istəmədiyiniz üçün, siz də ayaqda durmamalısınız; yoxsa ona təpədən baxırmış kimi bir təəssürat verirsiniz ki, bu da ona çatmağın ən yaxşı yolu deyil. Rəsmi və şəxsi əlaqələrdə ya da yeni və hələ tam formalaşmamış danışıqlarda qarşınızdakı ilə göz gözə olacaq şəkildə işə başlamalısınız. Əgər o asta-asta danışırsa, uyğunlaşma təmin etmək üçün sizin də sürətinizi nizamlamağınız ağıllı bir davranış olacaq. Müşahidələrinizə əsaslanaraq daha yüksək ya da daha alçaq bir səs tonuyla danışmalısınız. Ahəng rəqs etmək kimidir, yoldaşınızın addımlarına ayaq uydurursunuz.

Qarşınızdakı insanın davranışları ilə bir ahəng halında deyilsinizsə, onunla paralel deyilsiniz deməkdir, ayrı-ayrı templərdə hərəkət edirsiniz. Fərqli bir təkan, səs tonu və ya duruşunuz qarşınızdakı insanı incidəcək və ona çatmağınızı qətiliklə mümkünsüzləşdirəcək.

Məsələn, deyək ki bir əmlakçısınız və birinə bir ev satmağa çalışırsınız. Alıcı sizə doğru əyilmiş və tərəddüdlə danışır. Siz isə geriyə doğru söykənərək oturmuş, sözləri nəfəs almadan ard-arda sıralayırsınız. Uyğunlaşma yoxdur. Satış yoxdur. Heç bir şey yoxdur. 

Bədəninizin beldən yuxarısını önə doğru əyər və həqiqətən onunla maraqlandığınızı, söylədiklərini dinləmək üçün bol bol vaxtınız olduğunu göstərər, yavaş səslə, asta asta danışsanız sizinlə bir razılaşmağa çatma ehtimalı yüksəkdir. Bu evi olmasa belə bundan sonrakını qətiliklə sata bilərsiniz.

Effektiv ünsiyyət üçün qarşımızdakı adamla uyğunlaşma yaratmağımız lazımdır. Bunun yolu isə, qarşınızdakı insanın davranışlarındakı ipuclarına diqqət etməkdir. Bunun üçün də xaricə yönümlü olmaq, diqqətimizi xaricə fokuslamaq məcburiyyətindəyik. 

ŞƏRH YAZIN