Zaman Keçmədən Zamanı İdarə Edin

0
4031
Zaman Keçmədən Zamanı İdarə Edin

 Həyatı daha yaxşı dərk etməyimiz üçün həyatın həqiqətləri ilə tanış olmağımız önəmlidir. Elə isə, gəlin həyatın reallıqlarını, həqiqətlərini öyrənək.


Həyatda yeganə reallıq sevgidir

Sağlamlıq-həyatın başlıca nemətidir

Ən stimul verən hədiyyə-ümiddir

Həyatda təsadüflər olmur

Ən əzəmətli güc İnamdır

Ən gözəl müdafiə-təbəssümdür

Ən xoş hiss-daxili aləmdir

Ən böyük xoşbəxtlik başqalarına xeyir verməkdir

Ən qəşəng hədiyyə-bağışlamaqdır

Ən pis məğlubiyyət məyus olmaqdır

Ən məkrli hiss nifrətdir

Ən pis çatışmazlıq pis əhvaldır

Ən yaxşı müəllim uşaqlardır

Ən böyük səhv ruhdan düşməkdir

Ən böyük maneə qorxudur

Ən gözəl gün bu gündür

Ən təhlükəli insan yalan danışandır

Bir gün nəvə babasından soruşur:
 
 
-Qəlb nədir?

Baba çoxdan eşitdiyi bir hekayəni ona danışır:

-Deyirlər insanın daxilində onu həyatı boyu yönləndirən və dəstəkləyən 3 məni olur.

Birinci mən çox soyuqqanlıdır. Onu sənin ətrafındakı bütün insanlar görür.
 
İkinci bir az istidir.Onu yalnız ən yaxınların görür. Birinci və ikinci mən hər zaman öz aralarında mübahisə edir, sənin üzərində qələbə qazanmaq istəyir. Onların fikir ayrılığı səndə şübhələr yaradır.
 
Yalnız üçüncü mən birinci və ikinci arasında kompromis yarada bilir. Onu heç kim görmür. Bəzən heç onun varlığından özümüzün də xəbəri olmur. Amma o həmişə bizimlədir.

Amma mən onlar haqda heç nə eşitməmişəm, - nəvə dedi.

Baba gülümsədi:
 
-Birinci mən ağıldır. Əgər o insan üzərində qələbə qazanırsa insan soyuq və haqq hesabını bilən olur. Planla iş görür.

İkinci mən ürəkdir.Əgər o qalib gəlirsə biz sadəlövh oluruq. O zaman bizi yaralamaq və aldatmaq asan olur.

Üçüncü mən qəlbdir, ruhdur. Yalnız o insanda harmoniya yaratmağa qadirdir.

Ona görə də insan ağlı soyuq və planlı,ürəyi isti və sevgi ilə dolu,qəlbi isə sakit və hər kəsə açıq olmalıdır.

ŞƏRH YAZIN