Beynimiz Haqqında Bilmədiklərimiz

0
3007
Beynimiz Haqqında Bilmədiklərimiz

Daxili potensialımızı öyrənmək üçün özümüzü öyrənməyimiz çox önəmlidir.Beynimiz haqqında maraqlı məlumatlar öyrənmək sizə bu istəyinizi reallaşdırmaqda kömək edəcək.
1.Qoxu vasitəsilə əldə etdiyiniz bir xatirəniz beyninizdə qurulan ən romantik əlaqədir.
2. “İnsan beyninin yüzdə onunu istifadə edir” deyimi səhvdir.Beynin hər bölgəsinin bir funksiyası vardır.
3.Yeni doğulan bir körpənin beyni sonrakı ilk ildə tam üç qat böyüyür.
4.Hər vaxt müsbət düşünün.Araşdırmalar həkimlərə müraciət edənlərin yüzdə 60-nın psixoloji səbəblərlə həkimə müraciət etdiyini ortaya qoyur.
5.İnsanlar orta hesabla yuxusunu 12/100-ni ağ-qara görür.
6.Tez-tez səyahət etmək yaddaş zəifliyi yaradır.Tez-tez qitələrarası səyahət edən insanlarda yaddaş zəifliyi yaranır. Çünki insan təyyarədə stress keçirir.Növbə üsullu ilə işləyənlərdə də eyni hala rast gəlinə bilər. Nəticədə,bəzi xatirələrin yaddaşdan tamam silinməsi də mümkündür.
7.Əsnəmək beyni oyandırır.Bir çoxları əsnəməyi yuxu və ya sıxılmaqla əlaqələndirsə də, əslində əsnəmək bədəndə oyanma yaradır. Əsnəyərkən daha çox hava ciyərlərimizə dolur və qanımızdakı oksigen faizi yüksəlir ki, bu da oyanmamızı tezləşdirir.
8.Özünüzü qıdıqlaya bilməzsiniz.Məsələn,oturduğumuz stolu və ya ayağımıza geyindiyimiz corabı onları düşünməyincə hiss etmirik, amma çiynimizə toxunan bir əl o dəqiqə bizi diksindirir. Beynin bu “hissləri ayırd etmə” funksiyasını beyincik yerinə yetirir. Beyincik 110 qram ağırlığında olub, gözlənilən və gözlənilməyən reaksiyaları ayırd edir, onların arasından ən vaciblərini seçir.

 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN