Rusiyanın ən çoxbilmiş iş adamı özünü qənddən qoruyur

0
2803
Rusiyanın ən çoxbilmiş iş adamı özünü qənddən qoruyur

Yoluxucu dedikdə, ağıla ilk gələn mikrob və bakteriyalardır. Amma halbuki ruh halı və davranışlar da keçicidir. Keçici olan bu xüsusiyyətləri sizə təqdim edirik:

1.Neqativ düşüncələr.
Notre Dame universitetində belə bir araşdırma aparılmışdır: Universitetdə bir neçə yeni tələbəni qaraqabaq və negativ düşüncəli tələbələrlə eyni otaqda yerləşdirmişlər. 3 aydan sonra yeni tələbələrin hamısı neqativ düşünməyə başlamışdır.

2. Xoşbəxtlik və sevinc duyğuları.
Harvard və Californiya universitetlərində 5000 insan üzərində edilən araşdırmaya görə – təkcə neqativ duyğular deyil, həmçinin xoşbəxtlik və sevinc duyğuları da keçicidir.

Özünüzü xoşbəxt hiss edirsinizsə, 1.6 km yaxınlığınızda olan dostunuzun da özünü xoşbəxt hiss etməsi ehtimalı yüksəkdir. Hətta bu duyğularınızı 34 % qonşularınıza da ötürəcəksiniz. Nəşəli və xoşbəxt dostunuz varsa, xoşbəxtlik duyğularınız 10 % artmış olacaq.

3. Seçimlərimiz.
İllinois universitetində aparılan bir araşdırmaya görə, insanlar bir-birlərinin seçimlərindən tez təsirlənirlər. Belə ki, araşdırma zamanı birlikdə axşam yeməyi yeyən insanlar başlanğıc yeməklərini bir-birinə yaxın seçdiklərində daha xoşbəxt olduqlarını bildirmişlər. Bu da onu göstərir ki, seçimlərimiz də yoluxucu ola bilər.

4. Stress.
Beynimiz digər insanlardakı stresi təyin etmək üzrə mükəmməl yaradılıb. Başqalarının stresli olduğunu onların nəfəs alıb vermələrindən hiss edirik. Və bu zaman öz stress hormonlarımız da hərəkətə keçir. Stresin yoluxucu olması üçün birbaşa ünsiyyət şərt deyil. Hətta stress halı elektron poçt, mesajlar, telefon danışıqları və sosial mediya yazışmaları vasitəsi ilə də keçə bilir.

5. Pis vərdişlər.
Araşdırmalara görə,siqareti tərgidən bir insanın ətrafındakı yaxın dostlarının və ailə üzvlərinin siqaretdən 36 % həcmində uzaqlaşdığı ortaya çıxmışdır. Bundan əlavə, bir insanın siqaretdən istifadə etməsi ətrafındakılara mənfi cəhətdən 20 % təsir göstərir. Bir sözlə, pis vərdişlərin də bir insandan digərinə keçə bilmə ehtimalı olduqca yüksəkdir.

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN