Bunun Adına Öyrənilmiş Çarəsizlik Deyilir

0
5105
Bunun Adına Öyrənilmiş Çarəsizlik Deyilir

Bir fil bir tonluq yükü xortumuyla asanca qaldıra bilər.Amma siz heç bir sirkə gedib bu nəhəng məxluqların səssizcə kiçik bir payaya bağlandıqlarını gördünüzmü? Bir fil kiçik və gücsüzkən ağır bir zəncirlə hərəkətsiz bir dəmir payaya bağlanır.Nə qədər çox məcbur etsə,də zorla zənciri qıra bilməyib payanın yerindən tərpədə bilmədiyini kəşf edir.Sonradan fil nə qədər böyük və güclü hala gəlirsə gəlsin,baglandığı payanı gördüyü müddətcə hərəkət edə bilməyəcəyinə inanmağa davam edir.
Bir çox ağıllı insan da sirkdəki fil kimi davranır,düşüncələrə,hərəkətlərə və nəticələrə həbs olurlar,əsla öz qoyduqları sərhədlərin kənarına keçə bilmirlər.Təəssüf ki,bir çox adam həyatı olduğu kimi qəbul edir və potensialına çata bilmir.Bu kəslər boş bir qabın içində tullanıb dayanan birələr kimidir.Bəs bu birələr nə üçün qabın xaricinə atlayıb azadlığa çıxmırlar?Cavab sadədir.Təcrübəli adam ilk əvvəl birələr üçün qoyduğu qabın qapağını bağlayır.Birələr yüksəyə sıçrayır və kiçik
başlarını şiddətlə qabın qapağına vururlar.Bir neçə baş ağrısından sonra birələr o qədər yüksəyə sıçramaqdan imtina edərlər və yeni tapdıqları rahatlığın kefini çəkərlər.Artıq qapaq qaldırıla bilər və birələr içəridə saxlanıla bilər.Həqiqi bir qapaqla deyil,amma "bu çox yüksəkdir, artıq bəsdir”deyən bir düşüncə tərziylə.
Bir dəniz akvariumunda vəhşi bir "barracuda" balığı birdən skumbriyalara hücum etməyə çalışır, amma aradakı bölmə buna mane olur.Burnunu dəfələrlə çarpdıqdan sonra sınamaqdan imtina edər. Bir müddət sonra aradakı bölmə qaldırılır.Amma "barracuda" yalnız bölmənin əvvəldən dayandığı yerə qədər üzür və dayanır.Bölmənin hələ orada olduğunu zənn edir.Bu nümunədə olduğu kimi bir çox insan da belədir.Xəyali bir maneəyə çatana qədər irəliləyir,amma sonra özlərinin məhdudlaşdırdığı bir yola görə dayanırlar. 

 

Korrektə etdi:Günel İbadobva

ŞƏRH YAZIN