Effektiv Ünsiyyətin Sirri!

0
2961
Effektiv Ünsiyyətin Sirri!

Yaxşı dialoq qura bilməyin yolu digər insanların düşüncələrini və hisslərini anlamaq və təqdir etməklə mümkündür.

Ünsiyyətdə bədən dilinin, göz təmasının və səs tonunun rolu danılmazdır. Belə ki, çox zaman bunlar sözlərin önünə keçər.
 
Ünsiyyət digər insanlarla - təsadüfi danışma, razı salma, öyrətmə, görüşmə - hər cür qarşılıqlı əlaqəni ifadə etməkdə istifadə edilə bilən bir sözdür və minimum iki insan tələb edən dinamik bir prosesdir.

Ünsiyyət əsnasında nələr olur? Bir insan diqqətini bir başqasına yönəltdiyi zaman qarşısındakının söylədiyi və etdiyi şeyi sisteminə qeyd edir. İnsan öz daxili düşüncə və duyğuları ilə təmas qurar və öz fərdi tərzi ilə reaksiya verir. Qarşıdakı insan da diqqətini ona yönəldir və beləliklə, ünsiyyət yaranır.

Ünsiyyət söylədiyimiz sözlərdən daha çox şey ehtiva edir. Heç bir şey söyləməmək belə bir ünsiyyət sayılır. Ünsiyyət zamanı əsl təsirin 55%-nin bədən dili-duruş, əl hərəkətləri, göz təması, 38%-nin səs tonu və yalnız 7%-nin deyilən sözlərdən qaynaqlandığı araşdırmalar nəticəsində sübut olunub. Əlbəttə ki, bu faiz bəzi vəziyyətlərdə fərqli ola bilər. Amma unutmayın, mesajınızı qarşı tərəfə göndərərkən önəmli olan nə söylədiyiniz deyil, necə söylədiyinizdir.

Sadə bir cümlə düşünün: "Anamın paxlavasını sevirəm." 

Vurğunu fərqli sözlər üzərinə qoyaraq bu cümləni bir neçə dəfə söyləyin. Səsinizin ton, yüksəklik və tembrini dəyişdirməklə cümlənin mənasını necə dəyişdiyini görəcəksiniz. Sonra əl hərəkətləri əlavə edin, aşağı və ya yuxarı baxın, hərəkətli və ya hərəkətsiz olun, sürətli və ya yavaş nəfəs alın. 

Ünsiyyətinizi dəyişdirmək üçün bədən dilinizi, əl və ayaq hərəkətlərinizi, səsinizin ton, vurğu və yüksəkliyi ilə istifadə etdiyiniz sözləri düşünün.

İnsanlarla dialoqda təsirli ünsiyyət üçün sizin nə söylədiyiniz deyil, söylədiyiniz şeyin qarşı tərəfə necə təsir etdiyi önəmlidir. Bu səbəblə, insanların verdiyi reaksiyalara diqqət edilməlidir.
 
Effektiv ünsiyyət üçün üç addım:
 
Hədəfinizi bilin!
Bir adam və ya bir qrupla ünsiyyətdə olarkən, əgər nə əldə etmək istədiyinizi əvvəldən bilsəniz daha təsirli ola bilərsiniz. 
 
Fərqinə varın!
Hədəflədiyiniz mesajı ötürüb ötürmədiyinizi anlamağın tək yolu qarşıdakı insan tərəfindən necə qavrandığının fərqinə varmaqdır. O insanın daxili düşünmə və duyğuları xarici davranışlarına əks olunur. İnsanların necə reaksiya verdiyini anlamaq istəyirsinizsə, bədən duruşlarına, nəfəs alış-verişlərinə, dəri rənginə, göz hərəkətlərinə, əl və ayaq hərəkətlərinə, üz ifadələrinə və səslərinin ton və keyfiyyətindəki dəyişikliklərə diqqət edin.
 
Elastik olun!
Təsirli bir ünsiyyətçi olmaq istəyirsinizsə, hər zaman üçün bu qanuna görə hərəkət edin: Ünsiyyətin mənası, aldığınız reaksiyadır. Ünsiyyət bir dövrədir. Etdiyiniz şeylər qarşınızdakına təsir edər və onun etdiyi şeylər də sizə təsir edər. İnsanların reaksiyalarını izləyərkən əslində göndərmək istədiyinizdən fərqli bir mesaj göndərdiyinizi görsəniz, istədiyiniz reaksiyanı alana qədər ünsiyyət şəklinizi dəyişdirin.
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :
 

ŞƏRH YAZIN