Nlp-Nin Faydaları

0
2035
Nlp-Nin Faydaları

NLP-nin yaradıcıları Con Qrinder (linqvistik) ve Riçard Bandler (proqramist ve riyaziyyatçı) olmuşdur.
NLP-nin faydalarını aşağıdaki kimi göstərə bilərik:

1.Öyrənmə müddətini sürətləndirir. Bunun nəticəsində dəyişikliklərə adaptasiya olmaqdan əlavə,dəyişiklik yaratmağınıza və iş sahənizə uyğun idarə üsulunu tapmağınıza kömək edir.
2.İş sahənizdə və şəxsi həyatınızda get-gedə möhkəmlənən qarşılıqlı təsirin qurulmasına kömək edir.
3.Həssaslığınızı artıraraq davranış və mövqeyinizi yenidən şərh etməyinizə imkan verir.
4.Ola biləcək variantları artıraraq təsir edə biləcəyiniz sahəni genişləndirir.
5.Ətrafdakıları birgə fəaliyyətə yönləndirib,bağlılıq kimi duyğular yaradaraq cəmiyyətdə öz yerinizi tutmağa kömək edir.
6.Duyğu və düşüncələrinizi yönləndirərək daxili dünyanızın sahibi və gələcəyinizin memarı ola bilərsiniz.
7.Şüuraltını hərəkətləndirərək onun gücündən öz xeyirinizə istifadə edə bilərsiniz.
Bildiyimiz kimi hər bir insanın özünə aid şəxsi fikirləri, davranış normaları, mövqeyi,hissləri və inancları vardir.NLP bütün bunlardan istifadə edərək insanın məqsədinə çatmasına kömək edən bir vasitədir.
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN