Nlp: Özünü Tanı Və Başqalarını Anla!

0
2518
Nlp: Özünü Tanı Və Başqalarını Anla!

 Dildəki emosional meylləri və məcazları anlamaq effektiv ünsiyyət və insanlara təsir etmək üçün vacib bacarıqdır. Əvvəl öz təmsil sistemlərinizi, sonra isə, ətrafınızdakı insanların istifadə etdikləri təmsil sistemlərini öyrənin və onlara öz sistemləri ilə xitab edin.

Qarşınızdakı insanları yaxşı dinləmək şərtdir. Onların istifadə etdiyi sözləri, bənzətmə və metaforları yaxşı anlayın. Performansınızın çox qısa bir zaman kəsiyində istədiyiniz ölçülərə gələcəyinin şahidi olacaqsınız. Həqiqətən, siz hər kəslə öz dili ilə danışaraq uyğunlaşma təmin edə bilərsiniz.

Münaqişə və ya ortaq nöqtəyə gələ bilmədiyiniz zamanlarda da eyni sistemi istifadə edin. Əgər, qarşınızdakı əsəbidirsə və qışqırırsa siz də ona yaxın bir tonda cavab verin. İstifadə etdikləri təmsil sisteminə görə, danışıq tərzinizi də seçin. Onun istifadə etdiyi məcazlardan istifadə edin.

Onunla eyni şəkildə nəfəs alın və bədəninizi o insana bənzər şəkildə istifadə edin. Daha sonra yavaş-yavaş səsinizin tonunu aşağı salın, öz danışıq formanızı seçin və qarşınızdakı insanın danışıq ritmini dəyişdirdikdən sonra öz danışıq üslubunuzla davam edin. Bu zaman onları istiqamətləndirdiyinizi görəcəksiniz.

NLP texnikaları ustalıqla edildiyi zaman həqiqətən, bir fərq yaradır. Bir müddət təcrübəsiz olmağınız təbiidir. Daha sonra hər hansı bir şeydə olduğu kimi bu sahədə də doğru texnikaları doğru zamanda istifadə etməyi öyrəndiyiniz zaman fərdi gücünüz və xarizmanız artmış olacaq. Ehtiyacınız olan şey, çox təcrübə etməyiniz, texnikaları doğru və mükəmməl şəkildə tətbiq etməyinizdir. 

Qısacası, effektiv ünsiyyət üçün vizual insanlara nə demək istədiyinizi göstərin. Onların hadisələri görmələrini təmin edin və hər şeyi beyinlərində aydınlaşdırın. Çalışın, qaranlıq nöqtələr qalmasın. 

Audial insanlar üçün danışığınızın sürətinə, ahənginə, uyğunlaşmasına, səs tonuna diqqət edin. Sadə, ahəngli və ritmik şəkildə danışın. Müxtəlif məcazlarla bəzəyin. Vurğularınıza diqqət edin. 

Kinestetiklər üçün onların duyğularına xitab edin. Hiss etdirin. Nə demək istədiyinizi onlara hiss etdirin. Lazım olsa təcrübə etdirin. 

Beləliklə, bütün insanların danışdıqlarınızı anlamasını təmin edin. Öyrətmək sizin məsuliyyətinizdədir. Öz məsuliyyətinizin şüuruna varın. Bu səbəbdən də NLP ən önəmli ünsiyyət texnikalarından biridir.

Əlavə olaraq bunları edin: Vizual insanlarla sürətli və ehtiraslı şəkildə danışın. Audial insanlarla daha ritmik və ahəngli şəkildə danışın. Bu onları motivasiya edər. Kinestetik insanlarla isə, danışığınızın əhəmiyyətli hissələrini vurğulayaraq sözünüzü deyin və bir neçə saniyə dayanın. Onları izləyin. İcazə verin, onlar nəticəni öz beyinlərində tamamlasınlar. Sonra yenə eyni üsulları istifadə edərək danışmağa davam edin. 

İnsanlara nə dediyimizi izah etmək, mesajlarımızı doğru çatdırmaq üçün doğru və gözəl danışıq sənətini öyrənmək məcburiyyətindəyik. Bu bizim üçün önəmli bir məsuliyyətdir.

ŞƏRH YAZIN