Güc Qazandıran Və Güc İtirən İnanclar ...

0
2911
Güc Qazandıran Və Güc İtirən İnanclar ...

 Bir inancın kökündə etdiyimiz kiçik dəyişikliklər belə davranışlarımız və performansımızda təəccüblü dəyişikliklər yaradacaqdır. Bu duruma böyüklərə nisbətən, uşaqlarda daha parlaq şəkildə rast gəlinir. Çünki uşaqlar inancı dəyişdirməyə və təlqinlərə daha həssasdır. Məsələn, bir uşaq idmanda ya da hər hansı bir mövzuda yaxşı olduğuna inanırsa, həqiqətən daha yaxşı performans göstərəcək. Daha yaxşı bir performans özünə olan inancına güc qatacaq və mükəmməlləşmə yoluna davam etməsini təmin edəcək.


Gördüyünüz kimi, bir çox məşhur idmançı uğurlarını erkən yaşda qazandıqları özünəinama (adətən özünəinam bir müəllim və ya valideynin ya da örnək götürdükləri bir insanın onları cəsarətləndirməsinə söykənir) və inanclara bağlayır. Doğuşdan xüsusi bir bacarığa sahib görünən insanların müəyyən bir düşünmə tərzləri var. Bu strategiyalar bir dəfə ortaya çıxarıldığı zaman onları öyrənmək və istifadə etmək mümkün olur. Yenə də erkən bir "şərtlənmə"nin insanın özünə qarşı müsbət fikirlər bəsləməsini və bu inancların davamlı olmasını təmin etməsi ehtimal olunur. Sonra çox təbii görünəcək olan maraq, həyata keçirmə həzzi və ustalıq da bunun arxasından gələcəkdir. Müəyyən bir sahədəki güclü, müsbət bir mənlik obrazının varlığı, daha çox çalışma və təcrübə daha böyük uğurların önünü açacaqdır.

Bəzi nadir vəziyyətlərdə bir insanın "Mən heç bir şey bacara bilmərəm" kimi inancının olması, bacarmaq istədiyi şeylər üzərində daha çox səy göstərsə belə, son dərəcə zərərli bir iz buraxacaqdır. İnsanın ozü ilə bağlı inancları bir birindən fərqlənir. Bu inancların bəziləri müsbətdir, yəni "güc qazandırıcıdır", bəziləri isə, mənfi yəni "güc itiricidir". Bir insan peşəsi baxımından özünü yaxşı hesab etməyə bilər, özünü sözgəlişi, yaxşı bir "idarəçi", "müdir" və ya "lider" olaraq görməyə bilər. Amma eyni insan özünü hər hansı bir idman sahəsində, sosial əlaqələrdə, bir hobbidə ya da əyləncədə çox "rahat" hiss edə bilər. Bu eynilə, bir qadının bir iş mühitində öz işi baxımından özünü yaxşı görərkən, iş həyatının başqa bir sahəsi olan "şirkətdaxili siyasətlər" yürütmə mövzusunda uğursuz görməyinə bənzəyir. Hər birimizin iş, sosial və ailə həyatımızın bir çox istiqamətini əhatə edən fərqli düşüncələrimiz var. Əldə etmək istədiyimiz şeyə təsir edən bu düşüncələri təyin edərkən xüsusi bir diqqət göstərməyimiz və nəticədə bizi gücsüz edən inancların yerinə, güclü edən inancları qoymağımız lazımdır.

ŞƏRH YAZIN