Hər Sahədə Müvəffəqiyyət Üçün Nlp!

0
2196
Hər Sahədə Müvəffəqiyyət Üçün Nlp!

 Bu gün NLP dünyanın ən məşhur sahələrindən biridir. Əslində, heç də təəccübli deyil. Niyə? 

Bu moda, üsul ya da adını nə qoysanız qoyun, bütün dünyada və hətta Amerikanın yeni prezidenti Barak Obama tərəfindən də qəbul olunub. Qısacası sınaqdan keçirildi, qəbul edildi və bu səbəbdən də məşhurluq qazandı.

NLP-nin yalnız prezident Barak Obama tərəfindən istifadə edildiyini düşünürsünüzsə, yanılırsınız deyirəm. Hələ qeyri-dəqiq informasiyalara görə, NLP-dən CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) və Pentaqon tərəfindən casusları işgəncəsiz danışdırmaq üçün də istifadə edirlər. Ancaq vaxt itizdirən bir virus olan dedi-qodunu burada kəsərək NLP-nin bizi əsl maraqlandıran nöqtələrinə nəzər salmaq istəyirəm. Nə deyirsiniz?

Bu qədər iltifat görən NLP haqqında nələr bilirik və ya ən azından həyatda işimizə necə yarayacağı ilə bağlı bir fikrimiz var?

NLP nədir?

Sadə izahatla NLP: səhv yerlərə dərin kök salmış beynimizi sadə və asan bir şəkildə doğru istiqamətlərə çevirərək həyatı daha xoşbəxt, dinc və etibarlı yaşamağımızı təmin edir. Eyni zamanda, ətrafımızda olan digər insanlara da müsbət təsir etməyimiz üçün bizə kömək olur.

NLP-dən harada və necə istifadə edə bilərik?

Amerikalı NLP mütəxəssisi Michael Stevensonun təsbitlərinə nəzər salaq:

- NLP sizin qeyri-şüuri ağlınız ilə ünsiyyət qurmağınızı təmin edir. Ondan istifadə edərək özünüzü müsbət istiqamətdə dəyişə və inkişaf etdirə bilərsiniz.
- İnsanlara, hətta tanımadıqlarınıza belə, sözlərə ehtiyac duymadan təsir etməyinizə köməkçi olur.
- İnsanlar üzərində müsbət təsir buraxaraq onlara liderlik etmə fürsətini sizə təqdim edir.
- Ünsiyyət və liderlik qabiliyyətini inkişaf etdirərək istədiklərinizi əldə etməyinizə köməkçi olur.
- İnsanlara ünsiyyət qabiliyyətinizlə ilk anda təsir edə bilməyiniz üçün əlinizə qızıl bir açar verir.
- Xüsusilə satış edən birisinizsə, insanlar üzərində məhsulunuza sahib olma istəyi oyandıra bilmək də NLP-nin sirrlərindən biridir.
- Özünüzü ön plana çıxartmaq üçün mübarizəyə ehtiyac qalmadan yalnız şəxsiyyətiniz ilə insanların üzərində gözəl bir təsir buraxmağınıza köməkçi olur.
- Beyninizdəki mənfi düşüncələri müsbət olana çevirməyinizə, fobiyalarınızdan xilas olaraq daha rahat və xoşbəxt bir həyat sürməyinizə imkan tanıyır.
- Sözlü ünsiyyətdə sözləri necə istifadə edəcəyinizi öyrədərək insanların ağıllarında gözəl bir şəkil yaratmaq üçün sizi dəstəkləyir.

Hər sahədə Müvəffəqiyyət üçün NLP!

Həyatımıza bir işıq qata biləcək bu üsulun öyrənilməsi heç də çətin deyil. İstər internet vasitəsilə və istərsə də bu işin təhsilini almış professional şəxslərlə məsləhətləşərək istədiyiniz sahələrdə məlumat ala bilməyiniz mümkündür.

Bunun üçün də mövzu gəlib yenə bu sualda düyünlənir. "Etmək istəyirsinizmi?" Cavabınız "Bəli!"dirsə, qarşınızda heç kim və heç bir şey mane yarada bilməz! Sizcə də elə deyil?

 

ŞƏRH YAZIN