Sözlərlə Qazanın!

0
1311
Sözlərlə Qazanın!

 İstifadə etdiyimiz sözlər düşünmə və hiss etmə tərzlərimizə təsir etdiyi kimi, düşünmə və hiss etmə tərzlərimiz də istifadə etdiyimiz sözlərə təsir edər. Başqalarının sözləri bizə necə təsir edirsə, bizim sözlərimiz də başqalarına təsir edər. Dilin olmadığı bir dünya çətin olardı. Dil olmadan şüurlu düşünə bilmərik. Bir problem üzərində düşünərkən, "Fərz edək" ya da "Əgər belə olsa, sonra belə olur" kimi ifadələr istifadə edərik. İçimizdən "Görünən odur ki, hiylə edəcək" dediyimiz zaman "ki" bağlayıcısı üzərində daha əvvəl düşündüyümüzə görə, nəyi nəzərdə tutduğumuzu bilirik. "Hiylə etmək" ifadəsi ilə nə izah etmək istədiyimizi də bilirik. Digər tərəfdən, demək istədiyimizi yenidən ifadə etməyə çalışsaq, daha çox söz istifadə edərik. Bu səbəblə, dil bir ünsiyyət vasitəsi olduğu qədər, düşünmə prosesimizin də bir hissəsidir. Yeni bir dil öyrənən insanlar tez-tez bu prosesin zehinlərini nə qədər zənginləşdirdiyini bildirirlər. Bu da onu göstərir ki, dil ünsiyyətin yalnız xammalı deyil, daha çox şey ifadə edir. Başqa sözlə desək, dil düşüncənin xəmiridir. 


İstifadə etdiyiniz sözlər və dil vasitəsilə, həm başqaları, həm də özünüz haqqında bir çox şey öyrənə bilərsiniz. "Narahat" ifadəsi beynə "bir az narahat" ya da "gözlənti dolu" sözlərindən daha fərqli bir mesaj göndərir. "Anlamağa çalışır" ifadəsi böyük ehtimalla, "Başı qarışıq" sözündən daha faydalı olacaq. Çox istifadə olunan sözlərin verdiyi mənaları dəyişdirə bilmiriksə, istifadə etdiyimiz sözləri dəyişdirmək məcburiyyətindəyik. Bunun üçün, "rədd edilmə" yerinə "səhv başa düşülmə", "qorxma" yerinə "həyəcanlanma" və ya "narahat olma, əsəbiləşmə" yerinə "xəbərdar edilmə" sözlərini istifadə edə bilərsiniz. İstifadə etdiyiniz sözlər hiss etdiklərinizə də təsir edəcək.

Bu, dili sizə sərf edən şəkildə istifadə etməyin asan və açıq bir yoludur. İçinizdəki səs qədər xaricə qarşı istifadə etdiyiniz dili də nəzərə almağınız lazımdır. Bununla yanaşı, hansı sözlərin hədəflərinizə daha uyğun olduğuna qərar verməyiniz kifayətdir. NLP texnikaları ilə dili istədiyiniz şeyi reallaşdırmağınıza köməkçi olacaq şəkildə istifadə edə bilərsiniz. Təbii ki, əgər məntiqli düşünmə seçimləriniz varsa və nəticələri subyektiv bir şəkildə zehninizdə canlandırmaqda çətinlik çəkirsinizsə, bu texnikalar sizi də cəzb edəcəkdir.

ŞƏRH YAZIN