Nlp-Nin Yol Xəritəsi ...

0
1868
Nlp-Nin Yol Xəritəsi ...

 NLP-ni öz həyatınıza adaptasiya etmək və ondan maksimum şəkildə faydalanmaq istəyirsinizsə, onun yol xəritəsinə uyğunlaşmaq məcburiyyətindəsiniz. Bu yol xəritəsi önəmlidir və sizi məqsədinizə doğru aparar. Bəs bu yolda bizə nələr lazımdır və nə etməliyik?


Nə üçün yola çıxdığınızı unutmayın və bilin!

Hər işdə ən önəmli məsələ çatmaq istənilən hədəfin təyin olunması və əsla unudulmamasıdır. Hədəfinizi təyin etməyiniz gedəcəyiniz yer və çata biləcəyiniz nöqtə baxımından çox əhəmiyyətlidir. Unutmayın ki, çatmaq istədiyiniz bir hədəf olmadan hara getdiyinizi də bilmərsiniz.

Çıxdığınız yolda hərəkət üçün tənbəllik etməyin!

Təyin etdiyiniz hədəfə çatmaq üçün davamlı təxirə salınan bir başlanğıc sizi əsla hədəfinizə yaxınlaşdırmaz. Başlamağa qərar vermək əhəmiyyətlidir amma ondan da əhəmiyyətli olan şey çatmaq istədiyiniz hədəfə istiqamətli atacağınız addımları əsla gecikdirməməkdir. Siz addımınızı nə qədər gecikdirsəniz, hədəfiniz sizdən bir o qədər uzaqlaşacaqdır.

Heç bir hərəkəti təxirə salmayın və unutmayın!

Hədəfinizi təyin edib ilk addımınızı atdıqdan sonra daxilinizdə bir rahatlama olacaq. Bu duyğu sizi hədəfinizə yaxınlaşmada səhv motivasiya edəcəkdir. Başlamaq və hədəfə doğru irəliləmək yaxşı bir başlanğıc sayıla bilər. Amma bundan sonra etməyiniz lazım olan addımları gecikdirmək ya da təxirə salmaq həm hədəfə çatma müddətini uzadacaq, həm də sizi mənfi istiqamətdə motivasiya edəcəkdir.

Yol xəritəsində tez-tez mövqeyinizi təyin edin və məqsədinizi yeniləyin!

Təyin etdiyiniz yolda müəyyən aralıqlarla fasilə verməli və bu anda olduğunuz vəziyyətin hədəfinizlə arasında nə qədər məsafə qaldığına olduqca diqqət etməlisiniz. Yanlış gedən şeyləri düzəltməyə çalışmalı və hədəfinizə çatmaq üçün yol xəritənizi yenidən qarşınıza çıxan problemlərə görə təyin etməlisiniz. Bu sizin motivasiyanızı artıracaq və hədəfinizə çatmaqda zaman qazandıracaq.

Hazırkı mövqeyinizə görə yeni bir yol xəritəsi yaradın və daima irəliləyin!

Qarşınıza bir çox problem çıxa bilər və sizin yol xəritənizi dəyişməyinizə ehtiyac ola bilər. Bu onsuz da nəzərdə tutulmuşdur. Yeganə həll yolu isə, mövcud şərtləri düşünərək yeni bir hədəf yol xəritəsi yaratmaqdır. Bu xəritə sizin mövcud problemləri aradan qaldırmaq və yol xəritəsinə qaldığınız yerdən davam etmək üçün əsas yaradacaq.

Nəticəyə nail olmaq üçün əsla zəiflik göstərməyin!

Bu səylərin nəticəsi əlbəttə hədəfə çatma və istədiyiniz dəyişiklikləri həyatınıza təlqin edilməsidir. Amma bu olduqca çətin və əzm tələb edən bir yoldur. Siz bu yola çıxmadan əvvəl özünüzü bu mövzuda müsbət motivasiya etməli və başladıqdan sonra əsla müvəffəqiyyətsizliyi düşünməməlisiniz.

Bu təməl ünsürlər etməyiniz lazım olan işdə sizə yol xəritəsini yaradacaq. Sizdə bu yol xəritəsinə görə NLP-nin meyvələrini yığa bilərsiniz. Amma unutmayın, əvvəl istəmək sonra almaq üçün hərəkətə keçmək lazımdır.

Bu yol xəritəsində sizə daim lazımlı olan təməl ünsür POZİTİV olmaqdır.

Pozitiv olmaq sizi edəcəyiniz iş və çatacağınız məqsəd üçün daima hazırlayır və motivasiya edər. Bu da sizi hədəflərinizə daha asan çatdırar. Yolda qarşınıza müxtəlif maneələr, əngəllər çıxa bilər. Bu maneələri dəf etməyin ən əsas yolu daim müsbət düşünmək və qarşılaşacağınız problemlərin həll yollarına fokuslanmaqdır.

NLP müvəffəqiyyətə gedən yolda ən önəmli vasitədir. Çünki NLP-nin də məqsədi sizi istədiyiniz mövzularda müvəffəqiyyətə çatdırmaqdır. NLP bu məqsəd üçün əlindən gələni edər və sizə yol göstərər. Üsullar və həll yolları ilə zəngin olan NLP-nin hər hansı bir problemə qarşı daim bir həll yolu vardır. Bu məqsədlə hər şeydən və hər yenilikdən daima faydalandığı üçün özünü hər zaman yeniləyir və inkişaf etdirir. Bu sayədə heç bir zaman dövrün ya da texnologiyadan geri qalmır.

Unutmayın müvəffəqiyyət bir gecədə əldə ediləcək bir sehr ya da illüziya deyil. Hədəfinizə çatmaq üçün aylar, bəlkə də illər boyu çalışmağınız lazım ola bilər. Bu bir mövcudluq və tərəqqi savaşıdır və heç bir döyüş də qan tökmədən qazanılmaz. Burada tökəcəyiniz qan alın təri, itirəcəyiniz əsgərlər də səylərinizdir. Döyüşə nə qədər hazır olsanız və yaxşı bir plan proqramla başlasanız, nəticə daha qısa müddətdə gələcək və daha az əsgər və qan itirmiş olacaqsınız. Bu da sizin müvəffəqiyyətə çatmadakı əzm və şövqünüzdür.

ŞƏRH YAZIN