Ehtiyaclar İyerarxiyası: Avraam Maslov

0
3116
Ehtiyaclar İyerarxiyası: Avraam Maslov

 Bir gün Diogenes bir evin kölgəsində bir boşqab mərci şorbası yeyirmiş. Bütün Afinada mərcidən ucuz bir yemək yox imiş. Başqa sözlə desək, mərci yemək son dərəcə yoxsulluğun bir nişanəsi imiş. İmperatora çalışan biri onu görmüş və belə demiş:


"Ay Diogenes! Bir az daha boyun əyməyi öyrənsən və imperatoru bir az tərifləsən, mərci yemək məcburiyyətində qalmazsan. 

 
Diogenes yeməyi saxlamış, gözlərini qaldırmış və danışan insana dərin dərin baxaraq belə cavab vermiş: 

"Dostum! Bir az mərci yeməyi öyrənsən bu qədər böyun əymək və imperatoru bu qədər tərifləmək lazım olmayacaq!"

İnsanlar bir şeyi qəbul edərkən, ehtiyaclarına görə davranarlar. O anda nəyə ehtiyacları varsa, qavrayışları da o yönə doğru irəliləyər. Bu səbəblə, ehtiyac duymadıqları şeyləri süzgəclərindən çox da keçirməzlər. Qarnınız acdırsa, burnunuz daha yaxşı qoxu hiss edər, məsələn.

Ehtiyacları gözdən keçirək:

6.Qatqı\töhfə
5.Özünü təsdiqləmə
4.Hörmət
3.Sevgi
2. Təhlükəsizlik
1.Fiziki

Ən altda fiziki ehtiyaclar yer alıb. Nəfəs almaq, yemək, içmək, yuxu, sağlamlıq və s. İnsanın qarnı acdırsa ya da canı ağrıyırsa gözü heç bir şey görməz. Bioloji həyatın davam etməsi üçün bunlar vacibdir.

2-ci sırada güvəndə olmaq ehtiyacı var. Qarnı doyan insan bu dəfə gələcəyini güvəndə saxlamaq istəyər. İlk insanlar üçün bu sığına biləcəkləri bir mağara ya da yatarkən heyvanlardan qoruna biləcəkləri ağac budağı idi. Günümüzün insanı üçün isə, bu iş deməkdir. Sığortalı olmaq, ev ya da maşın almaq kimi, pis günlər üçün bir kənarda dursun deyə alınan şeylər və maddi yatırım da bu sıradandır.

3-cü sevgi ehtiyacı var: Güvəndə olmağını təmin edən hər kəs sevilmək istəyər. Bir cəmiyyətə, qrupa aid olmaq, qız ya da oğlan dostu olmasını istəyər.

Sevgi ehtiyacı təmin edilməsi çətin bir şeydir. Xüsusilə, uşaqlıqdan sevgi ilə böyüməsi lazımdır. İnsan böyüdükcə, sevgi ehtiyacı da böyüyər.

Bu adətən, 4 istiqamətdə işləyir:

İş yerində təsdiqlənmə ehtiyacı

Sosial çevrədə təsdiqlənmə və dostluq

Qız ya da oğlan dostu və ya həyat yoldaşı

Uşaq sahibi olmaq

Həyatın fərqli dövrlərində fərqli ölçülərdə olan sevgi ehtiyacı ətrafın şərtlərinə görə, ön plana çıxar.

Sevgi ehtiyacı qarşılandıqdan sonra bu dəfə hörmət ehtiyacı başlayar. Artıq şəxs insan yerinə qoyulmaq istəyər. Söylədikləri ciddi qəbul olunsun istəyər. Bura eqonun özünü çox güclü şəkildə ifadə etdiyi yerdir. Əks olunması insandan insana dəyişir. Bəzi insanlar üçün maddi durum hörmət görmək üçün lazımlıdır. Kimisi BMW sürmək kimi, Diordan geyinməyi hörmət görməyin təməli sayar. Bir gənc üçün hörmət son model bir mobil telefon istifadə etmək və ya bahalı kafeləri gəzmək ola bilər. Kimisi üçün isə, dünyagörüşü, məlumat sahibi olmaq da hörmət görməyin açarıdır.

Hörmət ehtiyacını qarşılayan insan bu dəfə artıq digər insanların nə düşündüyünü ya da reaksiyalarını bir kənara buraxır və öz istədiyi həyatı qurmağa başlayar.

5-ci mərhələ özünü təsdiqləmə mərhələsidir. Bu mərhələyə gələn insan artıq həyatda nə istədiyini bilən və həyatın idarəsini öz əlinə alan bir insandır. İstəmədiyi heç bir şeyi ona etdirə bilməzsiniz. Həddindən artıq diqqətlidir. Sanki bir sənət əsəri buraxmaq istəyir. 

Maslovun daha sonralar ölərkən əlavə etdiyi 6-cı mərhələ də var. Qatqı, töhfə mərhələsi. Özünü təsdiqləyən, bir əsər buraxan bir insan eqosunu tamamilə bir kənara buraxar və həyata bir şeylər verməyə başlayar. Amma bu sevgi və hörmət ehtiyacını təmin etmək üçün bir birlərinə bir şeylər verməkdən fərqlidir. Bu mərhələdəki insan sanki həyatdan aldıqlarını geri ödəməyə çalışır. Məsələn, kəndlinin aldığı məhsulun bir qismini toxum olaraq torpağa geri verməsi kimi. 

Ehtiyaclar iyerarxiyasını öyrənmək praktikada daha çox ünsiyyət problemlərini həll etmədə köməkçi olur. Bu iyerarxiyanı hər hansı bir tərkiblə doldurmaq olar. Məsələn evlilik:

Qatqı - Uşaq yetişdirmək
Özünü təsdiqləmə - Həyat yoldaşından qarşılıqsız dəstək gözlənilər.
Hörmət - Yoldaşının xüsusiyyətlərindən ötəri (gözəlliyi, xarakteri, qabiliyyətləri, pulu və s.) 
Sevgi - Dostluq, şəfqət, romantizm, eşq, macəra...
Təhlükəsizlik - Kommersiya ortaqlığı (kommunal xərcləri birlikdə ödəmə)
Fiziki - Cinsi əlaqə.

Məsələn, tərəflərdən biri hörmətə ehtiyac duyarkən digəri sevgiyə ehtiyac duyursa və bunu anlamırlarsa, kənardan belə evliliklərinin yaxşı getmədiyini başa düşmək çətin olmaz.

Son olaraq, məntiq səviyyələri ilə ehtiyaclar iyerarxiyası arasındakı əlaqəyə diqqət etməyinizi istəyirəm. Hər ikisi də, əslində bir bütünün fərqli görüntüləridir.

Qatqı - Ruhi
Özünü təsdiqləmə - Şəxsiyyət
Hörmət, Sevgi - Dəyər, inanc
 ----- Bacarıq
Təhlükəsizlik - Davranış
Fiziki - Ətraf

Həyat onsuz da inteqrasiyadır. Yalnız səviyyələri fərqlidir. Burada izah edilənlər də yalnız modellərdir. Modeller izahatı asanlaşdırdığı üçün istifadə edilir. Onların da sizi məhdudlaşdırmasına icazə verməyin.

Burada qeyd olunanlar bütün ünsiyyət problemlərini aydın bir hala salır və insanları günahlandırmaq yerinə, onlarla və özümüzlə də ünsiyyətin mümkün ola biləcəyini göstərir.

ŞƏRH YAZIN