Əl Yazısı İlə Şəxsiyyət Təhlili

0
3351
Əl Yazısı İlə Şəxsiyyət Təhlili

Əl yazınız sağa əyildikcə qərarlarınızda duyğu hissləri önə çıxır .  L. T  və H hərfləri , iş həyatınızdakı  hirs və iqtidar sirlərinizi ortaya çıxarır . Əl yazısı elmi indidə  iş dünyasının  xidmətindədir... 

 
Üç min il bundan əvvəl Çinlilər tərəfindən inkişaf etdirilən  və bir çox mədəniyyət və sivilizasiya tərəfindən  böyük bir etibar görən əl yazısı  elmi (qrafologiya) bu gün iş dünyasının xidmətindədir . İş dünyasının ən çox  bu üsula müraciət etdiyi sahə isə işə alanlardır.  Əl yazısı insanın  xarakterini,davranışlarını, meyillərini ,təxmin etməkdə və şəxsiyyət analizində ən təsirli və etibarlı üsullardan biri olaraq hesab edilir.  Bu metod işçi seçmə və yerləşdirmə müddətləri, müsahibələr, qrup qurma işləri və karyera  planlaması kimi geniş bir sahədə sıx istifadə edilən bir üsul olaraq qarşımıza çıxır. 
 
Sodexho kimi beynəlxalq  şirkətlərdən bəziləri dünyanın hər yerindəki ofislərində işə götürmə  müddətlərinə əl yazısından şəxsiyyət təhlil etmə üsulunu daxil edir. Əl yazısının insanın  sosial-iqtisadi mənşəyini, həyata formasını, həyatdakı duruşunu və təhsilini əks etdirdiyi Fransa kimi ölkələrdə şirkətlər yüzdə 80 nisbətində iş görüşmələrində əl yazısından şəxsiyyət təhlili edir. 
 
İngilis Grafoloji İnstitutu başçısı Elaine Quigley, bütün dünyada tanınmış grafoloqların başında gəlir. Quigleyə görə əl yazısı bir cür ‘zehin yazısı' deməkdir. Bu mövzuda grafologiyanın istifadə etdiyi universal bir metodologiya da var. Yəni əl yazısıyla insanın  xarakterini oxuyarkən istifadə edilən göstəricilər, xalqdan xalqa, adamdan adama dəyişmir . Mütəxəssis bir grafoloq, insan  hansı xalqdan gəlirsə gəlsin hansı dildə yazarsa yazsın, o insanın düşüncələrinin əl yazısıyla kağız üzərinə əks olunan proyeksiyalarını oxuya bilir. 
 
Grafologiyada  ən az 300 fərqli əl yazısı nümunəsindən yola çıxılaraq yoxlama aparılır. Lakin yenə də dəyişməyən və təməl olaraq xarakterizə edilən müəyyən bəzi göstəricilər var. Beləliklə bunlardan bəziləri:
 
Əyilmə :
 
+ Əl yazısının sağa doğru əyilməyi, insanın ünsiyyət qabiliyyətinin göstəricisi olaraq şərh olunur. Məsələn insan  daha yoldaş canlısı, istiqamətləndirici, məsuliyyət sahibi, ünsiyyətcil olma meyli daşıyır. Eyni zamanda satış etməyə , idarəni əlində tutmağa, sevilməyə, dəstəkçi olmağa qədər uzanan bir çox ehtimalı saxlayar.
+ Yazı sağa doğru əyildikcə insanın qərarlarında duyğularının təsirində qalma xüsusiyyəti artar.
+ Əl yazısının ümumiyyətlə dik olması şəxsiyyət müstəqilliyinə işarədir.
+ Sola doğru əyilən əl yazısı, romantik olaraq ehtiyatlılığı təmsil edər. Bu əl yazısının sahibi, əvvəlcə hər detalı təsdiqləmə ehtiyacı hiss edər . Başqalarının onu hər hansı bir söz verməyə məcbur etməsindən xoşlanmaz. 
 
Böyüklük:
 
+ Böyük əl yazısıyla yazan şəxslər  daha çox dost rəftarlı kəslərdir. Əl yazısının sahibi olan insan  yad insanlara qarşı daha məsafəli olmağı seçsə də özünə qarşı etibarla hərəkət edər.
+ Kiçik əl yazısı məntiqi təmsil etmənin  yanında zidd fikirləşən şəxslərə  qarşı mərhəmətsiz olmağı da ifadə edər. Akademik və zehni məşğuliyyətlərdən xoşlanan şəxslərdə  bu tip əl yazısı görülər. 
+ Əgər yazı həm kiçik həm də zərifdirsə  insanın öz dalğa boyuna uyğun olmayan şəxslərlə də yaxşı bir ünsiyyət qurmağı mümkün  olma ehtimalı yoxdur .Bu şəxslər , ictimai olaraq qəbul edilmiş qaydaları aşmaq mövzusunda çətinlik çəkirlər.
 
Təzyiq: 
 
+ Qalın hərflərlə yazan şəxslər verdikləri sözü yerinə yetirmək mövzusunda çox vasvasıdırlar. Və ətraflarındakı bir çox olan bitəni ciddi qəbul edərlər.
+ Çox qalın hərflər isə insanın gərginliyinin, tənqidə qarşı əsəblərinə çox hakim ola bilməməyin və kiçik şeylərə belə küsəyənlik göstərməyin  ifadəsi olaraq şərh olunur. Bu şəxslər əvvəl reaksiya verər sonra sual soruşarlar . Və romantik davranışlarını davam etdirərlər.
+ Çox silik və incə yazılar isə mühitə və insanlara olan həssaslığı təmsil edir. Amma yazı eyni zamanda kobud  və şəkilsizdirsə  insan  romantik dərinliyi belə davam etdirə bilmir və sönük bir həyat tərzi davam etdirir.
 
L, t və  h hərflərindəki sirlər :
 
+Bu hərflərin  üst hissələrinin  uzun olmağı  hədəf və əzmin mövcudluğunu göstərir. Ancaq üst tərəfi daha çox uzun  l , t  və h-lar insanın bacarması lazım olduğunu düşündüyü məsələdə həqiqətdən kənar gözləmələr içində ola biləcəyi mənasını verər. 
+ Bu hərflərin üst tərəfinin nisbətli bir şəkildə quyruqlu olması insanın hər şey üzərinə ətraflı bir şəkildə düşündüyünü və xəyal gücünü məqbul bir şəkildə istifadə etdiyini göstərər .
+ Qıvrımın enli olmağı, yeni fikirlər çıxarma və bunların üzərinə uzun uzandı düşünmə meylini ortaya qoyar.
+ Üst qıvrımın təkrar hərfə geri dönməsi, yazı sahibinin xəyal gücünü istifadə etməkdən qaçındığını və əlindəki işi bitirə bilmək minimum lazımlılıqlarla ,özünü məhdudlaşdırdığını göstərər. 
 
G, y, p hərflərindəki sirlər:
 
+ Quyruğun dik olması, səbirsizlik əlamətidir.
+ Quyruğun basıq bir şəkildə diyirlənməsi, dalaşqanlıq  və üzləşməkdən uzaq dayanma istəyini ortaya qoyar.
+ Quyruğun basdırılaraq yazılmış tam bir qarmaq  halını alması, enerji, pul qazanma istəyinin göstəricisidir.
+ Quyruğun basdırmadan tam bir qarmaq  halını  alması təhlükəsizlik ehtiyacını göstərər.
+ Sözlər arasındakı məsafə .
+Sözlər arasındakı məsafənin çox olması, "mənə nəfəs alacaq yer  burax" mesajını ehtiva edir. 
+ Sözlər arasındakı məsafənin daha az olması isə başqalarıyla birlikdə olma istəyini ortaya qoyar, amma belə yazan insanlar arada  lazımsız  bir kütləyə səbəb ola bilərlər və inadçı  bir şəxsiyyət göstərə bilərlər.
 
Sətirlər arasındakı məsafə: 
 
+ Sətirlərin arasının  açıq olması, hadisələrə sakit və geniş perspektivdən baxma meylini ortaya qoyar.
+ Sətir aralarının dar olması, yazarın hərəkəti sevdiyini və hərəkətin içində olmaqdan xoşlandığını göstərər. 
+ Sətir araları dar olub, hərflər arasındakı əlaqə çox möhkəm deyilsə, söz mövzusu əl yazısının sahibi təzyiq altında sükunətini qorumaq intizamına malikdir.
 
Səhifə kənarındakı boşluq:
 
+ Səhifənin sol tərəfindəki boşluq, insanın köklərini və ailəsini göstərər. 
+ Sağ tərəfdəki boşluq, digər insanları və gələcəyi təmsil edər.
+ Təpədəki boşluq hədəf və əzmdir.
+ Səhifənin dibindəki boşluq, enerji, instinkt və praktiklik mənasını verər.
+ Səhifənin sol tərəfindəki geniş bir boşluq buraxılması, hərəkətliliyi davam etdirmə istəyini ortaya çıxarar.
+ Soldakı məsafənin az olması isə təmkinlilik və hazır olmadığı təqdirdə bir şeyləri etməyə çətinlik məcbur edilməkdən qaçınma istəyini ifadə edər.
+ Sağ tərəfdəki boşluğun az olması, səbirsizlik göstəricisidir və bir an əvvəl  işə başlayıb işi bitirmə meylini əks etdirər.
 
Sağda geniş bir boşluq buraxılması isə bilinməzə qarşı qorxunun mövcudluğunu ortaya qoyar.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN