Nlp Practitioner Sertifikat Proqramı

0
2903
 Nlp Practitioner Sertifikat Proqramı

NLP metodlarını və texnikalarını tamamilə istifadə etmək üçün addımlarınızı atdıqdan sonra həyatda sizi gözləyənləri bir xəyal edin: ailəniz, dostlarınız və yoldaşlarınızla daha qənaətbəxş əlaqələr, təhsildə möhtəşəm nəticələr ala bilmək üçün dahiliyinizə giriş, iş həyatında daha böyük uğurlar və həyatınızın hər sahəsində daha çox zənginlik.

NLP ilə fövqəladə səfərə xoş gəlmişsiniz. Bir çoxunuz kitablar oxudu, bir qisminiz yaxınlarından tövsiyyələr dinlədi, indi isə yaşamaq zamanı gəldi. 
 
İndi NLP dünyasına səyahətə başladınız, həyatın bu ana qədər xəyal belə edə bilməcəyinizdən daha çox rəngə və coşquya malik olduğunu fərq edəcəksiniz. Həyatınız gözəl macəra halına gələcək, siz öz romanınızın yazıçısı və rejissoru olacaqsınız.
 
Hamımız həyatımızın müəyyən bir mərhələsində özümüzə müxtəlif suallar veririk. Bir axtarış içindəyik və ya həyatın mənasını tapmaq üçün yoldayıq. Bəlkə də daha məhsuldar şəkildə öyrənmək, ailəmiz və dostlarımızla daha asan ünsiyyət qurmaq, iş həyatımızda daha çox zənginlik yaratmaq və ya mənəvi dünyamızla əlaqədar anlayışlarımızı təkmilləşdirmək məqsədi ilə daxili dünyamızı tamamilə kəşf etməyə qərar veririk.
 
Bu yollardan hansı ilə gedirsəniz gedin, indi ya da gələcəkdə gözləyən bir təhtik edicidən sonra, NLP daha sürətli, daha təsirli və daha gözəl nailiyyətlər üçün sizə kömək edəcək. 
 
NLP bir sənət və elmdir, bir insan olaraq MÜKƏMMƏL olmaqdır. 
 
NLP, İNSANIN TƏKAMÜLÜ  VƏ  FƏRDİ  AZADLIĞI  ÜÇÜN ƏLİNİZDƏ OLAN ƏN YAXŞI VASİTƏDİR. 
 
NLP metodlarını və texnikalarını tamamilə istifadə etmək üçün addımlarınızı atdıqdan sonra həyatda sizi gözləyənləri bir xəyal edin: ailəniz, dostlarınız və yoldaşlarınızla daha qənaətbəxş əlaqələr, təhsildə möhtəşəm nəticələr ala bilmək üçün dahiliyinizə giriş, iş həyatında daha böyük uğurlar və həyatınızın hər sahəsində daha çox zənginlik.
 
NLP Practitioner insan olaraq gerçək potensialınızın fərqinə varmağnız üçün bir vasitədir. NLP Practitioner təliminin məzmunu universitetlərdə , iş dünyasındakı təlimlərdə ya da kitablarda tapılmayacaq,  bu məlumatlar sizin içinizdə gizlidir. Dahiliyiniz içinizdə sizin əmrinizi gözləyir  və bu proqram sizə oyanışınızın açarını verəcəkdir. 
 
Beynəlxalq aləmdə tanınan bu proqram, artıq sizə faydası olmayan vərdişlərinizdən xilas olmağınız və eyni zamanda xəyal etdiyiniz həyatı yaratmağınız üçün sizə kömək etməyə yönəldilib. Bunları əhatə edir:
 
NLP Practitioner sizə nələri qazandıracaq ?
 
Təhtəlşüurun Öyrənmə Bacarıqları : Təhtəlşüurun iş prinsiplərini öyrənərək, sizi məhdudlaşdıran vərdişlərinizi necə öyrəndiyinizi kəşf edib, sizi hədəflərinizə aparacaq yeni vərdişləri necə qazanacağınızı təcrübə edərək öyrənəcəksiniz.
 
Münasibətlər : Ailəniz , dostlarınız və iş həyatınızdakı insanlarla ünsiyyət bacarıqlarınızı əhəmiyyətli dərəcədə  artacaq. Bundan başqa istifadə etdiyiniz dil və sözlərin bütün davranışlarınızı necə programlaşdırdığını və bunun da sizin dünya təcrübənizə birbaşa necə təsir etdiyini  anlayacaqsınız.
 
Duyğuların idarə olunması : Duyğularınıza necə nəzarət edib , idarə etmək imkanınızın olduğunu öyrənəcəksiniz.
 
Gələcəyinizi Yaratmaq : Arzu etdiyiniz gələcəyinizi yaratmaq üçün beyninizdən necə istifadə edə biləcəyinizi və davranışlarınızı necə proqramlaşdıra biləcəyininizi öyrənəcəksiniz.
 
Fərdi  Motivasiya : Özünüz özünüzü necə motivasiya edə biləcəyinizi öyrənəcəksiniz. 
 
 
NLP PRACTİTİONER  TƏLİMİNİN  MƏZMUNU 
 
- NLP nədir? 
 
-Zehin, Dil və Davranış Əlaqəsi
 
-NLP, Fərqi Meydana gətirən Fərqi Necə Yaradır? 
 
-NLP-nin əsas prinsiplərivə Fəlsəfəsi
 
- NLP istifadəsi üçün Etik və Professional Ana Xəttlər
 
- NLP Fərziyyələri
 
- Şərtləndirmələr və Öyrənilmiş Çarəsizlik
 
- Təhtəlşüurun İşləmə Qanunları
 
- Şüur və Təhtəlşüur Arasındakı Fərqlər
 
- Şüur və Təhtəlşüurun Öyrənmə Qanunları 
 
- Öyrənmə Səviyyələri 
 
- Məntiq Səviyyələri (Logical Levels) 
 
- NLP Dəyişmə Prosesi
 
- Hədəflər Baxımından Yaxşı Formalaşdırılmış Şərtlər Yaratmaq
 
- Əlaqə və Dil Ünsürləri 
 
-Qəbul etmə, Daxili Təmsil və Reaksiya Vermək Prosesi 
 
- Ahəng qurma (Rapport) 
 
- Başlanğıc  və Sonrakı Səviyyədə Uyğunlaşmanın Ünsürləri 
 
- Fiziologiya 
 
- Həssaslıq və Kalibrasiya
 
- Təmsil Sistemləri (Representational Systems) 
 
- Vizual, Audial, Kinestetik və Digital 
 
- Göz Siqnalları (Eye accessing cues) 
 
- Meta Model 
 
- Silmə, Pozma və Ümumiləşdirmə 
 
- Milton Modeli və Hipnotik Dil Qəlibləri 
 
- NLP və Hipnoz Əlaqəsi 
 
- Hipnozun Təhtəlşüur Öyrənmə ilə Əlaqəsi
 
- Duyğuları İdarə etmək
 
- Emossional Dəyişmə Prosesi
 
- Müsbət Duyğuları Yaratmaq və Təkmilləşdirilmək
 
- Mükəmməllik Çevrəsi (Circle Of Excellence) 
 
- Mənfi Duyğuları Azaltmaq və Yox Etmək
 
- Əlaqəli və Əlaqəsiz Mövqeyə keçmək (Association & Dissociation) 
 
- Lövbər Atma (anchoring) 
 
-Yığma Lövbərlər, Çökən Lövbərlər və Silsilə Lövbərlər 
 
-Yenidən Çərçivələmək (Reframing) 
 
- 6 Addımda Yenidən Çərçivələmək 
 
- Swish Texnikası 
 
- Zaman Xətti (Time Line) 
 
- Şəxsi Tarixi Dəyişdirmə
 
- Motivasiya 
 
- Uzaqlaşan Motivasiya 
 
- Yaxınlaşan Motivasiya 
 
- Motivasiyanın Nəzəriyyələri 
 
- Motivasiyanın Tətbiqatı 
 
- Gələcəyi Yaratmaq 
 
- Fərdi Vizion Texnikaları 
 
- Dəyər və inanclar 
 
- Məqsəd və Vasitə Dəyərləri 
 
- Yaxınlaşan və Uzaqlaşan Dəyərlər 
 
- Dəyərləri Təyin Etmə və Dəyər Xəttində Yerləşdirmə
 
- İnanc Dəyişdirmə Prosesi 
 
- Məhdudlaşdırıcı İnancları Müəyyən Etmə
 
- Məhdudlaşdırıcı İnancları Dəyişdirmə Texnikaları 
 
- Təsirli Hədəflər Müəyyən Etmə
 
- Hədəf Təyin  Etmə Texnikaları 
 
- Bütün öyrənilənlərin birləşdirilməsi 
 
NLP PRACTİTİONER DƏYİŞMƏ PROQRAMI NƏDİR?  
 
NLP Practitioner təlimi, istəklərimizi davranışa çevirə bilmək bacarıqlarını sizlərə də qazandıra biləcək və eyni zamanda istəmədiyimiz davranışlardan qurtula bilmə bacarıqlarına çatdıracaq mükəmməl bir dəyişmə proqramıdır.
 
NİYƏ NLP PRACTİTİONER ?
 
Siz də həyatlarında istədikləri nəticələrə çata biləcək şəxslərdən olmaq və həyatınızın idarəsini əlinizə almaq , istədiyinizdə xoşbəxt , hər zaman istədiyiniz şəkildə davranışlarınızı , duyğularınızı idarə edə biləcək, bundan başqa insanlara təhtəlşüur səviyyəsində təsir etmək bacarıqlarına sahib olsaydınız necə olardı?
 
NLP , 1970-ci illərin əvvəllərində (dilçi) John Grinder və (riyaziyyatçı və Gestalt terapist) Richard Bandler tərəfindən Amerikada yaradıldı. NLP , “ Öz sahəsində yetkin biri ilə mükəmməl biri arasındakı fərq nədir?” sualına cavab axtaran araşdırmaların məhsuludur.
 
NLP, Psixoterapevtlərin əslində nələr etdiklərini və dəyişimi necə ortaya çıxardıqlarını müşahidə etməklə başlamışdır. Bu mövzuda ilk nəticələr bunlardır: uyğunlaşmanın necə yaradılacağı, əlaqəli sualların ( meta model) necə veriləcəyi, mənbə istifadəsi baxımından lövbərlərin (klassik şərtləndirmə) necə istifadə ediləcəyi, perspektivlərin ( yenidən dizayn etmə ) necə dəyişdiriləcəyi ( vizual , audial ,kinestetik və digital ), fərqli düşünmə tərzlərinin necə istifadə ediləcəyi və hipnotik dil qəliblərindən ( Milton - modeli ) necə yararlanılacağı . NLP daha sonra koqnitiv elm (sağ-sol beyin , TOTE , zehin -bədən əlaqəsi ) , pedaqoji ( öyrənmə formaları ) , idman psixologiyası ( zehni təlim ) kimi fərqli sahələrdən bir çox modeli mənimsəmiş və birləşdirmişdir. Beləcə ünsiyyət və davranış dəyişikliyi sahəsində faydalı vasitələr və modellərin cəmi halına gətirilmişdir.
 
Məqsəd , mükəmməlliyə necə çatmağın təyin olunaraq, bunun hər kəs tərəfindən öyrənilə - tətbiq oluna bilər hala gətirilməsi idi (modelləmə). Grinder və Bandlerin istifadə etdikləri modelləşdirmə texnikalarını və fərdi töhfələrini , beyin- dil- bədən arasındakı əlaqəni simvollaşdırmq üçün “Neuro - Linguistik Proqramlaşdırma” olaraq adlandırdılar.
 
NLP Nə İşə Yarayır? 
 
Şəxsi farqindəliyinizi artırmaqdan, qorxularınızı yox etməyə qədər. Keçmişin mənfi qəliblərini tərk etmədən, seçdiyiniz peşədə mükəmməlləşməyə qədər hər sahədə;
 
- Müvəffəqiyyət səviyyəsini zirvə nöqtəsinə çıxara və daha əvvəl qeyri-mümkün olduğu düşünülən ideyalarınızı reallaşdıra bilmək, 
 
- Məntiqli, qəti, əldə edilə bilir, yaxşı dizayn edilmiş hədəflər qoymaq, 
 
- Motivasiya gücünü artıraraq iş və şəxsi həyatda yüksək performans göstərə bilmək, 
 
- Psixoloji marketinq qabiliyyəti inkişaf etdirilərək daha çox satış edə bilmək və daha yaxşı bir iqtisadiyyat yaratmaq,
 
- Düşüncə gücü və qərar verə bilmə qabiliyyəti artırılaraq problemlərə qarşı, sürətli və quruluşçu həllər çıxara bilmək, 
 
- Ahəngli, təsiredici və strateji ünsiyyət qura bilmə və güclü razı sala bilmək qabiliyyətinə sahib ola bilmək, 
 
- Zamanını daha məhsuldar istifadə edə bilmək və qısa müddətdə daha məhsuldar nəticələr əldə edə bilmək,
 
- İstənilməyən davranışlarını dəyişdirə bilmək , duyğuları idarə edə bilmək və yeni qabiliyyətləri qazana bilmək ,
 
- Stress enerjisini müsbət istiqamətdə istifadə edə bilmək və stress altında müsbət düşünə bilmək,
 
- İnsanları və özünüzü daha yaxşı tanıya bilmək , insan psixologiyasına görə sonrakı səviyyədə hipnotik ünsiyyət qura bilmək,
 
- Şəxsi və ictimai liderlik qabiliyyətləri inkişaf etdirilərək , təsirli rəhbərlik strategiyalarını tətbiq edə bilmək,
 
- İş həyatında daha müvəffəqiyyətli ola bilmək üçün ailə daxili əlaqələrini inkişaf etdirə bilmək,
 
... Və həyatdan daha çox zövq ala bilmək üçün kömək edir.
 
Fərdi İnkişaf  sahəsində : Motivasiya , qərar vermə və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, Zəmanəmizdə hər kəs keyfiyyətli ünsiyyətdən danışır, ancaq bunun necə uğurlu ediləcəyindən danışılmır. NLP-də öyrənəcəyiniz bacarıqlar sizi daha təsirli edəcək və ünsiyyətdə ya da həyatınızın hər sahəsində öz etibarınızı artıracaq. Sensor itiliyi artırmağı öyrənmək sizə həm özünüzlə, həm də ətrafınızdakılarla əlaqəli yüksək keyfiyyətdə məlumatı əldə etməyinizə kömək edəcək. Ən yaxşı dərəcədə təsir etmənin bütün ünsürlərini anlayacaq, razı salma və təsir etmənin müəyyən və ümumi dil qəliblərini necə istifadə edəcəyinizi öyrənəcəksiniz.Fikirlərin aşkar və lazım olduğunda ortaya qoyulması , hər cür davranış dəyişimi , istəkləri davranışa çevirmə bacarıqları qazanma , istəmədiyimiz davranışlardan xilas olma , mövcud olmayan davranışların qazanılması , asılılıqların aradan qaldırılması ( Siqaret, içki , qumar  və s ..) və stressiz bir həyat , yemək vərdişlərinin dəyişdirilməsi , çəki almaqdan, siqaret vərdişindən xilas olma , daxili qarşıdurmaların yox edilməsi və daxili sülhün təmin edilməsi , YOX deyə bilməyi öyrənmə
 
Business ( Biznes Dünyası) sahəsində : NLP ilə Liderlik , NLP ilə Satış və Marketinq strategiyaları , NLP ilə ünsiyyət texnikaları , komanda ünsiyyəti və komanda ruhunun yüksəlməsi , işçilərlə ünsiyyət strategiyaları, həlli və çoxaldılması ; bir bütün olaraq öyrənən təşkilatların inkişaf etdirilməsi , vəziyyətə görə strategiyaları istifadə etmə , motivasiya strategiyaları , qərar strategiyaları, yaradıcılıq strategiyaları , doğru qərarların modellənməsi , müvəffəqiyyətli idarəçilərin modellənməsi, İdarə , satış , marketinq mövzusunda razı etmək qəlibləri, proqramları, şüuraltı satış , razısalma və prezentasiya teknikaları.
  
Təhsil sahəsində: İmtahanlara stressiz hazırlaşmaq, imtahan anında məlumatları xatırlamaq, dərs oxumaq vərdişlərinin dəyişdirilməsi , NLP ilə qalıcı və sürətli öyrənmə , dinləyicilərə təhtəlşüur səviyyəsində təsir etmə, şüuraltı öyrənməyi və öyrətməyi sürətləndirmə , anlamağı sürətləndirmənin təsirli üsulları , öyrənmənin önündəki maneələri aradan götürmə , tələbələrin keçmişdən gələn öyrənmə maneələrini götürmək , öyrənən şəxsləri modelləşdirmə , 4 öyrənmə stili və planlaşdırması ( 4MAT ) , sürətləndirilmiş öyrənmə , məhsuldar öyrənmə , yetkin öyrənmə nəzəriyyəsi və yaddaş dinamikası , öyrənmə meta proqramları.
 
Terapiya sahəsində : Depressiya, panik atak, sosial fobiyalar, şəxsiyyət pozuntuları, cinsi problemlər, bütün psixoloji narahatlıqlar 
 
Müddəti: 80 saat
 
Əlaqə üçün:
 

(012) 409-25-82

(055) 342-30-43 (WhatsApp)

 

Ünvan:
Bakı şəhəri , Səbail rayonu, İçərişəhər Böyük Qala 22

ŞƏRH YAZIN