Missiyanızın Kəşfinə Çıxın ( Iı Hissə )

0
1942
Missiyanızın Kəşfinə Çıxın ( Iı Hissə )

 Bənzərsiz maraq sahələri, arzular və inkişaf etmiş bacarıqlarla yanaşı, inkişaf etməmiş bacarıqlar anbarına da sahibsiniz. Bir dəfə missiyanızı kəşf edib yaşamağa başlasanız, daxilinizdəki şagird çiçək açarkən, maraq sahələriniz və sizə xas bacarıqlarınız missiyanıza görə, bir dam altında toplanacaq.

Bu öyrənmə bacarığınızı həyatınızın hər anında yeni bir hərəkət istiqaməti seçə biləcəyinizi bilərək istifadə edə bilərsiniz. Missiyanızı kəşf edə və yaşaya bilərsiniz. Əgər edə biləcəyinizə inansanız, bunu edərsiniz. Niyə? Çünki bu inanc heyran olduğunuz o müvəffəqiyyətli insanların fenomen dərəcəsindəki bacarıqlarının eynilərini hərəkətə keçirər. Əgər bir şeyi bir nəfər edə bilirsə, onu etməyi hər kəs öyrənə bilər. Aşağıdakı missiya kəşfi əməliyyatında Stiven Şpilberqin motivasiyasının altında yatan qəlibləri görəcəksiniz. Bu qəliblər bir münasibət məsələsidir.

Fəhlələrin hekayəsi

Əgər yüzlərlə il əvvəl Sultan Əhməd məscidini inşa edən fəhləyə "Nə edirsən?" deyə soruşsalardı, deyə bilərdi ki "Kərpicləri hörürəm. Bir divar inşa edirəm. Yalnız işimi görürəm." Bu insan müəyyən bir tipdir, onun müəyyən bir məqsədi vardır. 

Bir başqası belə deyə bilərdi: "Dünyanın ən böyük məscidlərindən birini inşa edirəm... İnsanların Allahın verdiyi ilhamla nələri bacara biləcəyinin bir abidəsi olaraq, illərcə ayaqda dayanacaq bir tikinti üzərində çalışıram." Bax bu insan, missiyası olan biridir. 

Bir missiya özünüzə məcburi qəbul etdirdiyiniz ya da bu andakı narahatlığınız üzərinə inşa etdiyiniz bir şey deyil. Bundan həm daha böyükdür, həm də daha dərindir. Missiyanızı kəşf edərək, çatmağa çalışdığınız məqsədlərin sizinkilər olduğuna əmin olarsınız. Onlara çatdığınız zaman məmnun olacağınızdan və həyatınız boyunca, səyahətinizin varlığınızın hər hüceyrəsini enerjiylə yükləyən bir həvəslə davam edəcəyinə əmin ola bilərsiniz.

Sevdiyiniz şeyi necə edə bilərik?

Bütün uğurlu insanların bizə öyrətdiyi əsas dərs budur: Sevdiyiniz işi edin! Bu qədər sadədir. Ancaq bəzən, insanlar sevdikləri şeyi edərək pul qazana biləcəklərinə inanmazlar. Bəzən də, nəyi sevdiklərini unudarlar. İnsanların missiyaları ilə, təmas qurmasına mane olan da böyük ehtimalla budur: Bunu necə edəcəklərini bilməmələridir. Gündəlik hədəflərinə, dəyərlərinə, maraq sahələrinə, o həyəcan və fərdi məmnuniyyət yoluna (missiya) necə çatacaqlarını bilməzlər. Lakin həyatınızın ehtirasını, yalnız ona çatmaq üçün doğulduğunuz şeyi təyin etməyiniz üçün bəzi texnikaları addım-addım istifadə etmək mümkündür.

Özünüz və həyatınız haqqında düşünərkən, həyatınızı bu nöqtəyə qədər yaşadığınızın və həyatda qaldığınızın fərqinə vara bilərsiniz. Hamımızın bildiyi kimi, çətinliklə həyatda qalmaq ilə həyatı dolu dolu yaşamaq arasında böyük bir fərq vardır.

Həyatda qalmaq üçün motivasiyalı olmaq həmişə etdiyiniz bir şeydir. Əgər belə olmasaydı, bu anda bu yazını oxumazdınız. Geri dönüb, həyatınıza baxdığınız zaman böyük ehtimalla həyatda qalmaq üçün çox güclü bir motivasiya hiss etməyiniz lazım olduğu zamanlar olduğunu xatırlayacaqsınız. İndi isə, həyatda qalma instiktinin enerjisini yaşamağa köçürə bilərsiniz.

Belə bir həyatı öyrənmə potensialımızın olduğunu xatırlasaq, yaşaya bilərik. Missiyamıza çatmağımıza köməkçi olacaq şey öyrənməkdir. Düşünmə, davranış və ünsiyyət şəkillərimizi dəyişdirməyi öyrənərik.

Missiyanın Kəşf Prosesi:
 
Həyat ehtirasının mükəmməl bir nümunəsini görmək üçün Stiven Şpilberqə baxmağımız kifayətdir.

Şpilberqin filmləri digər bütün rejissorların filmlərindən daha çox izlənilmişdir. Film çəkməyə uşaq ikən, hələ 8 yaşında başlamışdı. Həyatdakı missiyasının filmlər vasitəsilə hekayələr, əhvalatlar anlatmaq olduğuna qərar vermişdi. Elə hey, bir şeylər yaradırdı, çünki onun üçün film çəkmək eynilə oyun oynamaq kimi bir şey idi. Şpilberq işini belə izah edir:

"Filmlərimdəki böyük yaradıcı əsərləri yaradan xəyal gücünü təbrik edirəm... Həyatımı qazanmaq üçün xəyallar qururam. Hər ay sanki səma başımda dolanır, çəkmək istədiyim bir başqa filmlə qarşılaşıram, bir başqa film görürəm. Bəzən beynimin olması lazım olan yerdə toplar olduğunu düşünürəm; bu fikirlər davamlı beynimdə fırlanır. Problemim - xəyal gücümün dayanmamasıdır. Səhərlər elə bir həyəcanla qalxıram ki, nahar belə edə bilmirəm. Həyatım boyunca enerjim heç tükənmədi."

Siven Şpilberq film çəkmək mövzusunda ailəsindən erkən yaşlarda dəstək aldı və başqa insanlardan da kömək axtardı. Filmlərini çəkmək üçün özünü bu işə o qədər həsr etdi ki, missiyasının izində ikən son dərəcə cəsur, inanılmaz hərəkətlər reallaşdırdı. On yeddi yaşında turla Universal Studiyalarına getdi. Fantastika müəssisəsinin başçısı olan Çak Silverslə tanış oldu. Şpilberq belə deyir:

"Təhlükəsizlik işçilərini çağırıb məni çölə atmaq yerinə, mənimlə təxminən bir saat söhbət etdi... Qısametrajlı filmlərimdən bir neçəsini görmək istədiyini söylədi. Ertəsi gün də gələ bilmək üçün mənə içəri rahat girməyim üçün kart verdi. Ona filmlərimdən sadəcə bir neçəsini göstərdim. Çox təsirlənmişdi."

Universal studiyalarını turla gəzdikdən bir neçə gün sonra, atasının əl çantasını aldı və əlini qolunu yelləyə yelləyə studiyaya girdi. İcazə istəmədi. Universitetdən məzun olmağı və dəvət edilməyi gözləmədi. Yalnız içəri doğru getdi:

"O çantada bir buterbrod və iki şokoladdan başqa heç bir şey yox idi. O yaz hər gün kostyumumla içəri girdim və rejissorlarla, yazıçılarla, quruluşçularla və dublaj edən kəslərlə söhbət etdim. İstifadə edə biləcəyim bir ofis tapdım və öz malım olmayan bir yerə qanuna zidd olaraq yerləşdim. Bir mağazaya getdim, plastik hərflər  alıb, onlarla adımı binanın birinci mərtəbəsində yerləşdirdim: "Stiven Şpilberq, Otaq 23C"

Məşq: Həyatınızın ehtirasını Tapmaq

Daxili həyəcanınızı hərəkətə keçirin: Stiven Şpilberq və digər böyük uğurlara imza atmış şəxslər kimi, maraq sahələrinizi bilin. Ya da NLP-nin qurucularından Con Qrinderin soruşduğu kimi: "Üstündə pul verəcək qədər etməkdən zövq aldığınız nələr var?" sualını özünüzə verin.

Həvəslərinizi, arzularınızı və nəyi sevdiyinizi bilin: Həqiqətən, nəyi sevdiyinizi yalnız siz bilirsiniz. Bu misgər, müəllimlik, kəşflər etmək ya da başqa yüzlərlə zövqlü ehtimaldan biri ola bilər. Zövq aldığınız bir hobbidə bəzi ipuclarına rast gələ bilərsiniz. İnsanları, kompüterləri ya da hər ikisini birdən sevə bilərsiniz. Bu maraq sahələrini, arzuları, sevgiləri, həvəslərini düşünərkən, ruhunuzun dərinliklərindən yüksəlib gələn öz daxili həyəcan və maraq siqnallarınızı hiss edin. Onları hiss edin. Həyatınızdakı ən əyləncəli hadisələrin qeydlərinə bir göz atın. Əgər on milyon dollarınız olsaydı, pulunuzu nə etmək üçün sərf edərdiniz?

Heyranlıq duyduğunuz insanlara fokuslanın: Sevimli qəhrəmanlarınızı və heyranlıq duyduğunuz kəsləri, onlara bənzəməyi ən çox istədiyiniz qadın və kişiləri, həyatınız boyunca bənzəməyə və təqlid etməyə çalışdığınız kəsləri görüb, dinləyin. Onlara diqqət edin və onlarla yaxşı vaxt keçirin. Onları zehni gözünüzün ekranında, daxili kino salonunuzda görün və hərəkətə keçirdiyiniz həyəcanı hiss edin.

Təkid edin: Etmək üçün ehtirasla dolduğunuz zəngin bir görüntülər kolleksiyanız olana qədər bunu təkrar təkrar edin.

Qərar verin. Yalnız bir kərpic qoyub, üzərini sementlə örtən, sadəcə bir divar inşa edən bir fəhləmi olmaq istəyirsiniz yoxsa insanlığın çata biləcəyi şeylərin bir abidəsini mi tikmək istəyirsiniz?

 

ŞƏRH YAZIN