Əməkdaşların Sizinlə İşləməkdən Məmnunluq Duyması Üçün Nə Lazımdır?

0
2494
Əməkdaşların Sizinlə İşləməkdən Məmnunluq Duyması Üçün Nə Lazımdır?

 Bəzi insanların daha ağıllı, doğuşdan daha xoşbəxt ya da digərlərindən daha qabiliyyətli olduqlarını, faydalana biləcəkləri daha çox resursa sahib olduqlarını ya da həyata digərlərindən bir pillə daha öndə başladıqlarını düşünə bilərsiniz. Bu mümkündür. Bəzi insanların daxili resursları ilə həyatda qarşılarına çıxan fürsətlər arasında möhtəşəm bir uyğunlaşma yaratdıqlarına şübhə yoxdur. Bu istər Micheal Jordan və basketbol olsun, ya da istərsə Eric Clapton və gitarası olsun... Resurslarını istifadə edərək fərq yaradan insanlarla hər an qarşılaşa bilərik və bu resurslara daha ətraflı baxsaq, onların görüntülər, səslər, fiziki hisslər və duyğulardan meydana gəldiklərini görərik.

Hər görüntü, səs və ya duyğu bir şey üçün resursdur. Beynimiz bizə daxili şəkillər görmə bacarığı təqdim edir. İlk başda istər bulanıq, istər dəqiq görünsünlər, bu zehni filmləri motivasiya edici görüntülərə çevirə bilərik. Hər kəsin daxili səslər eşitmə bacarığı vardır. Məsələn, zehni qulaqla öz daxili səsimizi və tanıdıqlarımızın - bir yoldaşımızın, müəllimimizin ya da valideynimizin səsini eşidə bilərik. Bir çox insan bu möhtəşəm bacarığı özlərini tənqid üçün istifadə etsə də, müsbət bir daxili səs bizi özünəinamlı və hədəfə kilidli tuta bilər. NLP dünyasında qabiliyyət və daxili qaynaqlar tamam fərqli şeylərdir. "Bacarıq" deyilən şey birləşdirilmiş, sıralanmış və avtomatik bir bacarığa çevrilincəyə qədər təkrarlanmış bir resurslar toplusudur. Hamımızın daxili resurslarımızı qabiliyyətə çevirmə, dünyada etməyi ən sevdiyimiz işdə ustalaşmaq imkanımız vardır. NLP bizə bunu necə edə biləcəyimizi göstərə bilər.

Bir daxili şəkil ya da səs real bir resurs ola bilər. "Mükəmməllik dairəsi" adlı sıradakı metodda içinizdə güclü bir özünəgüvən hissi duyduğunuz bir zamanı xatırlamanızı istəyəcəyəm. Təkrar yaşamaqdan zövq alacağınız canlı bir anınızı seçin. Özünüzə etibar etdiyiniz o zamanı canlı bir şəkildə xatırlayaraq, keçmiş təcrübələrinizdəki daxili bir resursa çatmış olacaqsınız. Sonra sizə, o duyğunu nə zaman istəsəniz ya da ehtiyac duysanız, hiss edə bilməyiniz üçün necə xüsusi bir anı tətikləyici yarada biləcəyinizi göstərəcəyəm.

Əgər istədiyiniz anda daha çox özünəgüvənə sahib ola bilsəydiniz, nələr bacara bilərdiniz? Keçmişinizdəki hansı müsbət duyğuları yenidən yaşamaq istərdiniz? Mükəmməllik dairəsi tam mənasıyla bunu etmənizi təmin edəcək.
 
1. Özünəgüvəni yenidən yaşayın. Ayağa qalxın və zehninizdə özünüzə çox inandığınız, bolluca özünüzə güvəninizin olduğu bir ana geri dönün. Gördüklərinizi təkrar görərək, eşitdiklərinizin təkrar eşidərək o anı yenidən yaşayın.
 
Birinci addımda duyğularınızın güclü və intensiv olması üçün təcrübəni bütünlüklə yenidən yaşamaq əhəmiyyətlidir. Təkrar o hadisəyə dönmüş kimi davranın. O hadisədə durduğunuz ya da oturduğunuz şəkildə ayaqda durun, ya da oturun və eyni əl qol hərəkətlərini edin.
 
2. Daxilinizin özünəgüvənlə dolduğunu hiss edərkən, yerdə ayağınızın dibində rəngli bir dairə xəyal edin. Dairənizin nə rəng olmasını istəyərsiniz? O özünəgüvən duyğusu zirvə nöqtəsinə çatır, dairənin xaricinə çıxın və hiss etdiyiniz o duyğuları dairənin içində buraxın. 

Sizə uyğun olan Mükəmməllik dairəsi görünüşünü yaradarkən tələsməyin və sonra bu dairəni birinci addımdaki özünəgüvən duyğusuyla eyniləşdirin. Bəzən Mükəmməllik dairənizə girib çıxmaq; özünüzə olan güvəninizi artırmağınıza və dairəni müsbət duyğunuz üçün bir tətikləyici etməyinizə köməkçi ola bilər.
 
3. İpuclarını seçin. İndi gələcəkdə bu özünəgüvən duyğusunu hiss etmək istəyəcəyiniz müəyyən bir zamanı düşünün. O özünəgüvən duyğusunu hiss etməyinizdən dərhal əvvəl ətrafınızda nələrin olacağını görün və hiss edin. İpucu müdirinizin ofisinizin qapısı və ya bir çıxış etmədən öncə təqdim edilməyiniz ola bilər.
 
Seçdiyiniz ipuclarının özünəgüvən resursunuza çatmadan dərhal əvvəl diqqətinizi çəkəcək şeylər olduğundan əmin olmalısınız. 

Göstərişlər gecikirsə, özünəgüvən duyğunuz tətiklənməyə fürsət tapa bilmədən özünüzü çoxdan pis hiss etməyə başlaya bilərsiniz. Bunun çarəsi çox sadədir. Daha əvvəldən fərq edə biləcəyiniz ipuclarını seçin və istifadə edin.
 
4. Bağlantı qurun. Bu göstərişlər zehninizdə reallaşan kimi, dairənin içinə daxil olun və o duyğunu yenidən yaşayın. Gələcəkdə bu duyğular əlinizin altındaykən, o hadisənin başınızdan keçdiyini xəyal edin. İpuclarını tapdıqdan sonra dairənin içinə mümkün olduğunca tez addım atmalısınız ki, müsbət duyğu ona ehtiyac duyduğunuz andan əvvəl tətiklənsin. Bu yolla köhnədən problemli vəziyyətə işarə edən ip uclarının eyniləri arasında bir əlaqə qurarsınız.
 
5. Nəticələri yoxlayın. İndi təkrar dairənin xaricinə çıxın və o duyğuları dairənin içində buraxın. Dairənin xaricindəykən yaşayacağınız o hadisəni təkrar düşünün. Bu güvən duyğusunun sizə avtomatik olaraq gəldiyini görəcəksiniz. Bu özünüzü çoxdan o hadisə üçün əvvəldən proqramlamış olduğunuz mənasına gəlir. Onu düşündükcə özünüzü daha yaxşı hiss edirsiniz. Reallaşdığı zaman özünüzü təbii olaraq, daha özünüzdən əmin davranarkən tapacaqsınız.
 
Son addımda, sağlam bir əlaqə qurub qurmadığınızı yoxlayın. Əgər qurmusunuzsa, seçdiyiniz ipucları avtomatik olaraq Mükəmməllik dairəsindəki duyğuları oyandıracaq. Əgər bu olmazsa, geri dönün və zəif əlaqəni tapın ki, sağlamlaşdıra biləsiniz. 
 
NLP-ni tətbiq edərək həyatınızdakı hadisələrə necə reaksiya vermək istədiyinizə özünüz qərar verirsiniz. Bu tapşırıqda keçmişinizdə yaşadığınızı özünəgüvən duyğusunu alıb, sizi daha əvvəllər qorxuda biləcək olan gələcəkdəki bir hadisələ əlaqələndirdiniz. Bu gələcəkdəki hadisədə və istədiyiniz duyğularla tətbiq oluna bilər. Bundan əlavə, mükəmməllik dairəsi yalnız problemlərdə istifadə etmək üçün deyil. Yaxşı bacardığınız bir şeyi ələ alıb daha da inkişaf etdirə bilərsiniz.
 
Əgər keçmişdə bir resursa yalnız bir saniyə üçün belə sahib olmusunuzsa belə, bu ona sonsuza qədər sahibsiniz deməkdir. Mükəmməllik dairəsindən istifadə edərək, bu resursu istədiyiniz zaman istədiyiniz şəkildə istifadə edə bilərsiniz. Hər hansı bir vəziyyətdə özünüzü necə hiss istədiyiniz və necə reaksiya vermək istədiyiniz mövzusunda seçim etmə şansınız var. İstəyə və ehtiyac hiss edə biləcəyiniz bütün daxili resurslara həqiqətən də sahibsiniz.

ŞƏRH YAZIN