Alfa vəziyyəti nə deməkdir? Alfa zehnin rahat, təzyiq altında olmadığı bir vəziyyətdir.
Zehin də bir şeyi ən yaxşı şəkildə, alfa vəziyyətində ikən görüntüləyir. Yuxuya dalmadan dərhal əvvəlki an bu vəziyyətə nümunə göstərilə bilər. Çünki "alfa" olaraq bilinən beyin dalğaları hər hansı bir şeyi subyektiv etmək üçün, yəni xatırlamaq, xəyal etmək və ya düşüncələri manipulyasiya etmək üçün olduqca əlverişli bir mühit təqdim edir. Xəyal qurduğumuz zaman da eyni şey etibarlıdır. Bədən rahatlayır, amma zehin oyanıq və təlqinlərə açıq olur. Bu səbəbdən, rahat ola biləcəyiniz mövqedə olmalısınız.
Sizə zehində canlandırma üçün geriyə sayma yolu ilə tətbiq olunan faydalı bir texnikanı təqdim edirik. Bu, bir rahatlama idmanıdır. Əvvəlcə qollarınızın, daha sonra belinizin, üzünüzün və gözlərinizin getdikcə ağırlaşdığını hiss edəcəksiniz. İndi 100-dən 1-ə qədər yavaş-yavaş saymağa başlayın. Son 3, 2, 1 rəqəmlərini bir neçə dəfə təkrarlayın və gözünüzün önünə gətirin. Sonra rəqəmləri xatırlaya bilmək üçün beyninizin bir kənarına qeyd edin. Bunu etmək üçün müəyyən rəngləri, hətta qəribə rəqəm şəkilləri ağlınıza gətirin. Daha sonra isə, bunları dinamik bir hala gətirin. Məsələn, bir qələmlə yataq otağınızın divarına yazdığınızı ya da xəyali bir kompüter klaviaturasına basaraq saxladığınızı düşünə bilərsiniz. Duyğuları, görüntüləri və səsləri təhlil edin. Bundan sonra, bu rəqəmləri məşqlərlə əldə etdiyiniz dərin bir rahatlıqla əlaqələndirə bilərsiniz.
3 rəqəminin tamamilə fiziki rahatlama vəziyyətini təmsil etdiyini düşünün və bu rahatlığa çatana qədər 3 rəqəmini gözünüzün önünə gətirməyin. 2 rəqəmi "yorucu düşüncələri" beyninizdən silərək zehni rahatlamağı təmsil etsin, 1 rəqəmi isə, maksimum səviyyədə dərinləşdirdiyiniz və xüsusi nəticələr yarada biləcəyiniz zehni vəziyyətinizin rəqəmidir. Bu sadə geriyə sayma məşqi sizə tamamilə yeni olan daxili, subyektiv bir dünyanın qapısını açacaq. Bu məşq üçün göstərəcəyiniz səylərin gələcəkdə sizə çox faydası olacaq. Zehninizin alfa vəziyyətində olduğu bir an, məsələn xəyal qurarkən ya da yatmağa hazırlaşarkən bu cür bir məşq etməyə hazırsınız deməkdir. Ancaq məşqə başlamadan öncə, heç bir xarici amilin bu məşqi yarım kəsməyəcəyindən əmin olun.