Nlp-Də Zehin Oxuma Nə Deməkdir?

0
3758
Nlp-Də Zehin Oxuma Nə Deməkdir?

 Zehni oxuma ilə mənim sizinlə əlaqədar bir şeylər bildiyimi, sizə nə olub bitdiyindən xəbərdar olduğumu hesab edək, amma əlimdə bu mövzuda heç bir konkret dəlil yoxdur. Ya da bir başqasının bizimlə bağlı olub-bitənləri onların bildiyini hesab edərik, amma halbuki, ona hər hansı əllə tutulan bir məlumat verməmişik.

Bunu hər gün edərik. Bir gün xanım öz həyat yoldaşına 50-ci yaş günü üçün bir hədiyyə verir. Əri ona yarım ağızla təşəkkür etdikdən sonra, başqa bir hədiyyə - hər zaman istədiyi Rolex saatını gözlədiyini etiraf edər.

Qadın çaşar. Sən demə, ondan gözlədiyi bir Rolex imiş. Kişi xanımının onu kifayət qədər tanıdığını və bu saatı nə zamandır istədiyini hesab edirdi. Həyat yoldaşının sadəcə düşünməsi lazım idi. Arvadının öz ağlından keçənləri oxuduğunu fərz edir. Halbuki, arvadına heç bir zaman bir Rolex istədiyini açıqca söyləməmişdi.

Ya da belə bir nümunə göstərək: Sinifdə dərs deyirəm. Ən öndə oturan bir tələbə mənə baxır və sifətini asır. Gözləri qısılır, qaşları çatılır, alnında qırışlar meydana çıxır. Öz özümə "Hay Allah" deyirəm, "söylədiklərimin tək sözcüyünü belə anlamır. Harada səhv edirəm? Mövzunu anlamasını necə təmin edə bilərəm?"

Burada etdiyim zehni çağırışdır. Üz ifadəsindəki dəyişikliklərdən dərsi anlamadığını düşünürəm. Amma çox gözəl bir şey söyləyincə, bütün diqqətini mənə verdiyini və dərsi çox yaxşı izlədiyini anlayıram.

İnsanlar bunu həmişə edər, heç bir qəti dəlilləri olmadığı halda bir başqasının nə düşündüyünü bildiklərini sanarlar.

Tanışınız biri neçə gündür sizi heç axtarıb soruşmadı. Aman Allahım, deyə düşünürsünüz. Görəsən nə etdim? Məndən inciyib, yəqin. Amma onu hirsləndirəcək heç bir şey etmədim ki... Nəyə görə belə edir görəsən? Sonra da "Canı cəhənnəmə!" deyirsiniz.

Bir gün isə, bu adamın xəstə yatdığını öyrənincə, ondan incimək (zehin oxuyaraq) yerinə, axtarıb necə olduğunu öyrənsəydim kaş ki, deyə hefislənirsiniz.

Ya da bu ssenariyə nə deyirsiniz?

Qadın: Qapıdan girər girməz işıqları söndürürsən, ağlından keçən tək şey yatmaqdır.

Kişi: Yatmaqmı? Nə yatması? İşıqda gözlərim sulanır.

Ya da:

Qadın: Etdiyim yeməyi bəyənmədin. Bir qab aldın, onu belə bitirmədin.

Kişi: Qrip olandan bəri mədəm bir cür düzəlmədi, ona görə. Yeməyi çox qoymuşdun sadəcə. Amma çox bəyəndim.

Və ya belə bir şey:

Qadın: Yeməkləri bəyənmədin, deyəsən.

Kişi: Bunu necə deyə bilərsən? Üç qab yedim.

Qadın: Amma heç bir şey söyləmədin.

Zehin oxuma adətən, ünsiyyətə mane olar. Dağıdıcı da ola bilər. Əgər biri öz-özünə "Bu işə müraciət etməyin heç bir faydası yoxdur. Məni çox axmaq (çox təcrübəsiz ya da gənc) hesab edəcəklər" desə, zehin oxuması onu bu işdən məhrum buraxa bilər.

"Bunu anlaya bilməzsən. Çox texniki bir mövzudur."

"Bu xoşuna gəlməyəcək, sənə uyğun deyil."

Bütün bunlar zehin oxumadır. Bu cür bir fərziyyə eşitdiyiniz zaman ''Haradan bilirsən?'' sualını soruşmalısınız.

Sizi iş görüşməsinə çağıran kəslərin sizi axmaq sanacağını haradan bilirsiniz?

Bunu anlaya bilməyəcəyimi (ya da sevməyəcəyimi) haradan bilirsiniz?

Bu sual qarşı çıxmaqdır: digər ehtimalların qarşısını açar. Hesab etdiklərinizə bir dəfə qarşı çıxdığınız zaman, mənliyinizi öz düşüncələrinizin içində həbs olmaqdan qurtararsınız.

Zehin oxuma intiusiya formasında da ola bilər. Bəzən bu intiusiya tuta bilər. İntiusiya zehnin ən yaradıcı proseslərindən biridir. Amma önəmli olan zehin oxumaqda olduğunuzu və bunun doğru olub olmadığını bilmədiyinizi bilməkdir. Bunların öz hissləriniz olduğunu, yanıla biləcəyinizi qəbul etdiyiniz müddətcə, yaradıcı proqnozlar etməyi davam etdirə bilərsiniz.

Zehin oxumağın müasir şəkli insanların teleoperatora buraxdıqları mesajlardır. "Deyəsən, hələ yatırsan ki, telefonu açmadın" ; ya da "Dünən xəstə olduğunu demişdin amma indi cavab verən yoxdur, sanıram şəhər kənarındasan."

Bu zaman zəng olunan insan bir həkim otağında, özünü çox pis hiss edərək oturmuş ola bilər ya da çox təcili bir xəbərlə evdən çıxmış ola bilər.

O səbəblə, növbəti səfər mesaj buraxarkən ilk reaksiyanızı cilovlamalısınız. Bir başqasının sizinlə əlaqədar fərziyyələrini eşitməyin - hələ bunlar bir də tamamilə yanlışdırsa, nə cür cansıxıcı olduğunu bir düşünün!

Zehin oxuma linqvistik bir qəlib olaraq yaxalandığımız bir tələdir, çıxılmaz küçədir. Qəlibi qırmaq üçün soruşduğumuz "Haradan bilirsən?" sualı bu tələdən qurtulmağımızı və özümüzün ya da bir başqasının nə söylədiyini daha yaxşı anlamağımızı təmin edər.

ŞƏRH YAZIN