Nlp-Nin Lövbərləmə Metodu

0
2834
Nlp-Nin Lövbərləmə Metodu

 Şüuraltı uyğunlaşdırmaqla xatırlayır. "Qaç ya da Döyüş" refleksinin ortaya çıxdığı həddindən artıq bədbəxtlik, mübarizə, həddindən artıq duyğusal (yaxşı və ya pis) anlar, əməliyyatda narkoz anları, ayağımız ilişib yıxılarkən yaranan anlar, qəhqəhə atılan anlar... Şüurlu ağılın dövrəxarici qaldığı anlarda şüuraltı ətrafda nə varsa bərabərləşdirir.


Məsələn, bir uşaq qardaşını itələdiyi zaman digəri yerə yıxılar və o yıxılmağı o anda ətrafdakı hər şeylə bərabərləşdirir. Yerə düşdüyü zaman gördüyü kreslonun ayağını, üzünə gələn günəş işığını, o sırada çöldən keçən təcili yardımın səsini həmişə bərabərləşdirir. Bir daha nə zaman təcili yardım səsi eşitsə, səbəbini bilmədən o yıxılma qorxusunu xatırlayacaq və qardaşına qarşı nifrət hissi yaşayacaq.

Heyvanlar da şüuraltı həyata davam etmək üçün özünü qorumaq məcburiyyətindədir. Bunun üçün də mümkün qədər özləri üçün təhlükə yarada biləcək mühitləri tanıyar, öyrənərlər. Şüur inkişaf etmədiyi üçün də birbaşa səbəb-nəticə əlaqəsi qurmaq yerinə, birləşmə mexanizmi dövrəyə girir. Özü üçün təhlükəli mühit, insan və heyvanlardan uzaq dura bilər.

Biz bu uyğunlaşdırmağı NLP-də tərs istiqamətdə istifadə edirik. Buna lövbərləmə deyilir. İnsana çox müvəffəqiyyətli olduğu, xoşbəxt olduğu, özünə çox güvəndiyi, yaxşı danışdığı, yaxşı bilyard oynadığı və s. əhval-ruhiyyədə ikən fiziki bir lövbər yerləşdirə bilərik.

Məsələn, özünüzə etibar etdiyiniz hər an yumruğunuzu sıxsanız, bir neçə həftə sonra yalnız yumruğunuzu sıxaraq özünüzə inamı təmin edə bilərsiniz. Beləliklə, əhvalınızı istədiyiniz şəkildə idarə edə bilərsiniz. Yəni, Pavlovun şərti refleksi kimi, əhval-ruhiyyəni istədiyiniz zaman geri gətiririk.
 
Yalnız lövbərləri izah edən kitablar var. Amma aşağıda qeyd edilənləri bilsəniz yetərlidir:

1. Özünüzü yaxşı hiss etdiyiniz bir anınızı xatırlamağa başlayın. O anda baş barmağınızın dırnağıyla sərçə barmağınızı sıxmağa başlayın. (Ya da hər mühitdə rahatca, diqqət çəkmədən edə biləcəyiniz başqa bir hərəkət seçin.)

2. Duyğunu ən gərgin hiss etdiyiniz anda dırnağınızın təzyiqini azaltmağa başlayın və öz özünüzə ürəkləndirici bir şey söyləyin. Məsələn "Bax, bu qədər" deyin. Beləcə vizual, audial, toxunma hissləri eyni yerə kodlaşdırmış olarsınız.

3. Bir neçə dəfə daha eyni əhval-ruhiyyə üçün bunu edin. Hər səfərində eyni nöqtəyə basın və eyni səs tonuyla "Bax, bu qədər" deyin.

Daha sonra barmağınızı oraya apardığınızda və "Bax, bu qədər" dediyinizdə o əhvalınıza geri dönərsiniz.

ŞƏRH YAZIN