Nlp İlə Motivasiya

0
4024
Nlp İlə Motivasiya

İş və dost çevrəmizdə iki cür insan modeli ilə qarşılaşırıq. Bəziləri başladıqları işi müvəffəqiyyətlə nəticələndirir, hər zaman motivasiyalıdır və hər zaman problemlərin öhdəsindən gəlməyi bacarırlar. Bəziləri isə, həmişə tərəddüd edir. Çox zaman da başladıqları işi davam etdirə bilmirlər. Hər zaman hər şeyi təxirə salırlar. Ya da tərsi, yəni, hər şeyi tələsik və yanlış edərlər. Bəs fərq nədədir? 

Fərq Motivasiyadır.
Uendi Qrent "İdarə sizdədir?" adlı kitabında motivasiyamızı artırmaq üçün "edəcəyimiz işə" deyil, "məqsədimizə" fokuslanmağımızı, onun üzərində cəmləşməyimizi təklif edir. Beləliklə, o işi etmə istəyimiz, arzumuz güclənir. Daxili resurslarımız da hərəkətə keçir. Bu mövzudakı mənfi alt sistemlərimizi və mənfi lövbərlərimizi müsbət olanlarla dəyişdirmək lazımdır. Bir şeyi etməyi istəmək, arzu etmək ən yaxşı motivasiaydır.

Xüsusilə, "dəyişmə" prosesindəyiksə, dörd şey tələb olunur: 

"Məqsədə fokuslanmaq"
"Məlumat yəni, nə edəcəyini və nə üçün edəcəyini bilmək"
"Motivasiya ya da arzu, coşğu və ilhamlar yəni etməyi istəmək"
"Bacarıq və ya qabiliyyət yəni, necə edəcəyini bilmək"

Peter Drukerin sözü ilə desək: Motivasiya sahibi bir lider olmaq - insanların əhvallarına müsbət təsir etmək üçün nələr edə biləcəyinizi və nələrdən ehtiyat etməyiniz lazım olduğunu anlama bacarığıdır.

Motivasiya hekayəsi: "Uşaq səhərə qədər öləcək".

Milton Erikson ilk uşaq iflicini yeddi yaşında ikən keçirmişdi.

Orta məktəbdən 1919-cu ilin iyununda məzun oldu. Avqust ayında digər otaqdakı üç həkimin anasına belə dediyini eşitdi: "Uşaq səhərə qədər öləcək."

Normal bir uşaq kimi buna çox üzüldü. Həkimləri Çikaqodan iki məsləhətçi çağırmışdı və onlar da anasına belə demişdilər: "Uşaq səhərə qədər öləcək."

Milton dəli olmuşdu. Bir anaya uşağının səhərə qədər öləcəyini söyləmək qorxunc bir şeydir, deyə düşündü.

Daha sonra anası üzündə boş kağıza bənzəyən bir ifadə ilə Miltonun otağına girdi. Milton otaqdakı böyük sandığı yerindən oynatmağa çalışırdı. Anasından sandığı yatağın kənarına qədər daşımağını istədi. O sandıq pəncərənin qarşısını örtürdü və əgər Milton günəşin batışını görə bilmədən ölsə çox üzülərdi! O axşamçağı yalnız yarısını görə bildi. Sonrakı üç gün boyunca qeyri-şüuri yatdı.

Milton anasına bunu heç bir zaman söyləmədi. Anası da ona həkimlərin sözlərindən bəhs etmədi.

İllər sonra Milton Erikson yaxşılaşmış və müvəffəqiyyətli bir hipnoterapist olmuşdu. Sidney Rosen 1970-ci ildə yaddaşını inkişaf etdirmək, adları və uşaqlıq xatirələrini xatırlamaq mövzusunda yardım almaq üçün Miltonun yanına getdiyi zaman, Milton ona bu hekayəni danışdı.

Sidney bu hekayəni dinlədikdən sonra dərhal bəzi uşaqlıq xatirələrini xatırlamağa başladı. Qorxunc, qızdırmalı bir qızılca xəstəliyi keçirmişdi. Amma Sidneyin əsl istədiyi adları doğru bir şəkildə xatırlaya bilməkdi. Sonradan Miltonun o gün ona dolayı yolla "bu məhdudlaşdırmanı qəbul etməsini" söylədiyini anladı. Milton ona anasının cənazəsində atasının çıxışından da danışdı.

Milton belə demişdi: "Anamın cənazəsində atam belə dedi: "Bir insanla yetmiş dördüncü evlilik ildönümünü qeyd etmək möcüzəvi bir şeydir. Yetmiş beş olsaydı, daha yaxşı olardı amma hər şeyə sahib ola bilməzsən.""

Milton sandıqdan və günəşin batışından söz edərkən həyatdan zövq almaq mövzusunda ən bəyəndiyi reseptlərdən birini də verirdi: "Daima real bir hədəfə bax, yaxın gələcəkdəkinə."

Miltonun izah etdiyi ilk hekayədəki hədəfi günəşin batışını görmək idi. Amma bu hədəfə çatmadan əvvəl, əlbəttə ki, maneəni aradan qaldırmalı idi. Bunu özü edə bilmədiyi üçün, anasına etdirməsi lazım idi. Önəmli olan nöqtə, sandığı niyə pəncərənin qarşısından çəkdirdiyini anasına "söyləyə bilməməsi idi".
 
Bu motivasiya qazandıran bir hekayədir. Mesajı da budur: Hərəkətlərimiz üçün hər zaman bir səbəb göstərməyimiz lazım deyil. Amma hədəflərimizin olması şərtdir. Bu hədəflər də yaxın və əlçatan olmalıdır. 
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN