Nlp Texnikası: Tənbəlliyi Hərəkətə Çevirmək Vaxtıdır!

0
3321
Nlp Texnikası: Tənbəlliyi Hərəkətə Çevirmək Vaxtıdır!

Tənbəlliyi hərəkətə çevirmək texnikası sizi hədəflərinizə çatmaq üçün hərəkətə keçməyə motivasiya edəcək. Hərəkətə keçmədən hədəfə çata bilməzsiniz. Bir çox insan rahatlıq sahəsinin xaricinə çıxa bilmədiyi üçün müvəffəqiyyətsiz olur. Müvəffəqiyyətli olmaq üçün bir az rahatlığınızı pozmalısınız. 

1. Əvvəlcə çatmağı çox istədiyiniz, sizi çox həyəcanlandıran bir hədəf təyin edin. Bu hədəf düşündüyünüz an belə sizi motivasiya etməlidir. Özünüzə sizi dərhal ayağa qaldıracaq bir səbəb tapın. Cim Rohnun dediyi kimi, "Əgər kifayət qədər güclü bir səbəbiniz varsa, hər şeyi edə bilərsiniz"

2. Sizi hərəkətə aparacaq addımları bir-bir yazın. Nələr etməlisiniz? Kimlərlə danışmalısınız? Nələri həyatınızdan çıxarmalısınız? Nələri etsəydiniz bu hədəfə çatardınız? Bütün bunları bir-bir yazın. 

3. İndi isə, özünüzü bu təyin etdiyiniz addımları atarkən xəyal edin. Amma bütün bunları edərkən böyük bir müvəffəqiyyət və özünə güvən duyğusu hiss edin. Sanki, etməkdən çox böyük zövq aldığınız bir şeyi edirsiniz. Bu duyğunun dadını çıxarın. Müvəffəqiyyətli olmaq gözəldir. Müvəffəqiyyət qədər insanı motivasiya edən çox az şey vardır.

4. Bəlkə bir az çətin olacaq amma, indi də müvəffəqiyyətsiz olduğunuz zaman necə hiss edəcəyinizi düşünün. Əgər bütün bunları etməsəniz həyatınız necə olacaq? Özünüzü müvəffəqiyyətsizlik içində ikən canlandırın. Bir çox insan nələri itirəcəyini düşündüyü zaman, böyük bir motivasiyaya çatır. NLP-də bu "Ağrı və Zövq" faktoru olaraq adlandırılır.

5. İndi təkrar müvəffəqiyyətinizə dair ssenarini zehninizdə canlandırın. Bu vəziyyətin içinə daxil olun və bütün duyğuları sıx bir şəkildə yaşayın. Ardınca da, hərəkətə keçin. Siyahınızı əlinizə alın və bir-bir bu hərəkətləri etməyə başlayın. Görəcəksiniz ki, bir şeyi bacarmaq sizi digərlərini də bacarmaq üçün motivasiya edəcək. Müvəffəqiyyət müvəffəqiyyəti çəkər, müvəffəqiyyətsizlik da müvəffəqiyyətsizliyi ...

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN