Yayda Görülə Biləcək İşlər

0
2210
Yayda Görülə Biləcək İşlər

 Bir problemin niyə yarandığını anlamaq üçün problemə yenidən baxmaq, fərqli bir gözlə, yeni bir baxışla onu yenidən qiymətləndirmək faydalı olar.

 
Tərəflərinizlə ünsiyyət qurma və davranışlarda müəyyən dəyişikliklər etmə mövzusuna toxunmadan öncə, yenidən çərçivələmə (reframing) adını verdiyimiz texnikaya nəzər salaq.
 
Əllərinizlə kiçik bir pəncərə yaradın, bunu gözlərinizin səviyyəsinə gətirib pəncərənin içində qalan kadrı diqqətlə izləyin. Ona diqqətlə baxın, detalları və şəklin kompozisiyasını nəzərdən keçirin. Görürsünüz? Yaxşı. Bir dəqiqə daha elə dayanın və onu yaddaşınıza yaxşı yerləşdirin. Sonra əllərinizi aşağı salın. Şəkli indi harada görürsünüz?

İşarə barmağınızla baş barmağınızı birləşdirərək, bir dairə düzəldin. Bir gözünüzü bağlayıb digəriylə bunun içindən baxın. Gördüyünüz mənzərə zühninizdə yaxşıca yer edənə qədər baxmağa davam edin. Əllərinizi endirin. Ətrafınıza baxın. İndi şəkil haradadır?
 
Bir şəkil kənarları ilə müəyyən olunar. Pəncərənin ölçüsü və forması orada nə gördüyünüzü müəyyən edir. Həqiqət onu necə çərçivələdiyinizə bağlı olaraq məna qazanar. Bir tortun qırıntısını mikroskop altında araşdırmaq, mətbəx masasının üstündə qalmış qırıntılara baxmaqdan çox fərqli bir təcrübədir.

İstənilən bir anda nə gördüyünüz, yalnız orada olanla deyil, nə görməyi seçdiyinizə də bağlıdır. Əllərinizin çərçivəsi içində qalan görüntü orada yer alan və görülə bilənin yalnız bir hissəsidir. Görüntünün o və ya bu parçasına fokuslanaraq, önünüzdəki "həqiqəti" dəyişdirərsiniz.

Şəkilləri çərçivələyə bilirik, bu sözlər üçün də keçərlidir. Adətən nə söylədiyimiz qədər, onu necə söylədiyimiz də əhəmiyyətlidir. "Çərçivə" sizin səs tonunuz, rəftarlarınız, bədən diliniz ya da istifadə etdiyiniz müəyyən sözlər ola bilər.
 
Məsələn, "Bir az daha yavaş səslə danışa bilərsən, zəhmət olmasa?" Bu, əlbəttə ki, "Kəs səsini!" deməkdən fərqlidir, amma istədiyim şey eynidir. Ətrafımda səssizlik istəyirəm, amma bunu istəmə şəklim (istəyimi davranışlarımla "çərçivələmə" şəklim) bunu əldə edib edə bilməyəcəyəmi müəyyən edər.
 
"Yenidən çərçivələmə" bir təcrübəyə baxış şəklinizi dəyişdirmək formasıdır.  Təqdim etmə formasını dəyişdirərək mənasını dəyişdirməkdir. Fərqli bir yanaşma ortaya qoyarıq; niyyətə çatmaq üçün davranışı dəyişdirərik.
 
"Yenidən çərçivələmə" adlandırmağa bənzər. İkinci əl avtomobil ilə istifadə olunmuş avtomobil arasında fərq nədir? Heç bir fərq yoxdur, sadəcə söz oyunudur. İkisi də əslində, eyni qapıya çıxır.
 
Məsələn, bir nəfərin müəyyən bir xüsusiyyətini götürün və ona iki fərqli baxımdan baxın.Eyni görüntü "cəlbedici" ya da "səfeh" ola bilər. Birində "dürüstlük" olaraq xarakterizə edilən bir davranış, bir başqasında "axmaqlıq" deyə təyin oluna bilər.
 
Bu cür "Yenidən çərçivələmə" adətən, cütlüklər arasında yaşanar və niyə artıq bir-birlərindən xoşlanmadıqlarını açıqlayır.

Məsələn, Serap boşanmaq istəyinə haqq qazandırmaq üçün "O, tamamilə məsuliyyətsiz biridir." deyir.
Soruşuram: "Bu adamın nəyinə aşiq olmuşdun?"
Cavabı "Çox xoş biri idi."olur."Evləndiyimiz zaman hər şeyi axarına buraxan, əylənməyi sevən biri idi."
Aradan üç il keçdi, indi boşanırlar. Nə oldu?
"O, tamamilə məsuliyyətsiz biridir." deyir.

"Hər şeyi axarına buraxmaq" "məsuliyyətsizlik"ə çevrildi. Dəyişən o deyil, davranışları dəyişmədi. Söz (və sözün arxasındakı məna) dəyişdi, çünki çərçivə dəyişdi. İnsanların həyat forması və şərtləri dəyişdiyi üçün, davranış yeni bir şəkildə şərh edildi.

Biriylə münasibət mərhələsində hər şeyi axarına buraxmaq, nə ilə qarşılaşacağını bilməmək əyləncəli və həyəcanvericidir, insanın içini titrədər. Amma evlənincə, nəylə qarşılaşacağını bilməmək çox da xoş qarşılanmaz. Narahatlıqverici, hətta ürküdücü ola bilər. 
Serap üçün çərçivə münasibət dövrü idi, sonra evliliyə çevrildi. Fərqli çərçivə, fərqli məna.
 
Kimsə birini simic, xəsis kimi görər. Bir başqası isə, "hesabını bilir" deyə xarakterizə edər.

Bir qadın birlikdə yaşadığı kişi üçün "Çox etibarlı biridir. Ona hər zaman güvənə bilərəm" deyir. Bir neçə ay sonra "Heç xəyal gücü yoxdur. Duyğusuz və darıxdırıcıdır.'' deyər. "Etibarlı" "darıxdırıcı" bir xüsusiyyətə çevrilər.

Bir NLP ustası ona müraciət edən xanımla bağlı bir təcrübəsini paylaşır:

"Otuz yaşlarında bir qadın olan Aliyə xanım məni görməyə gəldi. Dediyinə görə, "xroniki depressiya"da idi. Xoşbəxt bir evliliyi vardı, jurnalist olaraq çalışırdı. Şiddətə və təcavüzə məruz qalan qadın və uşaqlarla maraqlanırdı. Amma gəncliyindən bəri, depressiyada olduğunu söylədi. Zaman zaman həkimə müraciət etsə də, bu işə yaramamışdı. Bir müddət normala dönür, sonra "elə pisləşirdi ki, içindən heç bir şey etmək gəlmirdi". Sonra yenə bir müddət yaxşılaşırdı. "Xroniki depressiya"dan bezib usandığını təkrarlayırdı.

Aliyə mənə şiddətə məruz qalan qadın və uşaqlarla əlaqədar işini izah etdi. İnsanların bir-birinə etdiklərinə görə, niyə depressiyaya girmədiklərini anlaya bilmədiyini söylədi. "İnsanlar ətraflarında baş verənləri, xüsusilə qadınlara və uşaqlara edilənləri görürlər və necə olur ki, depressiyaya düşmürlər?"
 
Qısa müddətdə, Aliyəni depressiyaya salan tərəfinin əslində onun həssaslığını bəslədiyini fərq etdim. Depressiyadan heç bir zaman imtina etməyəcəyini, çünki bunun onun üçün laqeyd qalmaq mənasına gəldiyini və həssaslığa böyük önəm verdiyini anladım. Onu depressiyaya salan tərəfinin müsbət niyyəti onun həssaslığını qorumaq idi.

Ona belə dedim: "Həssas olmaq sənin üçün həqiqətən əhəmiyyətlidir. Elə isə, niyə özün üçün "xroniki depressiya" yerinə "xroniki həssaslıq" tərifini seçmirsən?

Bunu çox sevdi və bu onu rahatlaşdırdı. Depressiya məsələsində özünü günahkar hiss edirdi.

Bu sadə bir "Yenidən çərçivələmə"dir. Aliyə özünü pis hiss edirdi və bunu "depressiya" ilə çərçivələmişdi. Buradakı sözü "depressiya"dan "həssaslıq"a çevirdik, beləliklə də mənası dəyişdi. Özünü pis hiss etməsi depressiyadan çox həssaslığın əlaməti oldu və dərhal özünü çox yaxşı hiss etdi. Həssaslıq bir xəstəlik sayılmazdı, pis bir tərəfi yox idi və əslində, ortada da ciddi bir vəziyyət də söz mövzusu deyildi.

Sadə "Yenidən çərçivələmə" möcüzələr yarada bilər. Bir şey bir anda başqa bir şeyə çevrilər."

Bir şeyin ətrafındakı çərçivəni dəyişdirərək onu başqa bir baxımdan görmək və yaşamaq "Yenidən çərçivələmə"dir. Problemi həll etməyə çalışmaq yerinə o problemə yenidən baxarıq. Reaksiyanı dəyişdirib, yeni bir reaksiya ilə əvəzləmək yerinə, reaksiyanı olduğu yerdə saxlayıb, problemə yenidən baxmağınızı təmin edərik. "Problemin o şəkildə həll edilməsinə "birinci dərəcədə dəyişiklik" adı verilər, yeni davranış köhnəsinin yerini alar və əsl "problem" həll edilər.

Halbuki, "Yenidən çərçivələmə", ikinci dərəcəli dəyişiklikdir. Burada reaksiyanı deyil, problemin mənasını dəyişdiririk. Bu artıq, problemi anladığımız şəkildə həll etmək deyil. Problemin mənşəyinə enir, əlamətləri (ya da davranışları və reaksiyaları), onların sərgilədiyi prosesin bir işarəsi ya da dəlili olaraq ələ alarıq. "Yenidən çərçivələmə" ilə, problemin (baş ağrısı) mənasını dəyişdiririk. Bunu şüuraltınızdakı mənliyinizin bir hissəsiylə əlaqə qurmaq, onun fərqinə varmaq və şüur ​​səviyyəsinə çıxarmaq üçün istifadə edirik.

Özümüzə soruşuruq: Baş ağrısı mənim üçün nə etməyə çalışır? Baş ağrısının mənim üçün bəslədiyi müsbət niyyət nədir?
Aldığınız cavab sizin dincəlməyinizi, rahatlamağınızı təmin etməyə çalışmaq ola bilər.

Bu, təsirli olsa da, olmasa da müsbət niyyətdir. Amma indi aradan qaldırılması lazım olan problem yalnız baş ağrısı deyil. Baş ağrısının sizinlə, işinizlə və həyat formanızla marağını qavrayırsınız. Baş ağrısı özünüzə daha çox diqqət göstərməyinizlə bağlı, bir mesaj ehtiva edir. Bir ağrıkəsici qəbul edə bilərsiniz amma bu vaxt özünüzlə əlaqədar əhəmiyyətli bir məlumat əldə edərsiniz: davranışınızın resursuna çatdınız və funksiyasını qavradınız.

"Yenidən çərçivələmə" əsasən, tərəflərinizlə açıq və təsirli ünsiyyət əsasında, problemə baxış bucağınızı dəyişdirmə sənətidir.

ŞƏRH YAZIN