Nlp Necə Öyrənilir Və Öyrədilir?

0
5958
Nlp Necə Öyrənilir Və Öyrədilir?

NLP, əvvəlcə insanın təbii şəkildə nə etdiyinə baxar, bunu ifadə edər, necə etdiyini ortaya çıxarar və sonra həyatının hər sahəsində edə biləcəyi ən yaxşı seçimləri ona təqdim edər. Bir baxımdan onun azadlığını genişlədir. Davranışlarınızdakı qəlibləri və vərdişləri tanımağa başladığımız andan etibarən həyatınızın daha da yaxşılaşmasında sizə nələrin kömək edəcəyini, nələrin etməyəcəyini görməyə başlarsınız.

NLP, insan organizmində heyrətamiz bir kompüter olan, ancaq insanların onu necə işlədəcəkləri məsələsində çox az məlumatlı olduğu beyinlərini necə işlədəcəklərini öyrədir. NLP - effektiv ünsiyyəti, fərdi inkişafı, dəyişimi və öyrənməni asanlaşdırmaq üçün modellər və strategiyalardan formalaşır.

İnsanların həyat boyunca nə istədikləri, vacib suallardan biridir. Əsasən insanlar, istəmədikləri problemlər üzərində köklənməyə meyllidirlər. NLP, insanın məqsədlərinə qısa müddətə çatması və problemlərinə çarə tapmaq üçün hədəflər yaratmasını təmin edir.

NLP, hamı tərəfindən öyrənilə və uğurla tətbiq oluna bilər.

Bütün dünyada NLP təlimləri aşağıdakı mərhələlərlə öyrənilir:

1.“NLP Diploma” Sertifikat Proqramı

Başlanğıc proqramıdır. Yüksək fərqindəlik yaradır.

 2. “NLP Practitioner” Sertifikat Proqramı

İnsanın dünya haqqında təsəvvürlərini əhəmiyyətli miqdarda dəyişir və güclü bir fərdi inkişaf yaradır. İnsanın özünü dəyişməsi, əvvəlkindən dəfələrlə güclü hiss etməsi, hədəflərinə doğru sürətlə irəliləməsi və onlara nail olması üçün böyük zəmin yaradır. Dəqiqələr ərzində sıxıntıları yox etmək, xarici aləmlə çox effektiv təmas yaratmaq üçün çoxlu NLP alətlərini və texnikalarını əhatə edir.

 

3. “NLP Master Practitioner” Sertifikat Proqramı

Ustalıq səviyyəsidir. Bu proqrama qoşulmaq üçün “NLP Practitioner” səviyyəsində yetərlilik tələb olunur. Bu proqramı tamamladıqdan sonar NLP texnikalarından istifadə edərək başqalarının dəyişiminə kömək etmək, “NLP Diploma” Sertifikat Proqramları vermək, NLP-nin tanıtımlarını aparmaq hüququ əldə etmiş olursunuz.

4. “NLP Trainer” Sertifikat Proqramı

Həqiqi NLP Təlimçisi proqramıdır. Bu proqrama qoşulmaq üçün “NLP Practitioner”, “NLP Master Practitioner” səviyyəsində yetərliliklər tələb olunur. Səhnə və təqdimat bacarıqları, NLP texnikalarını xüsusi professionallıqla nəql edə bilmə bacarıqları öyrədilir. Yalnız bu proqramı keçdikdən sonra “NLP Practitioner”, “NLP Master Practitioner” sertifikat proqramları təşkil etmək hüququ əldə etmiş olursunuz.

4. “NLP Master Trainer” Sertifikat Proqramı

Ustad səviyyəsidir. Bu proqram ən az  2 il müddətində tədris olunur və NLP tədqiqatlarını əhatə edir. Bu proqrama qoşulmaq üçün akkreditasiya olunmuş bir NLP Master Trainer yanında asistentlik proqramına qoşulması şərtdir. Ciddi araşdırmalar nəticəsində NLP-yə yeni bir şey əlavə edəcək tezis hazırlamalı və təqdimatını həyata keçirməlidir. NLP Master Trainer dərəcəsi almış şəxslər artıq “NLP Trainer” və “NLP Master Trainer” sertifikat proqramları təşkil edə bilərlər.

 NLP təlimi almaq istəyən şəxs NLP təlimçisi seçən zaman onun bu sahədə yetərliliyini anlamaq üçün onun “Trainer” sertifikatını tələb etməsi tövsiyyə olunur. Bu sertifikat hər hansısa bir təlim mərkəzindən deyil, dünyanın nüfuzlu və imtiyazlı NLP Training federasiyalarından (institute, assosasiya) tərəfindən verilibsə o təlimçinin təlimlərində iştirak edə bilərsiniz. Ancaq o federasiyanın təlimçini həqiqətəndə də “NLP Trainer” elan etməsinə ilk öncə əmin olmalısınız. Ola bilər ki, araşdırdığınız təlimçi nüfuzlu bir federasiyanın hər hansısa bir seminarında iştirak edərək sertifikatını almış olsun, ancaq “Trainer” elan olunmasın.

Bir də qalır məsələ təlimçinin sertifikatın həqiqi olub-olmamasını yoxlamaq. Bunun  üçün təlimçinin “Trainer” elan olunduğu təşkilatın web-saytından onun haqqında məlumatları əldə edə bilərsiniz. Əgər belə bir məlumat yoxdursa, orada təlim keçməyiniz tövsiyyə olunmur.

Təlimçinin akkredetasiyasının həqiqi olub-olmadığını öyrənmək üçün onun üzvü olduğu federasiyadan sizin üçün sertifikat tələb edə biləcəyini soruşun. Güclü federasiyalar ən az dünyanın 20 ölkəsində fəaliyyət göstərirlər.

 

Babək Bayramov

NLP Master Trainer

 

 

ŞƏRH YAZIN