Hədəfinə Çatmaq Üçün Nlp-Dən Yararlan!

0
2255
Hədəfinə Çatmaq Üçün Nlp-Dən Yararlan!

 NLP (neyro linqvistik proqramlaşdırma) insanların hədəflərinə çatmaları üçün "neyroloji sistemlərini" kəşf etmələrini və ən yaxşı şəkildə yararlanmalarını hədəfləyən bir terapiya anlayışıdır.


NLP 1973-ci illərdə hələ şagird olan Dr. Riçard Bendler ilə Dilçilik professoru olan Con Qrinder Milton Erikson, Virciniya Satir, Fritz Perls, Qreqori Bateson kimi zamanın ən böyük terapist və dil mütəxəssislərinin zehin proseslərini modelləşdirir və NLP-nin təməli də belə qoyulur.
 
NLP üç təməl anlayışa əsaslanır:

N (Neyroloji quruluş) = 5 duyğumuzla şüurlu və təhtəlşüur qəbul etmək

L (Linqvistik- dilçilik) = hissləri mənalara və düşüncələrə çevirən ifadə sistemimiz

P (Proqramlaşdırma) hədəfə çatmaq üçün təcrübə analizi edərək hədəfədönük pillələri müəyyən etmək və zehni prosesləri yenidən tənzimləmək

NLP arzuladığımız həyat üçün zehnimizi, özümüzü ifadə etmək üçün istifadə etdiyimiz dil qəlibləri və davranışlarımızın fərqindəliyini inkişaf etdirərək bunları daha səmərəli bir şəkildə necə istifadə edə biləcəyimizi öyrədir.

Mən kiməm? Nə istəyirəm?

NLP-dəki əsas sual budur. Bir hədəf müəyyən edərək nəyə sahib olduğumuzla əslində nə istədiyimiz arasındakı fərqin fərqinə vararıq. Hədəfiniz dəyişə bilər. Bunda heç bir problem yoxdur; əhəmiyyətli olan həqiqətən sizə aid olmasıdır. Unutmayın həyatınız istəklərinizə görə deyil, nə etdiklərinizə görə qurular.
 
Bir hədəf təyin etdiyiniz və əmin olduğunuz anda birindən digərinə edəcəyiniz səfəri planlamağa başlaya bilərsiniz.

Beləliklə, uzaqgörənliyinizə güvənməyi öyrənərək hədəfə gedən yolu sahiblənib bir nəticəyə doğru irəliləməyə başlayarsınız.

Nə istədiyimi bilmirəm!

Nə istədiyinizi bilmədiyiniz zaman "istiqamətini bilməyən yelkənliyə heç bir küləyin kömək edə bilməyəcəyini" xatırlayın. O zaman külək sizi məqsədsiz olaraq sürükləyəcək. Belə olduqda isə, ümumiyyətlə özünüzü başqalarının məqsədlərinə xidmət edərkən tapa bilərsiniz. Sistem boşluq qaldırmaz!

"Nə istədiyinizi bilmək" mövzusunda bir addım atmaq üçün "Koçluq" xidmətindən faydalana bilərsiniz. Beləliklə, etibarlı bir mütəxəssislə öz səyahətinizə başlayar, içinizdəki səsi eşitmənin keyfini çıxara bilərsiniz.

ŞƏRH YAZIN