Almaq istəmədiyimiz malları bizə necə aldırırlar?

0
5059
 Almaq istəmədiyimiz malları bizə necə aldırırlar?

Dahi, lakin istedadsız insanlar

Tomas Edisonu təhsil almağa başladığı dördüncü ayda artıq məktəbdən qovdular. Müəllimi onun əqli cəhətdən zəif olduğunu hesab edirdi.

Tibbi tərk edən Darvinə atası kinayə ilə bildirirdi ki, səni itləri və siçanları tutmaqdan başqa heç nə maraqlandırmır.

Uolt Disney yeni ideyalar azlığından işlədiyi qəzetdən qovulmuşdu.

Bethovenin müəllimi onu tamamilə qabiliyyətsiz şagird hesab edirdi.

Eynşteyn 4 yaşına qədər danışa bilmirdi. Onun da müəllimi onu əqli cəhətdən zəif biri kimi xarakterizə edirdi.

Dahi heykəltəraş Rodenin atası deyirdi: “Mənim oğlum tam bir axmaqdır. O 3 dəfə cəhd etsə də incəsənət məktəbinə daxil olmağı bacarmadı”.

Dahi bəstəkar Motsartın “Fiqaronun toyu” əsərinə İmperator Ferdinand demişdi ki, bu əsərdə həddindən artıq çox not və az səs var.

Mendeleyev isə kimya dərslərindən həmişə 3 qiymət alırdı.

“Ford” avtomobillərinə baxanda biz onun yaradıcısı Henri Fordun çox zəngin, uğurlu biznesmen olduğunu düşünürük. Lakin bizlərdən çox az insan Fordun yazmağı və oxumağı bacarmadığını bilir. Həmçinin Ford maliyyə uğurları əldə etməzdən əvvəl bir neçə dəfə müflis olduğunu bəyan etmişdi.

Markoni radionu icad etdikdə dostlarına bildirmişdi ki, məsafələr nə qədər uzaq olsa da hava vasitəsilə məlumatları ötürəcək. Bunu eşidən dostları onu dəli hesab etmiş və psixiatra aparmışdılar. Lakin bir neçə ay sonra onun radiosu bir çox dənizçinin həyatını xilas etmişdi.

 

ŞƏRH YAZIN