Nlp İlə Fobiyaları Məğlub Etməyin Zamanıdır!

0
1971
Nlp İlə Fobiyaları Məğlub Etməyin Zamanıdır!

 İnsanın təbii duyğularından biri də qorxu duyğusudur. Bir fəlakətdən ya da vəhşi bir heyvandan qorxmağımız təbii haldır. Əslində, bu duyğu özümüzü təhlükədən qorumağın bir siqnalıdır. Əgər insanın qorxuları gündəlik funksiyalarını yerini yetirməyə maneələr törədirsə,  o insanın həyatına təsir edərək məhdudlaşdırırsa, bu artıq qorxunun bir fobiyaya çevrildiyini göstərir. İnsanlar fobiyaları ilə qarşılaşdıqları zaman bəzi fizioloji çətinliklər çəkərlər. Tənəffüs çətinliyi ilə yanaşı, gücsüzlük, ağız quruluğu, ürək döyüntüsü, əzələlərdə gərginlik yaşayırlar ki, bu əlamətlər fobiyanın əsas fizioloji əlamətləridir.


Amma NLP texnikaları ilə güclü fobiyalarınızı məğlub edə bilərsiniz. Bu texnikaları istifadə etməzdən əvvəl ilk olaraq, orta dərəcəli qorxularınız üzərində sınaqdan keçirməyinizi təklif edirik.

1) Sizdə orta dərəcə qorxu yaradan bir vəziyyəti düşünün. Bəyəndiyiniz insanla tanış olmaq üçün ilk addımı ata bilməmək, tanımadığınız birinə zəng edib ondan bir şey tələb etmək, kiçik bir qrup qarşısında çıxış etmək kimi... Yəni, hələ fobiyaya çevrilməmiş bir qorxunuzu seçin.

2) Zehninizdə bir kino salonunda oturduğunuzu canlandırın. Böyük ekranda özünüzü seyr edirsiniz. Ağ qara bir çərçivə o qorxu anını yaşamadan bir əvvəlki anı ekranda əks etdirir. Siz tamaşaçı mövqeyindəsiniz.

3) İndi özünüz kino salonunda oturarkən bədəninizdən ayrılın və proyeksiya otağına gedin. Burada həm salonda oturan sizin başınızın arxasını, həm də ekranda əks olunan görüntünü eyni anda görə bilirsiniz. (Üçüncü mövqe vəziyyəti)

4) Özünüzü seyr etdiyinizi görərkən qorxduğunuz anın filmini ağ qara formatda izləyin. Qorxu anını yaşayıb, özünüzü yenidən güvəndə hiss etdiyiniz anda kadrı dondurun.

5) Proyeksiya otağından çıxın. Ekrandakı kadrın içinə girin. Siz kadrın içinə girər girməz kadrı yenidən filmə çevirin. Filmi bu dəfə rəngli olaraq, sondan əvvələ doğru sürətli çevirərək izləyin. Bu sürətli əvvələ çevirmə əməliyyatını bir neçə dəfə təkrar edin. Hər əvvələ çevirmə bir- iki saniyədən çox sürməz. (Zehnin nə qədər sürətli düşündüyünü xatırlayın. Fobiyalar da bir təcrübə ilə meydana gəlir və təsirləri heç bir şey edilməzsə, ömür boyu sürə bilir. Çarəsinin də təsiribir ömür boyu sürər.) Tamamladığınızı hiss etdiyiniz zaman görüntünü dumanlandırın.

6) İndi məğlub etmək istədiyiniz qorxu anını yenidən yaşayın. İndi necə hiss edirsiniz? Əgər hələ qorxu hiss edirsinizsə, məşqi başdan sona qədər yenidən edin. Məşq bütün detalları ilə yerinə yetirdiyiniz zaman qorxularınızdan əsər əlamət qalmayacaq. Artıq bu mövzuda zehninizin yaratdığı bir qorxunu məğlub etmə gücünə də sahib olduğunuza güvənin.

7) Məşqin təsirini yoxlayın. O xoşlandığınız adama yaxınlaşın. Tanımadığınız birinə telefonla zəng edin. Kiçik bir qrup qarşısında çıxış edin. Liftə minmə qorxunuz varsa, olduğunuz şəhərdəki yüksək bir otelin dam qatına liftlə çıxın və uğurunuzu bu şəkildə qeyd edin.

Bəli, beyniniz çox sürətli bir öyrənmə potensialına sahibdir. Əslində, siz istəsəniz də yavaş dəyişməyiniz mümkün deyil. Dəyişmə sürətlə olur. Yavaş dəyişmə deyilən şey metodun kafi və ya uyğun olmadığı hallarda olur. Dəyişməzsiniz, dəyişməzsiniz, bir anda dəyişdiyiniz zaman prosesin hamısı sizə dəyişmənin yavaş olduğu təəssüratını verər. Sürətli yaranan fobiyalar sürətli də məğlub edilir. Uyğun metoddan istifadə edərək... Beyninizin və zehninizin gücünə güvənin.

ŞƏRH YAZIN