Yarışı Başa Vurun!

0
35750
Yarışı Başa Vurun!

NLP ilə ünsiyyət qurmağın bir çox üsulu var. Bunlar sizə bir az fərqli, bir az da qəribə gələ bilər. Amma 20 ildən uzun müddətdir ki, bu üsullar saysız-hesabsız ölkədə sınaqdan keçirilir. 

Uyğunlaşma və ahəng yaratmağın ən vacib qaydalarından biri, qarşınızdakı insanı aranızda böyük bir fərq olmadığına inandırmaqdır. Onların davranışlarını, duruşlarını aynalayaraq onlarla eyni "tezlik"də olduğunuzu hiss etdirməyiniz lazımdır. Bunu etmək üçün də qarşınızdakının bədən dilini çox yaxşı təqib edib anlamağa çalışmalısınız. 

Məsələn, onlar əllərini istifadə edərək danışırlarsa, danışma sırası sizə gəldiyi zaman siz də eyni şəkildə əllərinizi istifadə edərək ünsiyyət qurmağa çalışa bilərsiniz. Onlar şüurlu olaraq bu metodun fərqində olmaya bilərlər; amma mütləq, qeyri-şüuri olaraq bir rahatlama hiss edəcəklər.

NLP istədiyimiz xəyallara çatmağın beynimizi, duyğularımızı, davranışlarımızı, istifadə etdiyimiz dili düzgün və müsbət şəkildə istifadə edərək, problemləri müstəqil olaraq düşünməyə başlamağımızla təmin edilə biləcəyini göstərir. 

NLP həyata az rast gəlinən bir öyrənmə fürsəti olaraq baxır. İnsanlarda gözəl təəssürat oyandıran ünsiyyət formalarını və nəyin öyrənməyə dəyər olduğu mövzularında sizi məlumatlandırır. Hər davranışın bir quruluşu olduğu prinsipi ilə yola çıxır. Bu quruluş öyrənilə, dəyişdirilə və modelləşdirilə bilər. Hansı davranışların faydalı və təsirli olduğunu anlamaq isə, qavrama bacarığımıza bağlıdır.

NLP yol göstərən prinsiplər, davranışlar, informasiyalar, vasitələr və texnikalar vəhdətidir. NLP eyni zamanda, hər hansı bir sahədə mükəmməlliyə çatmaq üçün vasitələr təqdim edir. Buna modelləşdirmə yolu ilə nail olar. NLP əsas olaraq, hisslərimizin genişləndirilməsini, dilin istifadəsini, davranışların modelləşdirilməsini, daxilimizdəki resursları istifadə etməyi, əhval ruhiyyəmizi dəyişdirə bilməyi, insanlarla asan uyğunlaşma təmin etməyi və sözlərlə məhdudlaşmayan ünsiyyət yaratmağımızı hədəfləyir.
 

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN