Daha yaxşı bir həyat üçün...

0
2759
Daha yaxşı bir həyat üçün...

1- Davamlı olaraq bir məsələ haqqında düşünürsünüzsə, artıq düşüncə mərhələsindən fəaliyyət mərhələsinə keçməyin zamanı gəlmiş deməkdir. Dayanmayın və daha çox gözləmədən hərəkətə keçin.

2- Əgər iki şey üzərində düşünürsünüzsə, bunlardan sizə hansı daha çətin gəlirsə ondan başlayın. Çünki bu sizin daha sürətli inkişaf etməyinizi təmin edəcəkdir. "Çətini dərhal edərəm, imkansız zaman alar" kimi iddialı və ucu hara getdiyi bəlli olmayan qəliblərdən də çəkinin. Öz potensialınızı kəşf edin və potensialınızı sona qədər dəyərləndirin.
 
3- Yeni bir şey etməyə qərar verdiyiniz zaman, onu coşğu və fədakarlıq ilə etmək üçün özünüzü cəsarətləndirin. Sıxıcı də olsa, gördüyünüz hər bir işin yaxşı və müsbət cəhətlərini axtarın.
 
4- Etdiyiniz səhvlər qarşısında, özünüzü günahlandırmağı qoyub, səhvlərinizdən dərslər çıxardın. Keçmişdə etdiyiniz səhvləri, gələcəyə işıq tutan əl fənərləri olaraq istifadə edin.
 
5- Özünüzü bir şeyə daima nəzarət edərkən görürsünüzsə, bu fikirlərinizi sərbəst buraxın və içində olduğunuz andan zövq almağa çalışın. Çox düşünmək, insanın içində olduğu zamanı yaşamasına və dəyərləndirməsinə icazə verməz. Bundan çəkinin.
 
6- Əgər biri sizə pis davransa da, siz ona qarşı incə və yaxşı davranmağa çalışın. Unutmayın ki, hər kəs, özünə yaraşan davranışlar nümayiş etdirər.
 
7- Öz əlinizdə olan imkan və nemətlər əvəzinə, başqalarının əlində daha gözəl imkan və nemətləri düşünürsünüzsə, buraxın onları düşünməyi və öz imkanlarınızı inkişaf etdirməyə çalışın. Başqasının yam-yaşıl bağına həsəd apararaq baxmaqdan imtina edin və öz həyətinizi sulamağa başlayın.
 

ŞƏRH YAZIN