Həqiqətən, Nə İstədiyinizi Bilirsinizmi???

0
2124
Həqiqətən, Nə İstədiyinizi Bilirsinizmi???

 Təəssüf ki, sənət və iş dünyasının ən üst səviyyəsinə yüksəlmiş insanlar arasında birbaşa və ya dolayı olaraq öz həyatına qoyan məşhurları hamımız xatırlayırıq. Ernest Hemingway kimi bir yazıçı, William Holden kimi bir aktyor, Marilyn Monroe kimi bir aktrisa, Kurt Cobain və Amy Winehouse kimi müğənniləri düşünün. Bu insanların ortaq nöqtəsi nədir?

Birincisi, artıq həyatda olmamaları və bizim də yoxluqlarını hiss etməyimizdir. İkincisi, hər birinin sözünün ana nüvəsi, "Bir gün necə olur olsun hər hansı bir şey məni xoşbəxt edəcək." şəklindədir. Amma müvəffəqiyyətə çatdıqları, rahatlığa qovuşub kənardan özlərini izlədikləri zaman hələ xoşbəxtliyi yaxalaya bilmədiklərinin fərqinə varmışlar. Belə olduqda da, xoşbəxtlik axtarışına çıxmış, çəkdikləri ağrı və acını içki, narkotik, çox yeməklə unutmağa çalışıblar. Sonunda da istədikləri qeyri-şüuri dünyaya qovuşmağı bacarıblar. Xoşbəxtliyin həqiqi resurslarını isə, heç bir zaman kəşf edə bilmədilər. 

Bu insanların bir çox xüsusiyyətləri isə, çox insana tanışdır:

1) Həyatda əslində nə istədiklərini bilmirdilər, bu səbəblə səhv və saxta alternativlərlə başlarını qatmağa çalışırdılar.

2) Ağrı və acını özləri və çox asan yaradırdılar. Məsələn, onlar ağrıya aparan "neyroloji yollar" inkişaf etdirməklə qalmayıb, "şose"lər inkişaf etdirmişdilər. Vərdişləri davamlı olaraq, onları o şoseyə aparırdı. Bir zamanlar ancaq yuxularında görə bildikləri uğura çatdıqları, milyonlarla insanın sevgi və heyranlığını qazandıqları halda, ağrı acıya daha meyilli idilər. Ağrını çox asan və çox tez yarada bilirdilər. Çünki, onları ağrı acıya aparan çox geniş zehni prospektlər açmışdılar.

3) Özlərini necə yaxşı hiss edə biləcəklərini bilmirdilər. "İndiki zaman"la başa çıxa bilmək üçün xarici qüvvənin köməyinə ehtiyac duyurdular.

4) Ətrafdan gələn ağrı və zövqün onları idarə etməsinə icazə verir, nəzarəti öz əllərinə götürə bilmirdilər.

Nə istəyirsiniz?

Bəs siz həyatda nə istədiyinizi heç düşünmüsünüzmü? Bu sualın cavabı sizin həyatınız, uğurunuz, məqsədiniz, xarakteriniz, gələcəyiniz, bir sözlə, sizin üçün çox önəmlidir. 

Özünüzə "Həyatda həqiqətən nə istəyirəm?" sualını soruşun. Sevgi dolu bir evlilikmi? Uşaqlarınızın hörmətimi? Bol pul, sürətli avtomobillər, qazanclı bir iş, dağ yamacında bir evmi? Ekzotik yerlər görməkmi? Tarixi əsərləri araşdırmaqmı? Rok ulduzları, film ulduzları kimi dünyaca məşhur olmaqmı istəyirsiniz? Dünyanı qurtarmaqmı, yoxsa ətraf mühitdə kiçik də olsa təsir yaratmaq üçün aktiv bir rolmu oynamaq istəyirsiniz? Nə istəyirsiniz? Bunu bilməyiniz önəmlidir. 

İstədiyiniz ya da həsrətində olduğunuz hər nə olursa olsun, bəlkə də özünüzə bunu soruşmağınız lazımdır: "Mən bunları niyə istəyirəm?" Gözəl avtomobilləri istəməyiniz onların gətirəcəyinə inandığınız müvəffəqiyyət və hörmət duyğusu üçün ola bilərmi? Bəs xoşbəxt bir ailə həyatını nə üçün istəyirsiniz? Sizə sevgi, yaxınlıq, diqqət və istilik duyğuları gətirəcəyini düşündüyünüz üçünmü? Dünyanı qurtarmaq istəyiniz sırf "bu işdə bir əlim olsun" deyədir yoxsa bir fərq yaradacağınıza inandığınız üçündür? Qısacası, əslində sizin istədiyiniz şey indi hiss etdiyiniz duyğuları dəyişdirmək deyilmi? Demək, siz bəzi duyğular, hisslər, mövqelərə qovuşmaq üçün onları istəyirsiniz!

Biri sizi öpdüyü zaman, o anda özünüzü yaxşı hiss etməyinizə səbəb nədir? Bu duyğunu yaradan birinin sizə toxunmasıdır? Təbii ki deyil! Belə olsa, itinizin də öpməsi sizi həyəcanlandırardı! Bizim bütün duyğularımız beynimizdə qopan biokimyəvi fırtınalardan ibarətdir - və onları hər an yarada bilərik. Amma öncə, onların idarəsini şüurlu olaraq ələ almağı və yalnız reaksiya göstərə-göstərə yaşamaqdan xilas olmağı öyrənməyimiz lazımdır. Duyğusal reaksiyalarımızın çoxu ətraf mühitdən öyrənilmiş cavablardır. Bəzilərini bilərək modelləşdirmişik, bəzilərini isə, təsadüfi olaraq öyrənmişik.

Bu faktorların yalnız fərqində olmaq belə, həmin duruma aid gücün təməlidir. Heç şübhəsiz, hər birimizin etdiyi ağrı acıdan qaçmaq ya da zövqə çatmaq üçündür. Amma nəyin ağrıya və nəyin zövqə yol açacağı mövzusundakı inanclarımızı ya diqqət dəyişdirərək, ya da zehni-duyğusal-psixoloji vəziyyətləri dəyişdirərək dəyişdirə bilərik.

Vəziyyətin tərifi içimizdə olan milyonlarla nevroloji prosesin cəmidir. Müəyyən bir andakı təcrübəmizin ümumi cəmidir. Durumlarımızın çoxu bizim birbaşa istiqamətləndirməyimizin xaricində meydana gələr. Bir şey görərik, ona cavab olaraq bu vəziyyətə girərik. Bu bəzən ağıllı və faydalı bir vəziyyətdir, bəzən də ağılsız və məhdudlaşdırıcıdır, amma çoxumuzun bunu idarə etmək üçün çox da bir şey etmədiyi göz qabağındadır.

Heç olubmu, bir dostunuzun adını heç cür xatırlaya bilməmisiniz? Ya da "bağçılıq" kimi bir sözün necə yazıldığını heç unutmusunuzmu? Necə ola bilər ki, bunu unudum və ya xatırlaya bilmiyim? deyə özünüzə sual verərsiniz. Cavab əlbəttə bilirsiniz. Bunu unutmağınız və xatırlaya bilməməyiniz axmaq olduğunuz üçündürmü? Xeyr, sadəcə o anda axmaq bir vəziyyətdə olduğunuz üçündür! Axmaq davranmaqla ağıllıca davranmaq arasındakı fərq sizin bacarığınıza söykənmir, bu sadəcə müəyyən bir anda zehninizin ya da bədəninizin vəziyyətinə bağlıdır. Sizdə də sizə ilham verən insanların cəsarət və iradə, zəriflik, güc və dözümlülük, mərhəmət və zəkası ola bilər. Amma əgər özünüzü davamlı olaraq mənfi vəziyyətlərə salsanız, o mükəmməlliyi əsla dada bilməzsiniz.

Amma əgər ən yaxşı, ən ağıllı durumlara girə bilməyin sirrini bilirsinizsə, o zaman sözün əsl mənasında möcüzələr yarada bilərsiniz. İstənilən bir anda içində olduğunuz vəziyyət sizin gerçəklərlə əlaqədar hisslərinizi təyin edər, bu səbəbdən də qərarlarınızı və davranışlarınızı təyin edər. Yəni başqa cür desək, davranışınız sizin qabiliyyətinizin bir nəticəsi deyil, o anda içində olduğunuz vəziyyətin nəticəsidir. İçinizdə yatan bir dəstə resursun qapısını aça bilmək üçün, özünüzü ağıllı və aktiv bir gözləmə vəziyyətinə salın... baxın möcüzələr necə olur!

Yaxşı bəs, duyğusal vəziyyətlərimizi necə dəyişdirə bilərik? Öz durumlarınızı bir televizoru qoşmağa bənzədin. Aydın, parlaq canlı rənglər və inanılmaz bir səs əldə edə bilmək üçün naqili cərəyana taxıb, yandırmağınız lazımdır. Fiziologiyanızı işlətməyiniz də, o cihazın işləyə bilməsi üçün elektrik cərəyanına qoşmağa bənzəyir. O yoxdursa, şəkil də, səs də yoxdur. Qarşınızda yalnız boş bir ekran var. Eyni şəkildə, bütün bədəninizi istifadə edəcək şəkildə açmamısınızsa, yəni fiziologiyanızı işlədə bilmirsinizsə, həqiqətən də "bağçılıq" sözünü yazmağı bacarmaya bilərsiniz. 

Səhər oyandığınız zaman, yuxunun sərsəmliyi ilə heç sağa, sola aşmısınızmı? Qanınız bədəninizdə doğru dürüst dövr eləyincəyə qədər bu belə davam etdi, elə deyil? "Hərəkətsizlik"dən xilas olduğunuz zaman, düymələr açılmış oldu, fikirlər axmağa başladı, elə deyil? Əgər bir şeyi səhv etmisinizsə, yayını görməyiniz mümkün deyil. Başınızda doğru fikirlər olsa belə, görə bilməzsiniz.

Təbii ki, naqili taxdıqdan sonra növbə istədiyinizi əldə edə bilmək üçün doğru kanalı nizamlamaqdır. Zehni olaraq, sizə nəyin güc verdiyinə fokuslanmalısınız. Nəyə fokuslansanız, yəni hansı kanalı qoşsanız, onda özünüzü daha güclü hiss edəcəksiniz. Ona görə, əgər etdiyiniz bir şeydən zövq almırsınızsa, bəlkə də kanal dəyişdirmə zamanı gəlmişdir.

Həyatda sərhədsiz duyğular vardır, istənilən bir şeyə və ya bir nöqtəyə baxmağın da sərhədsiz yolları vardır. Sizin istədiyiniz duyğuların hamısı da hər zaman mövcuddur. Sizin etməyiniz gərəkən tək şey isə, doğru kanalı qoşmaqdır. O halda, duyğusal vəziyyəti dəyişdirməyin iki əsas yolu vardır: Biri Fizioloji: Hərəkətin gücünü necə istifadə etmək, digəri isə, sizin diqqət etdiyiniz nöqtəni dəyişdirməkdir.

ŞƏRH YAZIN