Hədəfinə Qovuşanlar Və Xəyalpərəstlər ...

0
2460
Hədəfinə Qovuşanlar Və Xəyalpərəstlər ...

 İnsanlar hədəflərini fərqli yollarla müəyyən edər və ifadə edərlər. Bəziləri müntəzəm və olduqca nizamlıdır; hər şeyi yazıya köçürər, bəlkə də hədəflərini qısa, orta və uzun müddətli olmaq üzrə ayırarlar. Şübhəsiz ki, ev ya da iş dəyişdirmək kimi bir qərar almaları və ya bir problemi həll etmələri lazım olan zaman da buna bənzər məntiqi yolla irəliləyərlər. Bəziləri isə, hədəflərini şüurlu və nizamlı bir yolla ifadə etməsələr də, hədəfə istiqamətlidirlər. Yəni, bacarmaq istədikləri şeyi hiss edərlər və ya zehinlərində dəqiq bir cədvələ sahibdirlər. Bir görüntü ya da xəyalla (bu olimpiadalarda medal qazanmaqdan müvəffəqiyyətli bir iş adamı olmağadək hər şeyi əhatə edir) hərəkətə keçsələr belə, bir hədəfi reallaşdırmadan əvvəl onu rahatlıqla gözlərinin qarşısında canlandıra bilərlər. Bu tərz bir fərqliliyin təməlində düşünmə formamız, xüsusilə də beynimizin hansı tərəfini daha çox istifadə etdiyimiz yatar. Sol tərəf məntiqli proseslər və dildən istifadə edərək şüurlu və ətraflı düşünmə mövzusunda daha yaxşıdır. Sağ tərəf isə, daha çox obrazlar və duyğularla əlaqəlidir, daha az məntiqə sahibdir və hadisələri "vahid" bir şəkildə qəbul etməyə meyllidir.


NLP önümüzə dəqiq hədəflər qoyub bunları əldə etmək üçün lazım olan ən yaxşı imkanları yaratmaq məqsədiylə beynin iki tərəfini də hərəkətə keçirməyi hədəfləyir. Beynin iki tərəfini də istifadə etmək sizə o qədər bənzərsiz və müdhiş bir resurs təmin edər ki, xəyallarınızı sağlam düüncə ilə birləşdirə bilər və həqiqətən istədiyiniz şeylərə çata bilərsiniz.
 

ŞƏRH YAZIN